Cümhuriyyətə aparan yollar: həqiqi milli mətbuat sorağında

 

Bu yaxınlarda haqq dünyasına qovuşmuş böyük Azərbaycan dostu, polyak əsilli amerikan tarixçisi Tadeuş Svientixovskinin dəqiq müşahidə etdiyi kimi, XX əsrin əvvəllərində Rusiya imperiyasında müsəlman əhalisinin, eləcə Azərbaycan türklərinin dini toplumdan- ümmətdən aydın məqsəd məramlı millətə çevrilmə prosesində mətbuat müstəsna rol oynamışdı.

Məhz mətbuatın ayıldıcı, birləşdirici səfərbəredici gücü nəticəsində Azərbaycan cəmiyyəti 1905-ci ildən sonra qeyri-adi inkişaf yolu keçmiş xalqı 1917-ci il fevral inqilabına bəlli tələblərlə, ən başlıcası isə bu tələbləri həyata keçirmək gücü əzmi ilə gətirə bilmişdi.

Təbii ki, çarizm ideoloqları mətbuatın gücünə yaxşı bələd olduqlarından ilk bəhanədə bağladıqlarıƏkinçi”dən sonra dörddə bir əsr ərzində Azərbaycan ziyalılarının bütün təkidli tələb xahişlərinə, siyasətə qarışmamaq, maarifçilik mötədillik vədlərinə baxmayaraq ana dilində qəzet, yaxud məcmuə nəşrinə inadla razılıq verməmişdi. Bu baxımdan uzun illərin sükut buzunu sındıraraq 1903-cü ildə nəşrə başlayanŞərqi-rusqəzeti Azərbaycan ziyalıları arasında son dərəcə böyük ümidlər doğurmuşdu. Lakin bir neçə il bundan öncə “525-ci qəzetsəhifələrində dərc olunmuşÜç aqilin davasıadlı polemik yazımda da göstərdiyim kimi, həmin ümidlər tezliklə puça çıxmışdı - “Şərqi-rus”un sözün həqiqi mənasında ümummilli qəzetə çevrilə bilməyəcəyi hər kəsə aydın olmuşdu.

 Nəticədə, “Əkinçiilə qırılmış milli mətbuat ənənələrini davam etdirmək vəzifəsiHəyatqəzetinin üzərinə düşmüşdü. Çox rəmzi qanunauyğun adla nəşrə başlayan bu qəzet yalnız bir sıra yeni nəşrlərə həyat verməmiş, həm siyasi maarifçilik məktəbinə, türkçülük, milliyyətçilik milli hüquqlar uğrunda mübarizə tribunasına  çevrilmişdi. Həyat”ın naşiri Əlimərdan bəy Topçubaşovun, şərikli redaktoru Əhməd bəy AğayevinŞərqi-rus”la prinsipial polemikasının əsasında da mətbuatda münasibətdə yüksək milli-mənəvi tələblər dayanırdı. Ə.Topçubaşovun polemikaya ictimai tələbkarlıq ziyalı yanaşmasının təzahürü olan məqaləsinin tərcüməsini təqdim edirəm. Təbii ki, buradatatar dilidedikdə Azərbaycan türkcəsinin nəzərdə tutulduğunun əlavə şərhə ehtiyac yoxdur. 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2017. - 4 mart.- S.10.