“XX əsrin teatr tendensiyaları” müzakirə
olunub
Martın 3-də A.Şaiq Adına Azərbaycan Dövlət Kukla Teatrında “XX əsrin teatr tendensiyaları” mövzusunda
elmi konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin və Azərbaycan Dövlət
“Yuğ” Teatrının
birgə təşkilatçılığı
ilə baş tutub.
Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. O deyib: “Konfransın hədəfi tələbələrdir. Formatı açıq dərs tipli olan konfransda tələbələr müəyyən biliklərini, o cümlədən, XX əsr dünya teatr mədəniyyəti haqqında mövcud tendensiyalar bölüşəcəklər. Konfransın məqsədi öyrənməkdir, öyrənilənlərin dərinliyinə getməkdir”.
Konfransda Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Elçin Cəfərovun “XX əsr. Teatrdan qeyri-teatra doğru” adlı məruzəsi dinlənilib. Həmçinin konfrans çərçivəsində universitetin III və IV kurs tələbələri Dilşad Əhmədzadə “Merholdun teatr metodunun konseptual mahiyyəti”, Yusif Dağlar “M.Çexov “Aktyor texnikası - nurlanmış aktyora doğru”, İlahə Quliyeva “B.Brextin epik teatr nəzəriyyəsi”, Nadir Əhmədov “Y.Quratovskinin Yoxsul teatr poetikası”, Nisə İbadlı “A.Arto və Qəddarlıq teatrı” və Emin Əliyev “T.Kantor və ölüm teatrı” adlı məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında
müzakirələr aparılıb.
525-ci qəzet.-
2017.- 4 mart.-S. 13.