Müşfiq - nə qədər də mənalı, dərin...”

 

Mikayıl Müşfiqin Gəncədəki dostu onun ölmünə yazdığı şeirə görə sürgün edilmişdi

 

20-ci əsrin 30-cu illərinin Sovet repressiya rejiminin qurbanı olmuş lirik şairimiz Mikayıl Müşfiqin adı son günlər məlum bir hadisə ilə bağlı ictimaiyyətin diqqət mərkəzindədir.

İnsanların Müşfiq sevgisinin bir daha özünü biruzə verməsi ilə yaranan ab-hava bizi Gəncədən onunla bağlı təsirli bir epizodu xatırlamağa sövq etdi.

Azərbaycan romantizminin doğan günəşi Mikayıl Müşfiq 1938-ci ildə, ölkəni bürümüş qaba inkvizisiya tərəfindən məhv edildi. Nəşinin yeri belə ilim-ilim itiriləcək incə qəlbli oğlunun güllələnməsi xalqın qəlbini göynətsə nadanların ritorikası ilə hipnoza düşmüş cəmiyyətdə neçə-neçə işıqlı zəkaların qeyb olması kimi, bu itki müti bir sakitliklə qarşılandı.

Belə bir mühitdə Gəncədə, ədəbiyyat poeziya ilə bağlı olan bir nəfər Müşfiqin başına gətirilənlərə dözməyərək, qəlbinin üsyanını şeirə köçürdü. Üstəlik, aşkar etirazının öz başına bəla gətirəcəyini bilə-bilə şeiriƏdəbiyyat qəzeti”nə göndərdi.

 

Müşfiq - qədər mənalı, dərin,

Adi şeiriyyəttək incə, nazənin.

Əbəd yolçusudur, yol verin ona,

İlhamdan düşmüşdür od buluduna.

Həyat atəşi var nəşidəsində,

Müşfiq yaşayacaq xalqın səsində!

 

AmmaƏdəbiyyat qəzetiəvəzinə müəllifə NKVD cavab verdi. Onsuz da xeyli müddətdirHüseyn Cavid, Əhməd Cavad kimi pantürkistləri yamsılayan arzuolunmaz element” kimitənqidolunduğundan, onu - Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsi sədrinin müavini Səlman Əhmədlini ailəsi ilə birlikdə dörd illiyinə Türkmənistana, Krasnovodska sürgünə göndərdilər.

Səlman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğluDifaimilli təşkilatının üzvü idi sonra 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə Üsyanında həlak oldu (elə 18 yaşlı Səlman da o vaxt üsyançılara yemək apararkən düşmən mərmisinə tuş gələrək ağır yaralanmış   həmin mərminin qəlpələrinin bir qismini bütün ömrü boyu bədənində gəzdirmişdi).  Anası Münəvvər Saleh bəy qızı, Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi.

1927-ci ildə Azərbaycan Pedaqoji Universitetinin ilk məzunlarından olan gəncəli ədəbiyyatşünas, müəllim şair Səlman Əhmədli yaradıcı mühitdə tanınmaqla, bu  çevrədə olan bir sıra şəxslərlə, o cümlədən, Müşfiqlə  dostluq edirdi. Hətta Əhməd Cavad, Hüseyn Cavid, Səməd Vurğun Mikayıl Müşfiq Gəncə pedaqoji texnikumunda bir müddət müəllim işləməklə burada onun həmkarları olublar.

Müşfiq Cavadla dostluğu Səlman Əhmədlinin yaradıcılıq yönünə təsirini buraxmışdı. Onun 20-30-cu illərdə  Azərbaycan mətbuatında çap olunmuş şeir poemalarında bu ruh yaxınlığını hiss etmək olur.

“1928-ci ildə Gəncə pedaqoji texnikumunda müəllim işləyərkən atama bu böyük ismlərlə həmkar dost olmaq şərəfi nəsib olmuşdu. Bu haqda o, bizə - mənə qardaşım Mobilə həmişə qürurla danışardı. Xüsusən çox sevdiyi Müşfiq haqda deyərdi ki, onun hər misrası elə adının verdiyi mənaya uyğun olaraq, şəfəq saçır! Bizim babamız zərgər məşədi Ağamirzənin tikdirdiyi bu evimizin dili olsaydı, bura gələn qonaqlar, onların seir məclisləri haqda nələr danışmazdı?” - bu sözlər görkəmli sənətkarımız mərhum Mobil Əhmədovun qardaşı, 2012-ci ildə özü haqqın rəhmətinə qovuşan dəyərli ziyalı Bəşir Əhmədovun bu sətirlərin müəllifinin 2011-ci ildə çəkdiyi bir film üçün verdiyi müsahibədəndir.

Bəşir müəllimin atasının söylədiklərindən gətirdiyi xatirələr maraqlı məqamlarla doludur. Fikir verin, 1932-ci ildə, Mikayıl Müşfiqin Dilbər xanımla nişan mərasimində iştirak edən Səlman Əhmədli mətbuatda yenicə çap olunmuşLeylapoemasını məclisdəkilər üçün oxuyur. Buradaca Müşfiq Səlmana yarızarafat, yarıgerçəkLeyli ilə Məcnunun əhvalatını  ilk dəfə Nizami Gəncədə qələmə alıb, bəlkə sən bu işə girişəsən, birLeyli Məcnunyazmaqla bu əsəri Gəncədə bitirəsəndeyə, məsləhət verir. Səlman,  dostlarının onun bacarığına verdikləri  yüksək qiymətdən ruhlanaraq, bu işə girişir.

Ruhuna yaxın olan Cavad, Cavid, Müşfiq kimi ismlər gedər-gəlməzə göndərildikdən, həmçinin sürgündən dönüb burada  həqiqəti yarımhəqiqətə dəyişmiş mühitlə rastlaşdıqdan sonra özünə çox az qəlb sirdaşı tapan Səlman Əhmədli həminLeyli-Məcnun”u düz 33 il ərzində yavaş-yavaş, sanki könül təsəllisi naminə sakitcə yazaraq, 70 illik ömrünün bitməsinə bir müddət qalanacan tamamlaya bilir.

 

Zakir MURADOV

Gəncə

 

525-ci qəzet.- 2017.- 4 mart.-S. 12.