Mövlud... Mövlud...
On yeddi mərtəbə
bəlkə də on yeddi saniyə deməkdir.
On yeddi saniyə... Bu saniyələrin hansındasa
bəlkə də yenidən geriyə uçub ayaqlarının
damdan aralandığı
yerə qayıtmaq istədin. Bəlkə də yox.
Niyə bunu etdin - heç kim bəlkə
də bilməyəcək.
Səninlə adda-budda görüşlərimi
xatırlayıram. Heç on yeddi
dəfə olmaz.
On yeddi cümlə dedikmi bir-birimizə?! On yeddi dəfə baxışlarımız dəydimi
bir-birinə?! Bunlar olsa
da, olmasa da, önəmli deyil, biz bir-birimizi anlamış idik.
Məni anlayan, mənim anladığım kişilərdən
biri də azaldı. Mən də bir nəfər
qədər az
qaldım.
Soruşmayacağam ki, niyə belə
etdin?! Yəqin, sənə hansısa
sirr agah olmuşdu və sən onu özünlə
göyə uçurub
hamıdan gizlətdin.
Bu sirri axtaranlar çox olacaq. Amma onu bilmək kimsəyə müyəssər deyil.
Arxanca baxıram
və sən hələ də uçursan.
Mövlud... Mövlud...
Kamal
ABDULLA
525-ci qəzet.- 2017.- 18 mart.- S.15.