Əbülfəs
Qarayev Almaniyada mühüm tədbirlərdə iştirak edib
Almaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bundestaqın deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və digər məsələlər barədə ətraflı müzakirələr aparılıb. Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə olmasını vurğulayan nazir, xanım parlamentarini Bakıda keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb. Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəniyyətinə vurulmuş ziyan xüsusilə qeyd olunub. Ə.Qarayev Karin Ştrensi mayın 5-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Martın 8-də beynəlxalq turizm sərgisi
çərçivəsində Azərbaycan stendinin açılışı olub. Nazir həmin
gün “İTB Berlin” sərgisi
çərçivəsində keçirilən İpək
Yolu ölkələrinin
Turizm Nazirlərinin
7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının
200 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycanda alman məskənlərinin
200 illik yubileyi münasibətilə Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin və ölkəmizin Almaniyadakı fövqəladə
və səlahiyyətli
səfiri Ramin Həsənovun adından ziyafət verilib.
Tədbiri açan
səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının
25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi
ilə yadda qalacağını bildirərək,
dövlətimizin başçısı
İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının
200 illiyi haqqında Sərəncam imzaladığını
diqqətə çatdırıb.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir Ramin Həsənov iki ölkə arasındakı əməkdaşlığın
bütün sahələrdə,
o cümlədən, mədəniyyət,
turizm və humanitar sahələrdə
dinamik şəkildə
inkişaf etdiyini vurğulayıb.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev tarixən Azərbaycanda məskunlaşmış
500 alman ailəsinin ölkəmizdəki həyatının
Azərbaycanda hökm
sürən multikulturalizmin
və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında hazırkı münasibətlər
üçün də
möhkəm bünövrə
təşkil etdiyini deyib. Nazir Azərbaycanda mövcud
olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün
görülən işlər,
həmin ərazilərdəki
abidələrin ölkəmizin
turizm imkanlarına töhfəsi barədə
məlumat verib.
O, Azərbaycanda alman məskənlərinin 200 illiyi
münasibətilə Prezident
İlham Əliyev tərəfindən imzalanmış
Sərəncama müvafiq
olaraq hazırlanmış
tədbirlər planı
haqqında da danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan
nazir Ermənistanın
hərbi təcavüzü
nəticəsində Azərbaycan
torpaqlarının işğalı
və bir milyondan çox azərbaycanlının öz
evindən didərgin düşməsi barədə
məlumat verib, ölkəmizin bu münaqişəni sülh
yolu ilə həll etməyə çalışdığını diqqətə çatdırıb. Əbülfəs Qarayev Azərbaycanın dünya ölkələri
və xalqları arasında mədəniyyətlərarası
dialoqun möhkəmlənməsi
üçün gördüyü
işlərdən söz
açıb, multikultural
yaxınlaşma və
digər mədəniyyətləri
daha yaxından tanıma nəticəsində
dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. Nazir bununla əlaqədar
olaraq mədəniyyətlərarası
dialoq üzrə Bakı prosesinin, o cümlədən, cari il mayın 5-6-da Bakıda keçiriləcək
Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun əhəmiyyətini vurğulayıb.
Tədbirdə, həmçinin
Bundestaqın deputatları,
Alman-Azərbaycan Forumunun
idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları,
bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elmi-mədəni,
ictimai-siyasi, iqtisadi dairələrin və
KİV-lərin təmsilçiləri,
eləcə də Azərbaycanın Almaniyadakı
səfirliyinin əməkdaşları
iştirak ediblər.
525-ci qəzet.-
2017.- 11 mart.- S. 4.