Ulduzun fevral sayı

 

Bugünlərdə “Ulduzjurnalının fevral sayı işıq üzü görüb.

Jurnalın yanvar sayının eksperti olmuş professor Jalə Əliyeva əvvəlcə “Ulduzun nəşr tarixindən söz açır:

 “50 ildir yandırdığı, çatıb-alovlandırdığı ocağın istisində nəsillər yetirən və qayğıkeşliyi, səmimiliyi, dostyanarkyana münasibəti ilə sözün əsl mənasında, ədəbi-bədii gəncliyin sığındığı, üz tutduğu, ümidlə pənah gətirdiyi isti bir yuvaya çevrilənUlduzbu gün də öz müqəddəs missiyasını şərəflə yerinə yetirir... Budur, o, yenə ayaqdadır, gəncliyin önündədir, ona dəstək, arxa-dayaq duranların cərgəsindədir”.

Ekspert rəyini Günel Natiqinözüylə söhbəti hekayələri izləyir.

Şeir vaxtıRəşad Nağı Mustafa, Elşən Mehdi, Pərviz Arif Elnur Uğurun ixtiyarına verilib.

ƏfsanəninOyuq”, “Azadlıq pərisi”, Tural İsmayılovunAişənin romanı”, İlhamə NasirinAtamın çiçək qızı Dəniz PənahınPərdəhekayələriNəsrbölməsində yer alıb.

Tərcümə saatıbölümündə Xatirə Xatunun çevirdiyi, Corc Oruelin “Tolstoy Şekspirməqaləsi öz əksini tapıb.

Təbriz elirubrikasında Ümid Nəccarinin şeirləri, “Qürbət hekayələribölməsində Yaşar SüleymanlınınTorpaq o qədər bərk idi kihekayəsi var.

Aydın CanıyevinKəramətli yazı”, Camal YusifzadəninAzadlığa gedən yolda”, Arzu MuradınKüçələrə su səpmişəmesseləri jurnalın bu sayında dərc olunub.

Debütrubrikasında Seymur HüseynovunBalaca Yossinin qeydlərihekayəsi Könül Eldarqızının şeirləri verilib.

Cəlal MəmmədovQısa fikirlər xəzinəsibölməsində Fridrix Nitsşenin kəlamlarını təqdim edib.

Hücrə”də Qəşəm Nəcəfzadədir, o, “Ay Bəniz Əlyar onun yeddi şəkli”ndən danışıb.

TribunabölməsindəkiDoğrayın müharibə sözünüyazısında Mərziyyə Nəcəfova mərhum şairə Nurəngiz Günün poeziyasından bəhs edir.

Dərgidə kitablayihəsinin fevral qonağı Gülnar Səmadır.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 4 mart.-S. 12.