Bakıda Üçüncü "Oxu günü" Kitab Festivalı uğurla keçirildi

 

Aprelin 29-da "Hədəf" Nəşrlərinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinin parkında üçüncü dəfə təşkil olunan "Oxu günü" Kitab Festivalı keçirilib.

 

Festivalda tanınmış mədəniyyət xadimləri, millət vəkilləri, paytaxtın 60 lisey, məktəb gimnaziyalarının müəllim-şagird kollektivi, şəhər sakinləri media nümayəndələri iştirak ediblər.

 

Kitab Festivalının açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva bu günü kitab bayramı adlandırıb. Ümummilli lider H.Əliyevin "biz hamımız təhsilimizi elmimizi kitablardan almışıq" fikrini xatırladan M.Mehdiyeva gəncləri kitab oxumağa səsləyib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov keçirilən "Oxu günüilə bağlı hər kəsi təbrik edib, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar diləyib: "Bu gün çox əlamətdar bir gündür. Mən öz növbəmdə nazir Mikayıl Cabbarov başda olmaqla, bütün əməkdaşlarımız adından hər kəsi təbrik edirəm. Ölkəmizdə kitaba marağın gündən-günə artması sevindirici haldır. Biz Təhsil Nazirliyi olaraq, hər zaman gənclərimizdə mütaliəyə marağın artması üçün keçirilən hər cür tədbirlərə dəstək verməyə hazırıq".

 

Kitab Festivalında Bakının 60 lisey, məktəb gimnaziya ilə təmsil olunduğunu deyən Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.

 

AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli "Oxu günü"nü elm bilik bayramı adlandırıb: "Müasir dövrümüzdə internet kitabı üstələyib. Əlbəttə, bunlardan hər ikisi XXI əsr üçün çox vacibdir. Ancaq ikisindən birini seçmək lazım gələrsə, mən heç şübhəsiz, kitabı seçərəm. Kitab həyat dərsliyidir".

 

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev hər zaman kitabın, təhsilin keşiyində durmaqdan qürur hissi keçirdiyini deyib: "Kitab özünüdərkdir. Mənim kitabımı oxumasanız da olar, amma mütləq kitab oxuyun".

 

Millət vəkili Qənirə Paşayeva festivaldan duyduğu məmnuniyyəti dilə gətirib özü kitab aksiyasına qoşularaq, imzalı kitablarını məktəblilərə, tədbir iştirakçılarına hədiyyə edib.

 

Kitab Festivalında iştirak edən ayrı-ayrı şair yazıçılar da bununla bağlı fikirlərini bölüşüblər.

 

"Hədəf" nəşrlərinin direktoru, yazıçı Şəmil Sadiq: "2014-cü ildə Təhsil Nazirliyinin məktəblilərdə mütaliə marağının artırılması ilə bağlı layihəsi var idi. Biz bu layihədən ilhamlanaraq, 3 il öncə "Oxu günü" təşkil etdik. Artıq 3 ildir ki, bu, ənənəyə bir növ kitab bayramına çevrilməyə başlayıb. "Oxu günü"ndən öncə sosial şəbəkələrdə bir sıra ziyalılarımızla, gənclərimizlə birgə kitaba çağırış etdik. Bu çağırış görüntü naminə deyildi. Kitaba maraq oyatmaq, onu nümayiş etdirmək lazımdır. Düşünürəm ki, bu gün buradakı izdiham bizim sosial aksiyamızın baş tutmasının ən bariz göstəricisidir.

 

Belə bir tədbirin bu gün Heydər Əliyev Mərkəzi kimi dövlətimizin ən önəmli məkanlarından birində eyni zamanda mərkəzin təşkilatçılığı ilə keçiriliməsi, məni bir müəllim, yazıçıdan əlavə, vətəndaş kimi çox sevindirir. "Hədəf" Nəşrləri olaraq hər il olduğu kimi, bu il məktəblərimizə 3 mindən çox uşaq kitabları, dərsliklər, testlər hədiyyə etdik. Biz hər zaman "Mən oxudum, sən oxu", "Gəl, birgə kitab oxuyaq", "Kitabla bayramlaşaq" kimi devizlərlə müxtəlif aksiyalar keçirərək kitabın təbliğinə çalışırıq. Bu tədbirlərin gələcəkdə daimi olması üçün öz üzərimizə düşən hər bir işə hazırıq. Ancaq düşünürəm ki, tək əldən səs çıxmaz, bunun üçün xalq olaraq hamılıqla çalışmalıyıq".

 

AYB-nin katibi, şair İlqar Fəhmi yaxşı kitabı pis kitabdan fərqləndirməyin önəmindən söz açıb: "Kitab adına keçirilən bütün tədbirlər, bütün yığıncaqlar alqışa layiqdir. Təbii ki, biz “kitab oxudeyəndə, heç hər şeyi oxumağı nəzərdə tutmuruq. Əfsuslar olsun ki, son 15-20 il ərzində bütün dünyada kitab adına hər cür lazımsız materiallar çap olunur. İlk növbədə, seçim düzgün olmalıdır, oxuyan bilməlidir nəyi niyə oxuyur. O baxımdan mənə elə gəlir ki, kitabın təbliğatından əlavə yaxşı kitab təbliğ edilməlidir".

 

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib ki, istirahət günü bu qədər uşağı şəhər sakinini kitabın işığına toplaya bilmək böyük nailiyyətdir: "Kitab adına keçirilən hər bir tədbir sevindiricidir. Təəssüflər olsun ki, hazırda ölkəmizdə nəşriyyat problemi var. Fəaliyyət göstərən nəşriyyatların əksəriyyəti ancaq mətbəə funksiyasını yerinə yetirir. Tək-tək sanballı nəşriyyatlar var ki, onlar da hansı kitabı çap etməyə diqqət göstərsələr, daha gözəl olardı".

 

Yazıçı Varis gəncləri kitab oxumağa səsləyib: “Mən "Hədəf" nəşrlərinin "Ürək sözləri" dəftərinə belə bir rəy yazdım: "Kitablar o qədər dəbə düşsün ki, nağıllarda göydən 3 alma əvəzinə, 3 kitab düşsün". Kitaba bir müddət o qədər diqqətsizlik olub ki, bir az diqqət olan kimi adam sevinir. Kitab insan həyatını dəyişmək gücünə malikdir. Mən oxuculara səslənirəm ki, kitab oxuyun kitabı sevin".

 

Yazıçı Pərvin festivalın təşkilindən və gedişindən məmnunluq duyduğunu qeyd edib: "Hədəf" nəşrlərinin təşkil etdiyi bu tədbir çərçivəsində mənim də imza günüm keçirilir. Hesab edirəm ki, bu, böyük bir təşəbbüsdür. Həftə sonu paytaxtın bu qədər sakini öz övladları ilə bigə kitab sərgisinə gəlib. Bu isə birinci növbədə, təşkilatçıların apardığı düzgüneffektli reklam-təbliğat işindən irəli gəlir. İndiki dinamik dövrdə gənclərin kitaba vaxt ayırmaları, kitab oxusunu bayrama çevirmələri sevindirici bir haldır. Bir qələm adamı kimi, bu, məni də çox sevindirir və təşkilatçılara öz minnətdarlığımı bildirirəm".

 

Festivalın ikinci hissəsində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Sonda "kitab flaşmobu" keçirilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 2 may.- S.7.