Ömrünü elmə sərf edən görkəmli
alim
Onun adı təkcə Azərbaycan elmini inkişaf etdirən alimlərin yox, həm də elmimizi dünyaya tanıdan alimlərin sırasındadır.
İxtiraları haqqında dünya ölkələrinin ən
böyük auditoriyalarında
danışılır. Keçmiş sovet məkanı onun ixtiralarından bəhrələnərək bir
çox uğurlara imza atıb. Görkəmli alim İsrafil
Quliyev indi həyatda olmasa da, onun elm sahəsindəki
xidmətləri, apardığı
tədqiqatlar həmişə
örnək kimi səslənir. 100 illik yubileyi ərəfəsində İsrafil
Quliyevin həyat yoluna nəzər salıb gərgin bir alim ömrünün
əməyini görürsən.
O, 28 il “Dənizneftlayihə” İnstitutunun elmi sahəsinə rəhbərlik
edərək görkəmli
alim və bacarıqlı təşkilatçı
kimi tanınıb. O, neft elmlərinin yeni sahəsində - dəniz neft, qaz yataqlarının inkişafında böyük
nailiyyətlər qazanıb.
İ.Quliyev dəniz neft
sənaye hidrotexnikasının
banilərindən biri
kimi, həyata keçirdiyi nəzəri
və praktik tədqiqatlarla böyük
elmi nəticələrə
imza atıb. Görkəmli alim Xəzər dənizində
neft, qaz mədənlərinin tikintisi
ilə əlaqədar
layihə-konstruksiya və
elmi-tədqiqat işlərinə
rəhbərlik edib, həmçinin Qara dəniz, Azov dənizi və Oxot dənizində
neft, qaz yataqlarının kəşfiyyat
və işlənmə
təşkilatı işlərində
iştirak edib.
“Dənizdə
neft quyularının tikintisinin əsas məsələləri” alimin
dənizdə neft quyuları ilə bağlı ilk elmi işlərindən biri olub. O, bu mövzuda doktorluq dissertasiyasını
da uğurla müdafiə edib. Görkəmli alim dəniz
neft və qaz yataqlarının işlənilməsi və
dəniz neft mədənlərinin tikintisi,
dəniz neftdaşıyan
akvatoriyaların geoloji-texnoloji
və mürəkkəb
təbii şəraitlərinin
tədqiqi və onların neft və qaz yataqlarının
istehsalı məsələləri
ilə uyğunlaşdırılması
üzrə böyük
tədqiqatların müəllifi
kimi şöhrət qazanıb. O, yerli üzən buruq qurğuları kimi xüsusi neft mədən qurğularının
yaradılması sahəsində
nəzəri və eksperimental tədqiqatların
müəllifi kimi məşhurlaşıb. Keçmiş SSRİ məkanında alimin tədqiqat sahəsindəki
təcrübələrindən istifadə olunub. İ.Quliyev elmi, texniki və “Yerin təkinin və dərin qazmanın tədqiqatı”,
“Korroziyadan müdafiə”,
“Xəzər dənizinin
problemi” problemləri üzrə SSRİ Nazirlər
Soveti Dövlət Komitəsinin idarələrarası
elmi şuralarının
üzvü olaraq öz təcrübəsini
bölüşüb.
İ.Quliyev 1978-1981-ci illərdə
Azərbaycan Neft və Kimya İnstitutunda
(oxu:indiki adı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft sənaye təşkilatçılarının
hazırlanması” və
“İqtisadiyyat, təşkilat
və istehsalatın idarə edilməsi” kafedralarına rəhbərlik
edib. Hazırladığı kadrlar keçmiş
SSRİ-nin neft, qaz sənayesi və geologiyasının idarə olunmasında böyük uğurlar qazanıb.
İxtiraları ilə alimin adı dünyanın ən böyük auditoriyalarında səslənir. Həmin auditoriyalardan
biri də Dövlət Neft və Sənaye Universitetidir. İ.Quliyev 300-dən çox elmi məqalənin, 17 monoqrafiyanın
və kitabın müəllifi kimi tanınıb. Alimin məqalələri
müxtəlif dillərə
tərcümə edilib
və dünyanın ayrı-ayrı ölkələrində
nəşr olunub.
Onun bu gün də
dəyərini itirməyən
elmi araşdırmaları
özündən sonra
gələn alimlərin
yetişməsi üçün
mənbə rolunu oynayır.
İ.Quliyev sadəcə elmə öz töhfəsini verməyib, həm də gənc nəslin elm sahəsində
uğurlar qazanmasına
nail olub. O, 30-dan artıq
elmlər namizədi hazırlayıb.
Həmkarları Azərbaycanda neft sənayesinin inkişaf mərhələlərindən bəhs edərkən bu sahədə İ.Quliyevin əvəzsiz
xidmətlərini vurğulayırlar. Məhz görkəmli
alimin rəhbərliyi
altında dənizdə
neft-qaz qurğularının
işlənməsi istiqaməti
müəyyənləşdirilib, dəniz-neft sənaye hidrotexnikası yaradılıb. İ.Quliyev həyatındakı nailiyyətləri əməksevərliyi
ilə əldə edib. Əmək fəaliyyətinə 1932-ci ildə “AzNeft” neft mədənlərində
işləyərək başlayan
alimin istər bu, istərsə də 1933-1935-ci illərdə
“Azizbekovneft” və “Ordjonikidzeneft” trestlərində
qazma üzrə texnik kimi qazandığı
kiçik təcrübələr
elmi fəaliyyətində
böyük nəticələrin
təminatı olub.
Bu nümunə indiki nəslə də qürurla təlqin edilir.
Böyük Vətən müharibəsi
iştirakçısı olan
alimin idarəçilikdəki
uğurları da ömrünün qürurlu
səhifələridir. İ.Quliyev
1950-1978-ci illərdə “Dənizneftlayihə”
İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb,
üstəlik, 10 il institut direktorunun vəzifəsini
uğurla icra edib.
Bugünlərdə professor İ.Quliyevin
adına 2 təqaüd təsis edilib. Təqaüd “Neft-qaz mühəndisliyi”
ixtisası üzrə
yüksək nəticələr
göstərən 1 bakalavr
və 1 magistrə təqdim olunacaq. Bundan başqa, Neft və Sənaye Universitetdəki auditoriyalardan
biri alimin şərəfinə qurulacaq.
Sevindirici haldır ki,
görkəmli alimin ailə ocağının
davamçıları onun
yolu ilə gedirlər. Alimin adını daşıyan
nəvəsi İsrafil
Quliyev “Schlumberger” şirkətinin
“Rezervuarların monitorinqi”
şöbəsinin baş
mühəndisidir. Qızı Gülarə
İmanova isə Azərbaycan Dövlət Nef və Sənaye
Universitetinin “Neftin-qazın
nəqli və saxlanması” kafedrasının
dosentidir.
100 yaşlı
fədakar alimin şərəfli ömür
yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı
üçün mənəviyyat,
kamillik və müdriklik məktəbidir.
CEYHUN
525-ci qəzet.- 2017.- 4 mart.-S. 16.