27 aprel
istilası: xatimə,
yoxsa fasilə?
1929-cu il aprelin
27-də İstanbulda “Odlu
yurd” məcmuəsi idarəsində toplaşan
azərbaycanlılar və
onlara rəğbət
göstərənlər yığışaraq
bir təziyə məclisi düzəltmişdilər.
Onlara müraciət edən məcmuənin baş mühərriri, Cümhuriyyətin
qurucusu M.Ə.Rəsulzadə
giriş nitqini bu sözlərlə başlamışdı:
“Möhtərəm xanım
və bəy əfəndilər: bundan
9 sənə əvvəl
qızıl rus ordusu zühur edən siyasi fürsətdən bilistifadə
faik bir qüvvətlə məmləkətimizə
girərək istiqlalımıza
fasilə vermişdir.
Diqqət ediniz, xatimə
degil, fasilə diyoram”.
M.Ə.Rəsulzadə çıxışının
sonunda bu xatimə və fasiləni belə şərh edirdi:
“Əvət, 1918-də elan olunan və
1920-də təcavüzə məruz qalan Azərbaycan istiqlal fikrinin bu gün
mənimsənmiş timsalı
- üç boyalı
milli bayraq - həzm edilmiş məfkurəsi, milli demokrasi zehniyyəti mütabiq mücahidlərilə
milliyyətpərvər bir
nəsil vardır. Əzm və iradəsini bilxassə 27 nisan işğalından sonra girişdigi, gərək müsəlləh, gərək
siyasi və gərək harsi və fikri sahədə
icra etdigi qəhrəmanca mücadilədə
atəşdən və
qılıncdan keçərək
təhkim edən bu nəsil, kəndi məqsədinə
irmədən rahat olamaz. Onu bu mücadilə
yolundan alıqoyacaq heç bir qüvvət yoxdur. Nə Solovkanın buzlu topraqları, nə Xəzərin qanlı dalğaları, nə vəhşi istilanın amansız qurşunları, onu bu iman dolu
əzmindən alıqoyamaz!
Böylə mücadil bir nəslə malik olduqdan sonra, bu gün münasibətilə
duyduğumuz acı ilə bərabər yarınki zəfər naminə dəxi bir təsəlli hiss edən 27 nisan münasibətilə sizi təziyət etməklə
bərabər, yarınki
mühəqqəq zəfərlə
də təbrik edə bilirəm”.
“Odlu yurd” məcmuəsi
bu fasilə müddətini azaltmaq üçün Azərbaycan
adlı müqəddəs
Cümhuriyyəti yaradan
və qoruyan vətən mücahidlərini
gənc nəslə tanıtmaq sahəsində
də çox dəyərli iş görürdü. Məcmuədə
“İstila qurbanları”
rubrikası ilə Nəsib bəy Yusifbəyli, Fətəli
Xan, Həsən bəy Ağayev, Firudin bəy Köçərli və
b. haqda ətraflı yazılar verilirdi.
Məsələn, məcmuənin 1929-cu il 27 aprel tarixli
3-cü sayında M.Ə.Rəsulzadənin “Yusifbəyli Nəsib
bəy” sərlövhəli çox geniş, tarixi və analitik məqaləsi dərc olunmuşdur.
Həmin məqaləni oxuculara təqdim
edirəm.
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2017.- 6 may.- S.21.