Mən onu belə gördüm...

 

(Dostum Yusif Hüseynovun 60 yaşına)

 

 

 

 

Azərbaycan xalqında bəlkə elə dünyanın bütün millətlərində ad qoyma məqamı ciddi düşüncədən keçir.

 

Körpəyə ad verərsən, taleyi ona həmin adı ifadə edən bir tale qismət edər.

 

Azərbaycan mental düşüncəsinin qədim beşiyi olan Şəkidə uşağa adın verilməsi ətrafında məhz bu səbəbdən, hətta, bəzən ailə diskussiyaları baş verir. Onun adını Yusif qoydular. Çünki Yusif sakral bir məzmun kəsb edir Yusifin atası onun taleyini belə görmək istədi. Yusifin doğulduğu ailə, böyüdüyü Şəki mühiti müqəddəslik kəsb edən bu adın taleyinə lap ilkin çağlarından bu ailənin tərbiyəsini, azərbaycançılıq xarakterini yazdı. Hər halda 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində lap elə birinci kursun birinci günlərindən tanıdığım 17 yaşlı Yusifi belə gördüm. Bəlkə elə ona görə idi ki, həmin vaxtdan təzəcə müəllimliyə başlamış bir adam kimi ilk baxışdan mükəmməl tərbiyəsi erudisiyası ilə diqqət çəkən bu birinci kurs tələbəsi ilə dost oldum. sonralar gördüm ki, qətiyyən yanılmamışam. Çünki o birinci kurs tələbəsi o gündən bu günə öz xarakteri, Vətəninə, yurduna, el-obasına, ailəsinə, qohum-əqrəbasına sədaqətli bir insan kimi yalnız inkişafda, yalnız hər kəsin qayğısına qalmaq qayğılarında olmuşdur.

 

Yusif hələ universitetdə tələbə olarkən seçdiyi jurnalist peşəsinə sonsuz marağı ilə, elmi istiqamətə, dövlətçilik ideyalarına diqqəti ilə, milli-mənəvi dəyərlərimizə hörməti ilə yadda qalırdı. Amma başqa cür ola da bilməzdi: Bu gün bizim hamımızın müqəddəs müəllimimiz, bizə Vətən sevgisi aşılayan böyük insan Şirməmməd Hüseynov Yusifin doğmaca əmisidir.  mən yuxarıda Yusifin böyüdüyü mühitin  sakrallıq  məqamından bəhs edərkən bu faktı əsas tuturdum. Yusif Şirməmməd müəllimi bir əmi olmaqdan daha çox bir müəllim kimi qəbul etmişdi bizim bu günə qədər birgəliyimizi təmin edən ən böyük fakt bəlkə elə budur.

 

Yusif həyatının bütün anlarında özü-özünü qurmaq, öz taleyinə sahib çıxmaq prosesinə diqqətlə yanaşmış, amma bu işdə heç vaxt tələsməmişdir. Universiteti bitirib əvvəlcə o zamanın uşaqlarına ünvanlanan "Pioner" qəzetində işə başladı. Onun jurnalist istedadını hiss edən o dövrün ölkədə ən nüfuzlu səlahiyyətli qəzeti olan "Kommunist"in rəhbərliyi Yusifi bu redaksiyada əməkdaşlığa dəvət etdi. Yusif "Kommunist" qəzeti ilə jurnalist kimi xeyli əməkdaşlıq etdi həm bu zamanda elmi işə bacarığını göstərdi. Bununla da yenə o zamanın çox nüfuzlu elmi müəssisəsi hesab olunan Partiya Tarixi İnstitutuna dəvət aldı düz 10 il bu institutda elmi fəaliyyətlə məşğul oldu. Qədim Şəkidə böyüyüb Bakı mühitinə düşmüş Yusifə Allah mükəmməl dil öyrənmək qabiliyyəti vermişdi o, rus dilini elə rusun özü qədər mükəmməl bilirdi. Moskvada elmi kitabxanalarda, elmi arxivlərdə Azərbaycanın siyasi tarixi ilə bağlı axtarışlarında bu dilbilməklik Yusifin çox köməyinə çatdı. bir rus dilini mükəmməl bilməsi onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə tərcüməçi-redaktor vəzifəsinə gətirdi. Çox keçmədi ki, Azərbaycanda 1990-cı ildə Prezident  İdarə İnstitutu yarandı Yusif bu Prezident Aparatında məsul işə cəlb olundu. Mən Yusifin fəaliyyətini izlədiyim üçün dəqiq deyə bilirəm ki, o çətin mürəkkəb illərdə  bütün  fəaliyyəti dövründə  dövlətimizə, dövlətçiliyimizə, millətimizə, xalqımıza  daim sədaqətlə xidmət edən əsl vətəndaş olmuşdur.

 

Amma bütün bunlarla belə Yusifi ilkin seçdiyi peşə-jurnalistika özünə daha çox çəkirdi o, "TəfəkkürUniversitetindəki Jurnalistika fakültəsinə müəllim gəldi. Təzəcə nəşrə başlayan "Vəfa" jurnalında əməkdaşlıq etdi.

 

Bu gün Yusif Hüseynov İctimai Televiziya Radio Yayımları Şirkətində Kino Dublyaj Departamentində müdir müavini vəzifəsində çalışır.

 

Yəqin oxucu bu yazıda mənim Yusifin bioqrafiyası ilə bağlı sətirlərimdə cümlələrin əksəriyyətinin xəbərin şühudi keçmiş zamanı ilə bitdiyini hiss etdi. Bu da ondan irəli gəlir ki, 1973-cü ildən Universitetin birinci kurs tələbəsi kimi tanıdığım Yusifin o məqamdan sonrakı həyatı mənim gözlərimin qarşısında baş verib. Mən həmişə Yusifi sədaqətli bir dost kimi görmüşəm, gözü tox, insanlığı məsud bir adam. Yalnız öz bacarığı öz çalışqanlığı ilə hörmət qazanan bir insan. İndi Yusifin 60 yaşı tamam olur o öz həyatının qızıl dövrünə qədəm qoyur. Yusifin yaşadığı bu 60 illik ömrünün 44 ilinə mən yaxşı bələdəm. Dəfələrlə Yusifgilin Şəkidəki evlərində olmuşam, acılı-şirinli günlərimiz çox zaman birlikdə keçib. tale elə gətirib ki, İctimai Teleradio yarandığı gündən indiyə kimi biz ikimiz bu müəssisədə birgəyik. İctimai Teleradioda dublyaj edilən filmlərin dublyaj məsuliyyətinin böyük bir hissəsi bir redaktor kimi Yusifin boynuna düşür. Jurnalist peşəsinə yiyələnməsi bu sahədə Yusifin çox köməyinə çatır. Onun əlindən çıxmış dublyaj filmlərində nöqsan tapmaq çətindir.

 

Yusif Hüseynovun peşəkarlıq istedadını onun mütaliə həvəsi tamamlayır. Onun evində böyük bir kitabxanası var. Klassik dünyarus ədəbiyyatı, müasir dünya və yenə də rus ədəbi prosesi Yusif Hüseynovun daim müraciət etdiyi bədii söz sahəsidir. Bu ədəbi aləm onun leksikasını və sintaksisini zənginləşdirir, dublyaja cəlb olunan filmlərin dublyaj redaktəsində köməyinə gəlir.

 

Yusif yerində həlim təbiətli, iddiasız, hamıya hörmətlə yanaşan bir insandır. Ailəsindəki iki övladı da onun bu xarakterini yüksək şəkildə mənimsəyib. Oğlu Anar ingilis, rus dillərini də doğma ana dili qədər mükəmməl bilir və həm də elə buna görə çeşidli Avropa ölkələrində öz yerini təmsil edir. Anarın zəngin dil təcrübəsi ezamiyyətə getdiyi ölkələrdə  Qarabağ həqiqətlərini təbliğ etməyə geniş imkan yaradır. Yusifin qızı Nigar Əliyeva Azərbaycan Xarici İşlər Nazirliyində çalışır və diplomatiyada ilk addımlarını atmaqdadır. Övladlarının bu Vətən sevgisi, Azərbaycan qahmarlığı ataları Yusif müəllimin xarakterinin təkrarı təəssüratı yaradır. Mən Yusif Hüseynovla uzaq səfərlərdə olmuşam. Gürcüstan, Rusiya, Ərəbistan dolaylarında, yollarında və çeşidli şəhərlərdə olmuşuq, kəndlərdən, obalardan keçmişik. Mən hər səfərimizin sonunda onun geriyə dönmək, Azərbaycanımıza, Şəkimizə çatmaq təşnəsinin şahidi olmuşam. Yusifin doğma Şəkidən çoxdan ayrılmasına baxmayaraq hər dəfə milli koloritli bu şəhərdə çoxsaylı dostlarının onu necə məhəbbətlə qarşıladıqlarının şahidi olmuşam. Bu da bir neçə cəhətdən irəli gəlir: birincisi Yusif  Hüseynov doğma Şəkiyə, doğma yurd-yuvaya çox bağlı adamdır, ikincisi, Yusif  Hüseynov Şəkidən Bakıya salınan bir körpü timsalında dostlarını bu böyük şəhərdə məhəbbətlə qarşılayan və onların əlçatan problemlərinə kömək edən bir eloğludur, üçüncüsü, Yusif  Hüseynov Şəki dostlarını heç vaxt unudan deyils.

 

Yusif müəllim xaraktercə heç vaxt zarafatı sevməz. "Zarafat dostluğun qayçısıdır" xalq deyimindən gələn prinsiplə yaşayır. Neçə illərin dostuyuq, amma artıq özüçoxdan müəllim statusu qazanmış Yusif Hüseynov mənə həmişə ilk növbədə müəllim gözü ilə baxıb. İllər ötür, zaman dəyişir, dəyərlər zamana görə fərqlənir, amma bu gün 60 yaşına qədəm qoyan Yusif Hüseynov milli-mənəvi dəyərlərə bağlı xarakterini heç vaxt dəyişmir. Yusif  Hüseynovun dəyişməz insanlıq  xarakteri onu bizə dünən sevdirmiş, bu gün də sevdirməkdədir. Bu dəyişməz insanın 60 yaşı mübarək olsun!

 

Cahangir MƏMMƏDLİ

 

 

525-ci qəzet.- 2017.- 17 mart.- S.4.