"Candoco" rəqs ansamblı
Bakı səhnəsində
Böyük Britaniyanın "Candoco" ansamblı
dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
çıxış
edib.
Ansamblın növbəti çıxışı bugünə
nəzərdə tutulub. Qastrolun təşəbbüskarı
olan "British Council" təşkilatı
bununla bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər
verir ki, mətbuat konfransında teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət "Candoco" ansamblının qastrolunun
Mədəniyyət və
Turizm Nazirliyinin, YARAT Müasir İncəsənət
Mərkəzinin və
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının dəstəyi
ilə reallaşdığını
bildirib.
"British Council" təşkilatının Azərbaycan
üzrə direktoru Elizabet Vayt ansambl
haqqında məlumat verib. Vurğulayıb ki, "Candoco"
incəsənət, estetika
və bacarıq anlayışları ilə
əlaqədar sərhədləri
aşan, mükəmməl
və hərtərəfli
təcrübələr formalaşdıran,
əlilliyi olan və olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır.
Bakıda ilk dəfə
çıxış edən
ansambl iki hissədən ibarət tamaşa təqdim edəcək: "Beheld" və
"Set and Reset". Artistlər fiziki imkanları
məhdud şəxslər
üçün inklüziv
mədəniyyət mövzusunda
seminar da keçirəcəklər.
"Candoco" rəqs ansamblı bu çıxışı
ilə əlil artistlərə püxtələşmək
və beynəlxalq səviyyədə əməkdaşlıq
etmək imkanı yaradan yeni proqrama
start verir. Əsası 1991-ci ildə qoyulan
ansamblın repertuarını
müasir rəqs təşkil edir.
Ansamblın art-direktoru Pedro Maçado kollektiv haqqında məlumat verərək qeyd edib ki,
əlil gəncləri
rəqs sənətinə
qoşmaq "Candoco"
kollektivinin fəaliyyətinin
ayrılmaz hissəsidir. "Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi öyrənməlidir. Bu zaman
belə artistlərin sosial adaptasiyası deyil, onların özünüifadəsi və
səhnə yaradıcılığı
daha çox lazımdır", - deyə
P.Maçado vurğulayıb.
525-ci qəzet.- 2017.- 8 mart.- S.7.