Yaradıcı və peşəkar şəxsiyyət

 

Düsen Kaseinovun 70 illik yubileyinə

 

Türk dünyası-xalqların bir-biri ilə zəncirvari şəkildə bağlı olduğu, ortaq qədim köklərə, dilə, mədəniyyətə, adət-ənənələrə, dəyərlərə malik zəngin bir aləmdir. Bu mənəvi bağlılıq tarix boyu bir nəsildən digərinə ötürülərək çağdaş dövrümüzə qədər gəlib çıxmışdır.

Sevindirici haldır ki, müasir dövrdə bu mənəvi bağlılığı daha da artırmaq məqsədi ilə Türk dünyasının birliyinə, türkdilli xalqlar arasında əlaqə əməkdaşlığın möhkəmlənməsinə xidmət edən bir sıra mühüm təşkilat qurumlar yaranmışdır.

Türk dünyasını ehtiva edən belə təşkilatlardan biri ilki TÜRKSOY-dur.

XX əsrin 90-cı illərinin əvvəllərində mövcud çətin şəraitdə türkdilli ölkələrin belə bir beynəlxalq təşkilatı təsis etməsinə böyük ehtiyac var idi. TÜRKSOY-la əməkdaşlığa ulu öndər Heydər Əliyev xüsusi önəm  verirdi təsadüfi deyil ki, Azərbaycanın o dövrkü mədəniyyət naziri Polad Bülbüloğlu uzun müddət həmin təşkilata uğurla rəhbərlik etdi.

TÜRKSOY türkdilli xalqların sahib olduğu mədəniyyətin dünyaya tanıdılması gələcək nəsillərə ötürülməsi ilə bağlı effektli fəaliyyət göstərməklə, bu xalqlar arasında həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır. Əlbəttə, TÜRKSOY-un fəaliyyətindən bəhs edərkən,təşkilatın məqsəd vəzifələrinin  yerinə yetirilməsində 2008-ci ildən etibarən baş katib Düsen Kaseinovun xidmətlərini qeyd etmək vacibdir.

Düsen Kaseinovun rəhbərliyi altında TÜRKSOY bir çox nailiyyətlərə imza atmış,  türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər həyata keçirmiş, eyni zamanda TÜRKSOY-un özünün bir beynəlxalq təşkilat kimi nüfuzu daha da artmışdır.

Düsen Kaseinov ilə səmimi dostluq münasibətlərimiz hələ Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının birinci katibi vəzifəsində çalışdığım dönəmlərdə yaranmışdır.  İstər TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının iclaslarında, xüsusən 2014-cü ildə Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiyalarının 5-ci iclası zamanı, istərsə digər müvafiq tədbirlərdə - Ankarada, İstanbulda, Astanada, Bişkekdə, Parisdə, Nyu-Yorkda görüşlərimiz,birgə səmərəli fəaliyyətimiz olmuşdur. hər zaman Düsen bəy öz səmimiliyi ilə, işinə bağlılığı, ən proqressiv mənada türkçülüyə sadiqliyi ilə hamının hörmətini qazanmışdır. O özü, həm peşəsi, həm daxili aləmi etibarilə incəsənət adamıdır. Düşünürəm ki, onun mənəvi dünyasıda peşəsi kimi, musiqi ilə bağlıdır.

İndi biz hər il Düsen bəylə bir neçə dəfə görüşürük. Ötən il daha çox görüşdük, çünki Türk dünyasını birləşdirən yeni beynəlxalq qurum - Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu yaradıldı mən orada işləməyə başladım.

Keçən ilin sentyabr ayında Bakıda növbəti görüşümüz olmalıydı, ancaq qəflətən Türkiyədən acı hamımızı qəlbən kədərləndirən xəbər gəldi: Düsen bəyin həyat yoldaşı gözlənilmədən dünyasını dəyişmişdi. mən indi onun sarsılmış səsini xatırlayıram: "Sevdiklərinizin, doğmalarınızın dəyərini bilin. Hər şey gözlənilmədən baş verir..."

Sonra oktyabrın 3-də Ankarada TÜRKSOY-un baş qərargahında Türkdilli təşkilatların toplantısında görüşdük. Toplantı çox məhsuldar keçdi. Axşam TÜRKSOY tərəfindən təşkil edilən konsert vardı. Konsert zamanı mən Düsen bəyin hər bir sənətçini necə diqqətlə həssaslıqla dinləməsinin, hər birinə qiymət verməsinin yaxud hansısa incəlikləri yüksək professionallıqla qeyd etməsinin bir daha şahidi oldum.

Bu Düsen Kaseinovdur - yaradıcı peşəkar şəxsiyyət!

Konsertdə məlum oldu ki, Düsen bəyin səhhətində bəzi problemlər var o, sabah səhər tezdən əməliyyat olunacaq. Bizi narahatlıq hissi bürüdü, çünki bir az əvvəl yazdığım hadisə yeni baş vermişdi, Düsen bəyin qızları, böyük ailəsi Ankarada deyildi. Onun xəstəxanada tək qalıb hansı hisslər keçirəcəyini düşünərək: ''Sağ-salamat, hər şey uğurlu olacaq. Sabah mütləq arayacam. Lazım olsa, xəstəxanaya gələrəm" dedim.

Ertəsi gün günorta xəstəxanaya zəng etdiyimdə Düsen bəyin yavaş, amma gümrah səsi məni sakitləşdirdi: "Hər şey yolundadı, Günay xanım, diqqətinizə görə çox sağ olun''. mən zarafatla: "Oldu, Düsen bəy, daha Bakıya rahat qayıda bilərəm" dedim.  Bir neçə gündən sonra, bildim  ki, Düsen bəy artıq başındadı yeni toplantılarını keçirir.

indi bu 70 illik ərəfədə mən Düsen Kaseinovu bu şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edirəm, ona ilk növbədə möhkəm cansağlığı işlərində yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, gələcək fəaliyyəti ilə o, hər zaman olduğu kimi, bütün Türk dünyasının mədəniyyətinin təbliği işinə xidmət edəcəkdir.

Əminəm ki, yaxın gələcəkdə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu TÜRKSOY birlikdə yalnız mədəniyyət sahəsində deyil, ümumiyyətlə Türk dünyasının qardaşlıq həmrəyliyi naminə uğurlu layihələr həyata keçirəcək, Türk dünyasının birliyinə, rifahına çiçəklənməsinə öz töhfəsini verəcək.

 

Günay ƏFƏNDİYEVA

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti

 

525-ci qəzet.- 2017. - 10 mart.- S.2.