“Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

 

Dünən Bakı Mühəndislər Universitetində (BMU)  İslam Həmrəyliyi İli” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)  BMU-nun “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə  “Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

BBMM, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın Fəlsəfə İnstitutunda yaradılmış Azərbaycan multikulturalizmi şöbəsi, “Multikulturalizm” jurnalı və Yaradıcılıq Fondunun əməkdaşları,  ölkə ali məktəblərində-Bakı Slavyan Universitetində, Azərbaycan Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində  yaradılmış Azərbaycan multikulturalizmi kafedralarının rəhbərləri və təmsilçiləri, eləcə də Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan, Mingəçevir dövlət universitetlərində, o cümlədən Bakıda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisəslərində “Azərbaycan multikulturalizmi  və “Multikulturalizmə giriş” fənlərini tədris edən professor –müəllim heyətinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov açaraq müşavirəyə qatılan hər kəsə minnətdarlığını ifadə edib  iştirakçılara Dövlət müşaviri, akademik Kamal Abdullayevin salamlarını çatdırıb: “Ölkə Prezidenti 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İlielan edərkən müasir dünya reallıqlarını nəzərə alıb, Azərbaycan dövlətinin, Azərbaycan xalqının dünyada etnik, dini, irqi zəmində diskriminasiya hallarının aradan qaldırılmasına, humanizm prinsiplərinin bərqərar olunmasına verə biləcəyi töhfəni böyük bir uzaqgörənliklə ön plana çəkib. Multikulturalizmin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi kimi başa düşülməsi, multikultural dəyərlərin təkcə məişət, gündəlik həyat səviyyəsində deyil, həm də hüquqi səviyyədə, konstitusiya səviyyəsində təsbit olunması, dünyanın məhz millidini münaqişələr bataqlığında çabaladığı bir vaxtda Azərbaycanda mövcud olan, bir çox əcnəbi müsafirlərimizə qeyri-adi bir hal kimi görünən millətlərarası, dinlərarası, mədəniyyətlərarası anlaşma, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətləri , bütün millətlərə və dinlərə eyni səviyyəli siyasi münasibət xalqımızın minilliklər boyu topladığı tarixi birgəyaşayış təcrübəsinin məhsulu, bizim ümumi sərvətimizdir.

Multikulturalizm İlinin nəticələri, “İslam Həmrəyliyi ili” çərçivəsində indiyə qədər görülmüş işlər bir daha sübut edir ki, cəmiyyətimiz bu prosesdə fəal iştirak edir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları və istimaiyyət dövlət başçısının ideyalarını, onun qarşımıza qoyduğu hədəfləri əzmlə həyata keçirirlər. Bu işdə ölkəmizin həyatında mühüm rol oynayan, ölkəmizdən kənarda da irimiqyaslı humanitar və mədəni layihələr gerçəkləşdirən Heydər Əliyev Fondunun rəhbəri, ölkənin Birinci Vitse Prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının multikulturalizm və tolerantlığın gücləndirilməsi ilə bağlı strateji kursunun həyata keçirilməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və bir sıra digər qurumların rolu xüsusi qeyd olunmalıdır”.

Seyfəl Həsənov bildirib ki, 2016-cı ildə “Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planına Azərbaycan multikulturalizmi modelinin ali məktəblərdə ayrıca fənn kimi tədris olunması ilə bağlı maddənin daxil edilməsi nəzərdə tutulurdu: “Bu maddə tam həcmdə həyata keçirilirindi söhbət görülən işin səmərəsinin yüksəldilməsindən gedir. Bu müşavirənin təşkilində məqsəd də gördüyümüz və görəcəyimiz işlərin daha yüksək səmərəli nəticələnməsi, fəaliyyətimizin koordinasiyası, əlaqələrimizin gücləndirilməsi, apardığımız elmi araşdırmaların bilavasitə ail məktəb auditoriyalarına, dövri nəşrlərimizin səhifələrinə yol açmasının təmin edilməsidir. Multikulutralizmlə bağlı fənlərin tədrisi zamanı nəzərə alınmaldır ki, bunlar oturuşmuş, bir çox müddəalarının ehkamlaşmış olduğu fənlər deyil. Bu fənlər yanaşma müxtəlifliyini, mövqelərin müqayisəsini, diskussiyaları sevir. Tədris prosesində Multikulturalizm Mərkəzinin, Bilik Fondunun, Bölgələrdəki Bilik Evlərinin, Yaradıcılıq fakültələrinin və “Kultura plyusinternet televiziya kanalının  zəngin təcrübəsindən faydalanmaq da yerinə düşərdi, bu, bizə tədrisi həyata daha yaxın etməyə, həm tələbələrin, həm də geniş dinləyici kütləsinin məsələyə marağını gücləndirməyə kömək edər”.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov tədris prosesinin elmi-medoki təminatı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, tədris prosesində metodik vəsaitlərə, metodik tövsiyələrə, mövzu ilə bağlı nəşrlərə, Azərbaycanda müxtəlif etnik, dini, mədəni qrupların həyat tərzinə həsr olunmuş videomateriallara tələbat var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşrləri bu sahədəki boşluğu doldurmağa xidmət edəcək. Bildiyiniz kimi, “Azərbaycan multikulturalizminin  qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə-Azərbaycan, rusingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərimizə çatdırılıb. Bu seriyadan digər nəşrlər də hazırlanmaqdadır. Sevindirici xəbərdir ki, “Azərbaycan multikulturalizmi” dərsliyi də artıq çap prosesindədir və yaxında  işıq üzü görəcək. İnanırıq ki, bu sahədə səmərərliliyin daha da artırılması, tədris sahəsində elmi-metodiki vəsaitlərlə təminatın həyata keçirilməsi üçünİslam Həmrəyliyi ili”ndə işlək mexanizmlər yaradılması, fəaliyyətinin daha da genişlənməsi üçün burada adıçəkilən qurumlar əməkdaşlıq edəcək və birgə fəaliyyət göstərəcək”.

Azərbaycan Texniki Universitetinin dosenti Eyyub Kərimov  “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinə ayrılan mövzulara əlavə və dəyişikliklərin edilməsi təklifləri ilə çıxış edib.

BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev təmsil etdiyi qurumun layihələrindən söz açıb: “Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Azərbaycanın müxtəlif bölgələrində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaşdevizi altında beynəlxalq multikulutralizm yay və qış məktəbləri BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın, həmçinin ölkəmizin qabaqcıl ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil edilən qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikulturaltolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görüb şahid olmalarına imkan yaratmaqdır. Sayca dördüncüsü reallaşan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu yaradıldı və hazırda 200-dən çox üzvlə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, indi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edirlər”.

Şöbə müdiri vurğulayıb ki, hazırda dünyanın 15 aparıcı ali təhsil müəssisəsində, eləcə də 40-dan artıq Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunurbu ildən İsveç, Misir, İsrailLitva universitetlərində də  bu fənnin tədrisinə başlanılacaq.

Təhsil Nazirliyinin sektor müdiri Afət Sadıqova, Bilik Fondunun şöbə müdiri Hacı Abdulla, AMEA-nın Fəlsəfə İnstitutunun “Azərbaycan multikulturalizmi” şöbəsinin əməkdaşı Elsevər Səmədov,  Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, “Kultura plyusinternet televiziyasının əməkdaşı Nadir Bədəlov  “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi prosesinin səmərəliliyinin artırılması,  tədris keyfiyyətinin yüksəldilməsi  istiqamətində hər biri təmsil etdikləri qurumların əməkdaşlığa, bununla bağlı təklif və müzakirələrə  açıq olduqlarını, lazımi dəstəyi göstərməyə hazır olduqlarını qeyd ediblər.

Müşavirədə Azərbaycan İqtisad Universiteti, Azərbaycan Aqrar Universiteti və Lənkəran Dövlət Universiteti təmsilçiləri “Azərbaycan multikulturalizmi” fənninin tədrisi  ilə bağlı təqdimatlar ediblər.

Müşavirənin gedişində professor-müəllim heyətinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırlıb, təklif və mülahizələr dinlənilib.

 

525-ci qəzet. - 2017.-11 mart.- S.6.