Milli Kitabxanada Heydər Əliyevlə bağlı kitablar sərgiləndi

 

 

Mayın 5-də Heydər Əliyevin 94 illiyi münasibətilə Milli KitabxanadaAzərbaycanın özü qədər əbədi olan şəxsiyyət...” adlı geniş kitab sərgisi açılıb.

 

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq ulu öndərin həyat yoluna nəzər salıb, müstəqil Azərbaycanın memarının ölkənin inkişafı yolunda əvəzsiz xidmətlərindən danışıb. Respublikanın tənəzzülə uğradığı bir vaxtda hakimiyyətə gələn dahi şəxsiyyətin dövlətçilik təcrübəsindən, Heydər Əliyev siyasətinin ölkədə əsaslı dönüş yaratmasından bəhs edib. K.Tahirov Ümummilli liderin parlaq siyasətinin davamçısı olan prezident İlham Əliyevin indi müstəqil Azərbaycanı daha da çiçəkləndirməsindən, bu istiqamətdə gördüyü müstəsna işlərdən də danışıb.

 

Direktor müavinləri Ə.İsmayılova və M.Hacıyeva Ümummilli liderin şərəfli ömür yolu, siyasi, iqtisadi, ictimai və mədəni həyatda gördüyü işlərdən, onun sayəsində əldə olunan nailiyyətlərdən söz açıblar.

 

Ulu öndərin fəaliyyətinə aid, azərbaycanca və xarici dillərdə 200 adda ədəbiyyatı əhatə edən kitab sərgisi böyük maraqla qarşılanıb.

 

 

525-ci qəzet.- 2017.- 6 may.- S.13.