BU BOŞ, BU
KİMSƏSİZ, QIFILLI EVDƏ
Tutub künc-bucağı hörümçək toru,
Közərir, alışır sinəmin qoru.
Di gəl ürəyini infarktdan qoru,
Bu boş, bu kimsəsiz, qıfıllı evdə.
Qalıb bir tərəfdə qabı-qacağı,
Təndiri çat verib, yanmır ocağı.
Göynəyir, sızlayır ana
qucağı
Bu boş, bu kimsəsiz, qıfıllı
evdə.
Mənəm ürəyindən oda
qalanan,
Bulaq gözləriylə
çaya çalanan.
Qapısı kürünən, həndi
talanan
Bu boş, bu kimsəsiz, qıfıllı
evdə.
Gör hansı zülümlə
onu qurmuşuq,
İndi də əlacsız susub durmuşuq.
Biz də ağzımıza qıfıl vurmuşuq
Bu boş, bu kimsəsiz, qıfıllı
evdə.
Yaram açıqdadır, həsrət
duzlayır,
Yay günü
əynimdə köynək
buzlayır.
Atamın,
anamın ruhu sızlayır,
Bu boş, bu kimsəsiz, qıfıllı
evdə.
SÖZÜ
O, səhrada azmış adam kimidi,
Yazma gəl yerinə düşməyən
sözü.
Ay şair, tələsik dilə gətirmə,
Qəlbinin odunda bişməyən sözü.
Ömrü bada verib qeylü-qalında,
Məcnun görkəmində, Cünun
halında.
Nazıyla oynayıb pərdə
dalında,
Sənsən sübhə qədər dinşəyən sözü.
Ağır günahını barı duyursan,
Güldü, ləçək-ləçək niyə soyursan?!
Küləklər önündə çılpaq
qoyursan
Payız sazağında üşüyən
sözü.
Düşsən də yolunda heydən, tapasan,
Kamandan umasan, neydən tapasan.
Yerdən
çıxarasan, göydən
tapasan
Qanına, ruhuna işləyən sözü.
Qismətinə düşən dərddi,
qübardı,
Qəzəbi, hikkəsi köksünü
yardı.
Arxan uçurumdu, önün hasardı,
Neynirsən ox kimi deşməyən sözü?!
O ki varlığını talayıb, söküb
Belə ucuz tutma, ortaya
töküb.
Bir ac qartal kimi sinənə
çöküb
Səni eşim-eşim eşməyən
sözü.
Kündən küt gedirsə
cumma ərsinə,
Düz əyri
görsənir, avand tərsinə.
Necə
qatacaqsan saflıq dərsinə
Çeşmənin gözündən içməyən
sözü?!
Söz var sahibitək elə yalmanır,
Söz də var birbaşa daşa yamanır.
Zamanın sözü var,
sözün zamanı,
Ay Musa, açma heç keçməyən sözü!
lll
Biz hər sabah
səcdədəyik,
Danüzü üzü tanrıya.
Etdiyimiz
dualardı
Çatdıran bizi tanrıya.
Adı mindir, özü təkdir,
İstəyi bitməz istəkdir.
Can qurbansa, nə gərəkdir
Qurbanlıq quzu tanrıya.
İlahilik nəxş eləyir,
Dərk edənlər əxz eləyir.
Sonsuz dua bəxş eləyir
Verdiyi ruzu tanrıya.
Söz arxadır, el-ulusdur,
Haqq deyəni
demə susdur.
Yalnışı bizə məxsusdur,
Gerçəyi, düzü tanrıya.
O
ŞEİR ŞEİR OLMUR
İlan
çalmış adamtək
Sübhə qədər yatmasam,
Yoluma çıxan daşı
Dırnağımla ovmasam,
Dişlərimlə çapmasam,
Gəzdiyim fikri, sözü,
Dəryaların qoynundan
Mirvaritək tapmasam,
Mayasına, ruhuna
Ürəyimi qatmasan,
O şeir şeir olmur.
Sözün ucundan tutub
Ucuzluğa gedənlər,
Şöhrət həvəsi ilə
Siz ay duza gedənlər,
Sübhədək qovrulmasa
Şəhid ruhu canımda,
Vətən bütövləşməsə
Əgər həyəcanımda,
Bu çəkdiyim ağrılar
Əks-səda verməsə
İliyimdə-qanımda
O şeir şeir olmur.
Böyük Turan elinin
Bir parçası olmasam,
Taleyimi düşünüb
Kövrəlməsəm, dolmasam,
Yarpaq-yarpaq açılıb,
Çiçək-çiçək solmasam,
Can verib qələmimdən,
İstəyimi almasam,
Qəlbimi bir saz kimi,
Kökləməsəm, çalmasam
O şeir şeir olmur.
Nə qafiyə tutanam,
Nə bölgü izləyənəm,
Səhərin alatoran
Bu ilkindi çağında
Xəyallar qucağında
Halalca qismətimi
Tanrıdan gözləyənəm,
O mənim bu anımda
Harayıma çatmasa,
İlahi
istəyini
İstəyimə qatmasa
O şeir şeir olmur.
Əlçatmaz bir istəyin
Ocağında yanmasam,
Bir qartala dönüb mən,
Zirvələrə qonmasam,
Səhərin ayazında,
Şaxtasında donmasam,
Sözləri rəndələyib,
Misraları yonmasam,
Ürəyimin al qanı
Gözlərimdən dammasa,
Bu vətənin, bu yurdun,
Bütövlük məqamına
Ürəkdən inanmasam,
Oxucum, səni anıb,
Mən özümü danmasam,
O şeir şeir olmur.
Nə deyim, nə danışım,
Şeirə olan tələbdən,
Nəsiminin haqq səsi
Yenə batır Hələbdə.
Dünyanın hər yerində
Günahsız qanlar axır.
Dəryaların qoynunda
Axır, insanlar axır.
Mən bu dərdi çəkməsəm,
Özüm öz boğazıma
Əzrayıltək çökməsəm
O şeir şeir olmur.
ALİM
Dünyaşöhrətli müğənnimiz,
Xalq artisti Alim Qasımova
Zəkası doğruldub alim
adını,
Elmlə, ürfanla doludur Alim.
Haqq verib ölçüsüz
istedadını,
Sənətin bənzərsiz qoludur Alim.
Səs necə ağlayır, göz yaşı tökür,
Ruhuna dəryalar,
ümmanlar çökür.
Yerin yer köksünü yer-yerdən sökür,
Göylərin kəhkəşan yoludur Alim.
Necə
tam oxuyur, bütün
oxuyur,
Hər yerdə, hər kəsdən üstün oxuyur,
Bəxtəvər bizik ki, bu gün oxuyur,
Muğamtək qədimdir,uludur
Alim.
Özəl bir kökdədir
səsin səs ladı,
Dünyaya ölçülüb ləzzəti,
dadı.
Hər zaman oxuyur o qeyri-adi,
Yeri də, göyü də unudur Alim.
Ürək bu yanğıyla
şükür dayanmır,
Ya da birdəfəlik od tutub
yanmır.
O zilə qalxanda adam inanmır,
Doğrudanmı yerin oğludur, Alim.
Yetirdi, bitirdi Fərqanəsini,
Muğamın oxşarsız dürdanəsini,
Mələklər oxşayır onun
səsini,
Səsin səcdəgahı, dinidir
Alim.
Ruhunda bir xalqın göynəyi,ahı
Haraya çağırır göydə
Allahı,
Həm öz sənətinin öndəri, şahı,
Həm də sadə,saya
quludur Alim.
O səs qaymaqlanır, o səs üzlənir,
Duyan kimsələrin qəlbi közlənir,
Hər eldə, ölkədə yolu gözlənir,
Bəşərin məhəbbət dilidir
Alim,
Dünyanın musiqi dilidir Alim.
lll
Fikirlərin törpüsüylə
Törpülənib oldum dən-dən.
Yuxusuzluq
körpüsüylə
Keçdim gecənin üstündən.
Mən keçmədim, gecə keçdi,
Keçirdi məni sınaqdan.
Ha düşündüm gördüm
gecdi
Qopmaq töhmətdən,
qınaqdan.
Hanı mənim doğmam, yadım?
Yorğanım qorun içində.
Səhərədək çabaladım
Balıqtək torun içində...
Yaralı
quş kimi səkdim,
Bircə
an kiprik çalmadım.
Fikri hansı yana
çəkdim
Yenə də razı qalmadım.
Yol yoxuşda, yol çətində...
Məni basdı qaraqorxu.
Hiss etdim ki, qismətimdə
Nə şeir
var, nə də yuxu.
MƏLƏYİ
Qaldı
zirvələrin yalçın
belində,
Qoynuna çəkmədi
dərə mələyi.
Bu dəli sevgimin ağlı olmadı
Göydən ulduz kimi dərə
mələyi.
Könül ovsunmadı tapdığı
ovnan,
İllərlə yaşadı “xəyal-plov”nan.
Kimdi sənə qıyan bu qaçdıqovnan,
Gərək tanrı özü verə mələyi.
Heç
kəsin gözündə
nəm olmazıydı,
Bunca həsrət
olmaz, qəm olmazıydı.
Mələklər dünyada kəm
olmazıydı,
Evində görsəydi hərə
mələyi.
Bir gözəl görüncə
qəşş eləmişik,
Hüsnünü ürəyə nəqş
eləmişik.
Çoxumuz göylərə bəxş
eləmişik,
Orda axtarırıq
hələ mələyi.
Ay Musa, qəlbində yasdı, hüzrdü,
“Üzrün” günahından
betər üzrdü.
Gənclik ötüb keçdi,
ömrün üzüldü,
Endirə bilmədin yerə mələyi.
Musa ƏLƏKBƏRLİ
525-ci qəzet.- 2017.- 18 mart.- S.23.