Almaz İldırımın ölməz idealları
Almaz İldırım dünyaya az-az gələn o şairlərdən (və şəxsiyyətlərdən) idi ki, düşdüyü şəraitlərdən asılı olmayaraq öz idealları uğrunda ömrünün sonuna qədər bütün imkanları hüdudunda ardıcıl mübarizə aparmışdı.
Təbii ki, onun imkanları hər mənada son dərəcə məhdud idi, ancaq ideallarının miqyası təsəvvür olunmayacaq qədər geniş idi ki, bunu həm həyatı, həm də ruhunun tərcümanı olan poetik yaradıcılığı bilavasitə nümayiş etdirir.
O, müstəqil bir millətin övladı (və şairi) olmaq istəyirdi, ancaq arzuladığı müstəqilliyi əldə etməyə mənsub olduğu millətin o zamanlar gücü çatmırdı. Və iddia ilə imkan arasındakı bu ziddiyyəti isə Almaz İldırım nə anlamaq, nə də yeni quruluşun getdikcə daha da dözülməz olan yalanlarını doğru sayıb nəyisə gözləmək istəmirdi... Əlbəttə, düşünmək olmaz ki, inqilablar dövrünün diplomatik və ya konyuktur eyforiyası hələ çox gənc olan şairə tam təsirsiz qalmışdı. Əgər belə olsaydı onu "Qızıl qələmlər" arasında heç vaxt görməzdik.
Ancaq əsl həqiqət bundan ibarətdir ki, o, yeni dövrün ədəbi diplomatiyasına və ya konyukturuna uyğunlaşmayıb, ideallarının (və vicdanının!) səsinə qulaq asmaqdan başqa bir yol axtarsa da tapmadı...
Doğrudur, bir müddət yeni quruluşu, onun köhnə xanədanları, sarayları, hətta tanrıları "yıxan" inqilabi qüdrətini tərənnüm edən şeirlər yazdı...
Qasırğalar, boranlar, fırtınalar içində
İllərlə dinlədik biz acıqlı harayları.
Dəmir atları çapdıq odların qucağına,
Biz yıxdıq, biz devirdik o qanlı sarayları.
O saraylar ki, orda qanlı peymanələrdə
İçildi yoxsulların zəhərli göz yaşları...
Hətta şura hakimiyyətinə qarşı qalxan Roma papasını ittiham elədi...
Ey qəlbi tanrısının eşqilə çarpan papas,
Bu tanrısız şairi dinləməzmisən bir az?
Dün teleqraf telləri xəbər
verdi dərindən
Bu imansız ellərə
küsüb darıldığını,
Kin püskürən gizli bir hərbə
sarıldığını...
Ancaq yeni "ədəbi
mühit"də "yoldaş" yox, elə
"cığırdaş" kimi qalmalı oldu...
Bakıda, təbii ki, çox
şeylərdən yazırdı... O cümlədən,
dağlardan...
Çəkilmiş qəlbinə əsgidən
min dağ,
Titrəyir eşqini anan hər
dodağ,
Yayılır şikəstə səsləri
dağ-dağ,
Nə söylər bu qərib dillər,
a dağlar?..
Zirvəndə oynayan rüzgarlar
acı,
İllərlə görünməz
başının tacı.
Anlat ki, dərdinin nədir ilacı,
Nədir bu dumandan tüllər, a
dağlar?
O qədər dağlardan (və bu
cür!) yazdı ki, onu
Dağıstana "göndərdilər"... Ancaq nə qədər
gənc olsa da, o, Almaz
İldırım kimi doğulmuşdu.
Dağıstanda da "dinc"
durmadı... Hər misrasında "şübhəli" mətləblər
gizlənmiş şeirlər yazdı...
Gizli yol kəsmədim, qaçaq
olmadım,
Sakit bir həyatı pozmadım mən
ki!..
Heç kimə qanlı bir
bıçaq olmadım,
Heç bir qətlə fərman
yazmadım mən ki!..
Gündə min qətlə fərman
yazan "yeni hökumət" ilə belə "zarafat"
eləmək olmazdı. Və əslində,
olmadı da... Çünki nə şairlik, nə də kişilik (düz söz demək!)
zamanı deyildi...
Şair Türküstana
"sürülən"də onun cəmi-cümlətanı
iyirmi dörd yaşı vardı. Və bu sürgün qabağı
Bakıya "əlvida" deməyi
unutmadı:
...Səndə keçib getdi iyirmi
dör d yaşım,
Bir zaman bəladan çıxmadı
başım.
Sən oldun həmdəmim, dərdli
yoldaşım,
Laylalar söylədin mana, əlvida!..
Mən sana yad deyil, doğma
oğuldum,
Öz qanından gül yaxanda
doğuldum.
Günahım "can" dedim sana,
qovuldum,
Acımadın bu qurbana, əlvida!..
...Bax nə deyir yenə bu
coşğun Xəzər,
Qoynunda Şimaldan gələn yad gəzər.
Bu bir dərd ki, məni ömrümcə
əzər,
Salar məni haldan-hala, əlvida!..
Və onu da əlavə etmişdi ki:
Mənim günahım yox, məni
bağışla,
Çox çarpışdım,
düşdüm tufanla, qışla.
Bəzən salam göndər sən
də bir quşla
Getdiyim yer Türküstana, əlvida!..
Əlvida, ey gözəl Bakı, əlvida!
Sağlıqla qal, son sözüm bu,
əlvida!..
Almaz İldırım Bakıda,
Dağıstanda olduğu kimi Türküstanda da dağlardan
yazdı...
Mən sənə gəlmişəm
uzaq bir eldən,
Məni də sinənə al, Kopet
dağlar!
Bu odlu qəlbimdə daşqın
arzu var,
Gəl mənə bir layla çal,
Kopet dağlar!
...Bir xatirət deyə qalsın dərində,
Adımı əks etdir dərələrində.
Mən gedər olsam da, sən öz
yerində
Əsrlər boyunca qal, Kopet
dağlar!..
Və getdi (gizli yollarla
qaçdı)!.. Bu dəfə İrana... Özü də
Aşqabadda qurduğu ailəsi ilə...
Ancaq İranda çox qala bilmədi.
Türkiyəyə keçdi... Elazığa...
Yenə də dağlardan yazdı...
Ancaq bu dəfə daha çox
millətinin (və vətəninin) sinəsinə çəkilmiş
dağlardan...
Kimsə bilməz
Tanrıdağın yaşını,
Duman almış Altayların
başını,
Uçu rmuşdur başdan dövlət
quşunu;
Sətvətinə üz çevirmiş
zaman, hey,
Qoca türkün
düşdüyü dərd yaman, hey!..
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi,
Daşkəndi,
Kəndi söylər, tökər
gözdən yaş kəndi;
Nə ozan var, nə yazan, nə
şaman, hey,
Qoca türkün
düşdüyü dərd yaman, hey!..
Azərbaycan dərd içində
boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun
dağılmış;
Nerdə qopuz, nerdə qırıq
kaman, hey,
Nerdə böyük Vətən,
nerdə Turan, hey?!
Almaz
İldırım poeziyasının üç əsas
mövzusundan birincisi türk qardaşlığı, geniş
mənada milli birlik idealıdırsa, ikinci mövzu, heç
şübhəsiz, üsyan, ixtilal, inqilab... və milli
azadlıq, hürriyyətdir...
Doğan günəşlə qopsun
bir axın vəlvələsi,
Görünsün qan
köpüklü qasırğanın yeləsi,
Bitsin əsir türklüyün,
bitsin artıq çiləsi;
Nə zəncirli bir Qafqaz, nə qan
qusan bir Ural,
İxtilal istəyirəm, müqəddəs
bir ixtilal!..
Kimə qarşı?.. Əlbəttə,
"xalqlar həbsxanası"nın mərkəzi Moskvaya, Kremlə
qarşı!.. O Moskvaya (və Kremlə) qarşı ki, "Dəli
Petro və bir müdhiş İvandan... ruh alıb"
dünyanı neçə əsrdir qan çanağına döndərməkdən
usanmır...
Orda Orta Zamanın vəhşətindən
yadigar
Qaranlıqlar içində
qurulmuş bir "Cənnət" var.
Bir cənnət ki, özəyi
qanlı bir Kremlin
Milyonla qafa udmuş təməlində
yüksəlir,
Ruh alıb Dəli Petro və bir
müdhiş İvandan,
Dünyanı yıxıb yaxmaq əməlində
yüksəlir.
Və bu qanlı "yüksəliş"in
bir təməli də ölüm düşərgəsinə
çevrilmiş şaxtalı
Sibir çölləridir... Şairin zəbt olunaraq artıq
ölüm düşərgəsinə çevrilmiş
doğma vətənidir...
Yayılır ənginlərə orda
qırbac səsləri,
Yollarda sürgünlərin tükənən
nəfəsləri.
Orda ölüm kampları ac
milyonları bəklər,
Gecələr növbətçisi
qan içici köpəklər.
Orda qonar qarğalar hər gün minlərcə
leşə.
Bir ölüm dünyasıdır
Sibirya başdan- başa...
Sibirya!.. O bir məzar hər
sürülən yığına,
Tanrı belə peşmandır onu
yaratdığına...
Şair əmindir ki, insanların heç zaman sönməyən
hürriyyət, millətlərin isə istiqlal idealları əvvəl-axır
Kremlin külünü göyə
sovuracaqdır...
Hürr bir dünya, hürr bir din,
hürr bir tanrı, hürr bir yol,
Hürr bir həyat, hürr vicdan,
hürr bir qafa, hürr bir qol,
Hürr bir şeir, hürr bir
eşq,
hürr bir məskən, hürr əmək!
İnsan oğlunun əsl hürr cənnəti
bu demək!
İndi böylə bir aləm,
böylə bir dünya deyə
Hər kirli bir bucağa bir su kimi
axmalı,
Küllərini rüzgara vermək
üçün hədiyyə
Hürr insanlıq uğrunda Kremli yaxmalı!..
Üçüncü mövzu, əlbəttə,
qürbət
ağrıları, doğulduğu yurdun nisgilidir. Gənc
yaşlarında elindən-obasından, ailəsindən, "əsir
Azərbaycanım" adlandırdığı vətənindən
ayrı düşmüş son dərəcə həssas bir
şair (və insan) üçün bundan təbii nə ola
bilərdi?..
Nerdə məni gül qoynunda
doğuran,
Xəmirimi göz yaşıyla
yoğuran,
Beşiyində "layla, balam"
çağıran
Azərbaycan, mənim bəxtsiz anam,
oy!..
Neçə bir il həsrətinlə
yanam, oy?..
Salam desəm, rüzgar alıb
götürsə,
Ağrıdağdan Alagözə
ötürsə,
Gur səsimi göy Xəzərə
yetirsə,
Xəzər coşub zəncirini
qırsa, oy!..
Hökm etsə, bu sərsəm
gediş dursa, oy!..
...Könlümə tək Kəbə
yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə
günü mən,
Sənsiz nedəm Allahı mən,
dini mən,
Azərbaycan, mənim tacım,
taxtım, oy!..
Oyanmazmı kor olası baxtım, oy?!
Almaz İldırımın poetik
intonasiyasında həm Hüseyn Cavidlə Əhməd
Cavaddan, həm də Səməd Vurğunla Mikayıl
Müşfiqdən aşkar eşidilən, duyulan
"xallar" olsa da, o, tamamilə özünəməxsus, orijinal (və mükəmməl!)
bir ideya-estetik üslub
sahibidir. Oxşar "xallar"a
gəldikdə isə, fikrimcə, bu, birtərəfli, yaxud
qarşılıqlı təsirin nəticəsi yox,
dövrün özünün ədəbi zövqünün,
bədii əhval-ruhiyyəsinin ortaq
təzahürü, yaradıcı təfəkkürün
milli müştərəkliyi, ürəklərin bir
vurmasıdır.
Heç şübhə yoxdur ki, Azərbaycan
poeziyasının, ümumən ədəbiyyatının məlum
tarixi dövründə Almaz İldırım kimi
böyük bir şair olmasaydı, həmin dövrün nəinki
ədəbi, eyni zamanda mənəvi-ideoloji mənzərəsi
barədəki təsəvvürlərimiz bugünkü qədər dolğun, məzmun-mündərəcəli
və obyektiv olmazdı.
Nizami CƏFƏROV
525-ci qəzet.-
2017.-29 mart.- S.6.