Oğluma layla çalıram
Gecələr günəş
kimi yatan,
Gündüzlər ay kimi xumar,
mənim mamlımatan
qəşəngim,
Hələ nə adın,
nə də taleyin var.
Hələ süd rəngli
yuxular içində
üzürsən.
Gah üzünə
yuxu kimi isti
bir təbəssüm
qonur,
Gah da dodaqlarını
büzürsən.
Dünyadan xəbərin
yox,
Bilmirsən -
Havalar olur gah isti,
gah da soyuq.
Bilmirsən -
Ölümün də səninlə
əkiz gəlib
cahana.
Qoşa böyüyürsünüz
Bir beşikdə
yan-yana.
Sən də böyüyürsən,
sevincin də, dərdin də;
Neçə dostun, neçə düşmənin
böyüyür hər tində...
Bax, oğlum, sənə
Aldığım hədiyyədir
-
Qıçlarını yorası yollar, küçələr.
Gözlərinin nurunu oğurlayası
yığın-yığın
yuxusuz gecələr.
Saçlarını ağardası - gündüzlər.
Əllərinə qabar salası - çöllər,
düzlər...
Çöldə - yağış,
Otaq - isti.
Çöl tərəfdən
pəncərəmizin
şüşəsi ağlayır...
Çöldə səni
gözləyir
qəhrəmanlığın,
təbiətlə vuruşlar.
Səni döyüş
meydanlarında
küləklər gözləyir,
Çöldə çiçəklər,
göydə quşlar.
Hələ yat, gücün artsın,
bala, yat,
Süd rəngli
bir yuxuya
bənzəmir həyat!
1963-cü ildə
çap olunmuş
"Hamıya Borcluyam" kitabından
Oğluma sonuncu layla
Mən səni
qorudum uşaqlığından
Mən səni
qorudum cavanlığından
Qorudum səni
mən baba olunca
Demirəm izlədim,
gəzdim dalınca
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın
özünü verər
qılınca".
Bəlkə yaxşı
ata ola
bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün amma mən ölə bilmədim.
İndi yaşayıram
qalan vaxtımı
Yaşamaq... Yəni bu yaşamaqdımı?
15.03.2017
Fikrət Qoca
525-ci qəzet.-
2017.- 16 mart.- S. 7.