Azərbaycan iranlı musiqiçinin
Qarabağdakı konsertinə etiraz edir
Mədəniyyət
və Turizm naziri Əbülfəs
Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: "Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam".
Qeyd edək ki,
martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olan Dağlıq Qarabağ
ərazisində
konsert verib. Konsertdə onunla
bərabər İrandan gələn
fleytaçı, Meysam Hodratın erməni
həmkarı Artaşes Qriqoryan
və pinoçu Marina
Barxudaryan da iştirak edib.
525-ci qəzet.-2017.-29
mart.- S.2.