Anarın Polşada və Misirdə kitabları nəşr olunub

 

Xəbər verildiyi kimi Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü dəstəyi ilə Xalq yazıçısı Anarın povest hekayələri polyak dilində nəşr olunub.

 

Bu, yazıçının Polşada çıxan dördüncü kitabıdır, " liman" povesti 1978-ci ildə Andjey Şimanskinin tərcüməsində Varşavada əvvəlcə "Literatura na sveçe" ("Dünya ədəbiyyatı") jurnalının iki nömrəsində, sonra ayrıca kitab kimi çap edilmişdi. 1981- ci ildə Varşavada Veçeslava Karaçevskanın çevirisində "Əlaqə" povesti nəşr olunub. 2015-ci ildə Vrotslavda İlahə Kərimovanın tərcüməsində "Göz muncuğu" kitabı buraxılıb. Bu kitaba Sona Qasımovanın tərcüməsində "Qırmızı limuzin" hekayəsi daxil edilmişdi. Həmin nəşrlə bağlı tanınmış polyak tənqidçisi Pyotr Praçnion nüfuzlu "Nove Ksaski" ("Yeni kitablar") jurnalının 2016-cı ildəki 10-cu sayında yazır:

 

"Anar həm məşhur əsatir rəmzlərdən istifadə edərək, həm özü rəmzləri onların təsvirini yaradaraq absurd yuxu məntiqi üzrə inkişaf edən mifoloji əsərlər yazır. Maraqlıdır ki, nasir Kafka kimi mifoloji paralellər yaratmaqla kifayətlənmir. Anarın mifoloji yaradıcılığı olduqca canlı dinamikdir, keçmişin qalıqlarından azaddır. Yazıçı öz hərəkətli üslubuna malikdir. Azərbaycan yazıçısının qəhrəmanları ilahi müqəddəs deyillər, xüsusi fərqli əlamətlərə malik deyillər. Əhliman (yəni Əhriman Hörmüzd eyni şəxsdə) "Qırmızı limuzin" hekayəsinin qəhrəmanı müəllifin O. adlandırdığı personaj cəmiyyətdə müəyyən ictimai professional mövqe tutmalarına baxmayaraq, oxucular tərəfindən simvol obraz kimi qəbul olunurlar. Anarın təhkiyyə üslubu təsirlidir ölülərlə dirilər dünyasının yerlərini daima dəyişdirilməsindən ibarətdir, bu isə yaxşının pisə, pisin isə yaxşıya çevrilməsinə imkan yaradır. Povestdə ölü canlanır, hekayədə canlı adam ölümə məhkum olunur. Buna görə hər iki süjet -"Göz muncuğu" "Qırmızı limuzin" - olduqca qəribə xüsusiyyətə malikdirlər. Hər iki mətndə Azərbaycan nasirinin təsəvvürünün mifoloji səciyyəsi gündəlik şəhər həyatının real elementləri vasitəsilə həyatın simvolik təsviriylə ifadə olunur. "Göz muncuğu" əsərində cəmlənən daxili xarici istinadlara nəzər yetirəndə polisemantik təsvir yarandığını görürsən onların qapalı şərhi asan olmur. Anarın yaradıcılığı birmənalı şəkildə oxucunun aktiv iştirakını tələb edir bununla da oxucu əsərin mənasını qavramaqda əsərin həmmüəllifinə çevrilir. Kitabın poetikası müxtəlif yönlüdür. Povest hissiyyat, yaddaş təsəvvürlə idarə olunan şüur axınıyla başlayır. Diri-diri basdırılan insanın hisslərini, düşüncələrini müəllifin şərhləri müşayiət edir. Bunlar Anarın yüksək səviyyədə bilik adamı alim olmasını biruzə verir. Onun yaratdığı nəsrin X1X-XX əsr Avropa ədəbiyyatına bənzərlikləri var.

 

Anarın mifoloji yaradıcılığının orijinal tərəfi həyatla ölüm arasındakı əlaqənin qeyri-reallığından ibarətdir: ölülər səhvlərini düzlətmək üçün dirilə bilir, dünya ilə digər insanlarla əlaqəni kəsən canlılar isə unudulmalıdırlar. Bu baxımdan Azərbaycan yazıçısının ədəbi yaradıcılığı qədim miflərlə bağlı bəzi suallara cavab reaksiyadır, fərdlərin icmaya daxil olması, insanlarası harmoniyanın qorunub saxlanması s. Bu xüsusiyyət Anarı fərqləndirir, önə çıxarır, Kafka epiqonlarından xeyli uzaqda olduğundan nişan verir".

 

Anarın "Qırmızı limuzin" hekayəsi daha öncə 2007-ci ildə Varşavada "Czerwona limuzyna" ("Qırmızı limuzin") adlı Azərbaycan hekayələri antologiyasına da daxil edilmişdi. 2016-cı ildə Varşavada nəşr olunan yeni "Əsərləri" kitabına isə yazıçının "Əlaqə" povesti, "Mən, sən, o telefon", "Asqılıqda işləyən qadının söhbəti" "Keçən ilin son gecəsi" hekayələri daxil edilib. Povesti hekayələri polyak dilinə Veçeslava Karaçevska, Henrika Broniotovska, Yeji Yedjeviç, Ester Hessen çeviriblər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov kitaba geniş ön söz yazıb. Ön sözdə Anarın tərcümeyi-halından, maarifçi kimi xidmətlərindən, nəsr kino əsərlərindən, "Qobustan" sənət toplusunun baş redaktoru kimi fəaliyyətindən, Sovet dövründə rastlaşdığı çətinliklərdən ətraflı bəhs olunur. Həsən Həsənov yazır:

 

"Anarı yaxşı tanımaq üçün onunla şəxsən tanış olmaq şərt deyil. Amma Anarı şəxsən tanıyaraq onun biliyinin, intellektinin genişliyinə valeh olmamaq mümkün deyil... Anarın yaradıcılığında aktuallıqla əbədilik bir düyünlə bağlıdır... Anar elə bir mövzunu götürür ki, o mövzu öz aktuallığı ilə yanaşı əbədiliyi ilə fərqlənir... Sovet ideologiyasının özünəməxsus bir maarifləndirmə stereotipi var idi. Bütün ideologiyalarda olduğu kimi, bu da icazəsi olan olmayan sistemlərdən ibarət idi. Hətta icazəli mövzuların daxilində qadağa sərhəddi var idi. Anarın maarifçiliyini fərqləndirən cəhət odur ki, o bir çox hallarda "icazəli mövzuların" "qadağa sərhədlərini" keçməyə meyl göstərərək uğurlu nəticələr eldə edirdi. Bir dəfə Cəlil Məmmədquluzadədən söhbət düşəndə Bəxtiyar Vahabzadə dedi ki, Mirzə Cəlilin dahiliyini dərk etmək istəyən Anarın onun haqqında yazdıqlarını oxumalıdır... Düşünəndə ki, niyə Sovet İttifaqının tənəzzülü məhz 80-ci illərin ortalarına təsadüf etdi, mən belə bir qənaətə gəlirəm : bunun əsas səbəblərindən biri odur ki, məhz bu zaman 60-cılar nəsli Sovet ideologiyasının əsasını təşkil edən ədəbiyyatda kinoda hakim mövqelərdə olub kəsərli söz dedilər. Bu nəslin həmin mövqeyə çatmasında istiqlal yolunda öz cəsarətli sözünü deməkdə Anarın xidməti əvəzsizdir... Anar siyasətçi olmaq iddiasında heç bir zaman olmayıb. Anarın gücü ondadır ki, o, siyasətə təsir edə bilən ziyalı sözünü həmişə deyib".

 

Anarın Misirdə işıq üzü görən kitabına "Keçən ilin son gecəsi", " Asqılıqda işləyən qadının söhbəti", "O gecənin səhəri", "Mən, sən, o telefon" ,"Gürcü familiyası", "Qoz qabığı", "Marallarım", "Yaxşı padşahın nağılı", "Mütləq görüşərik", "Qırmızı limuzin", "Vahimə" hekayələri "Otel otağı" povesti daxil edilib.

 

Kitaba Ön söz kimi Çingiz Aytmatovun Anar haqqında yazısı verilib. Kitabı ərəb dilinə çevirən Əbdürrəhman əl Xamisi giriş sözündə yazır:

 

"Xoşbəxtlikdən Azərbaycanın ən görkəmli müasir yazıçılarından birinin bu gözəl hekayələr toplusunu tərcümə etmək mənə nəsib oldu. Böyük yaradıcı qüdrətə malik olan Anarın nəhəng istedadı ilə tanışlıq ərəb oxucusunun bu kitabın içindəkilərdən həzz alıb ona heyranlıq hissi keçirəcəyinə inanıram. Yazıçı bu sərt dünyada insandakı nəciblik, humanizm və gözəlliyi təqdir edir, ədalətə, xeyirxahlığa çağırır. O, eyni zamanda, davranışlarında eqoizmin hökm sürdüyü dünyanın həqiqi dəyərlərini dərk etmədən yaşayanlara qarşı çox sərt qərar verən bir hakimdir. Yazıçı öz əsərlərində vətəninin ən başlıca həyatı problemlərinə toxunur ki, onlardan ən mühümi ermənilərin Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmələridir. Mən bu yüksək istedada malik yazıçının başqa əsərlərinin də ərəb dilinə tərcümə edilməsini istərdim".

 

Fevralın 27-də Bakıda Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri mərkəzində həmin kitabın təqdimatı keçirilib. Tədbiri Mərkəzin müdiri Əhməd Sani Eyladı açıb. Çıxış edənlər -Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim A.Rahim, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərov, professorlar Qəzənfər PaşayevTofiq Məlikli - bu kitabın yalnız Misirdeyil, böyük ərəb dünyasında da Azərbaycan ədəbiyyatının tanıdılmasında rolundan danışıblar. İraq-Türkmən şair və yazıçılar Birliyinin rəhbəri Fövzü Əkrəm Fövzüoğlu Anara və Qəzənfər Paşayevə fəxri ödüllər təqdim edib. Sonda Anar Misirin ölkəmizdəki səfirinə, tədbirdə iştirak edən başqa ərəb ölkələrinin səfirlərinə, Mərkəzin müdiri Əhməd bəyə, çıxış və iştirak edənlərə minnətdarlığını bildirib.

 

NƏZRİN

 

525-ci qəzet.- 2017.- 14 mart.- S.7.