Xalq artisti Hüseynağa Sadıqov anılıb

 

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə unudulmaz aktyorun həyat yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

Respublikanın tanınmış mədəniyyət incəsənət xadimlərinin qatıldığı gecədə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev aktyorun sənət dostları çıxış edərək bənzərsiz səsə xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa filmlərdən fraqmentlər təqdim edilib.

Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor "Əfilər", "Xasay", "El oğlu", "Bir saat xəlifəlik", "Müfəttiş", "Evlənmə", "Bəxtsiz cavan", "Yaşar", "İki ağanın bir nökəri", "Qar Kraliçası", "Tamahkar", "Ovod" onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb.

Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.

 

525-ci qəzet.- 2017.- 16 mart.- S.7.