Ədəbi-elmi həqiqətə yeni konseptual baxış

 

 

 

Əsl diplomatik zəriflik - hərdən ciddi, lakin həmişə ehtiramla söylənən həqiqətdir

 

Etyen Fransua de Şuazel

 

Azərbaycan nəsri tənqid (1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində)” monoqrafiyası tədqiq edilən problemə çağdaş ədəbiyyat-şünaslıq təfəkkürü, prinsip meyarları mövqeyindən yanaşılması, eləcə konseptual elmi qənaətlərin yeniliyi baxımdan səciyyəvidir.

 

Tədqiqatla tanışlıq göstərir ki, müəllif Azərbaycan bədii nəsrinin tənqidinin tarixi inkişaf yoluna, araşdırdığı mərhələnin spesifikasına, onun müxtəlif yaradıcılıq problemlərinin elmi-nəzəri həlli ilə bağlı mövcud konsepsiyalara dərindən bələddir. Ədəbiyyatşünaslıq tənqidin 1960-70-ci illər nəsri ilə bağlı ən son konseptual fikir mülahizələri daxil olmaqla, problemə dair əlli ildən artıq geniş bir dövrün ədəbi-elmi düşüncələrini ümumiləşdirən, müxtəlif elmi baxışları bir araya gətirərək məsələyə özünəməxsus düşüncə istiqaməti formalaşdıran Təranə Turan Rəhimli yeni nəsrin tənqidimizdəki mənzərəsi haqqında dolğun təsəvvür yarada bilib.

 

Aydındır ki, XX əsrin 60-cı illərində insanın bədii-estetik dərkinin tamamilə yeni məcrada təzahürü nəsrin mahiyyətinə təsir edən başlıca keyfiyyət kimi gündəmə gəldiyi üçün ədəbi tənqidin diqqəti əsasən bu məziyyət üzərində cəmləşir, yeni insan amilinin nəsri dərəcədə zənginləşdirməsi faktorunu önə çəkir. Tədqiqatda nəsrin tənqiddəki panoramı tarixilik müasirlik problemləri, bədii qəhrəman konsepsiyası, sənətkarlıq məziyyətləri baxımdan müstəviyə çıxarılaraq forma-struktur komponentləri, janr tipləri, süjet, kompozisiya özəllikləri, üslub, dil məsələləri elmi-nəzəri kontekstində çözülməsinə zəmin yaranır.

 

Təranə Turan Rəhimli tənqiddəisti baş”la yazılan məqalələrin, təd-qiqatların obyektiv qiymətini verə bilmədiyi yeni nəsrin, ümumilikdə 1960-70-ci illər ədəbi mərhələsinin tənqidin sonrakı inkişaf dönəmlərində aydın elmi dərki imkanı haqqında bitkin təsəvvür yaradır. Tədqiqatçı monoqrafiyada sözügedən mərhələni səciyyələndirən, fərqləndirən məziyyətləri ayrı-ayrı yazıçıların nəsr əsərlərinin təhlili ilə aşkarlayan tənqidin məhz bu dəyərləndirmə prosesində öz elmi-nəzəri səviyyəsini kimi rakurslarda yüksəltdiyini düşüncə predmetinə çevirir.

 

Müəllifin təqdimatında 1960-70-ci illər nəsrini yaradan amillər təkcə ölkədə baş verən sosial-siyasi hadisələrlə deyil, bütövlükdə dünyada gedən inkişaf prosesləri ilə əlaqələndirilir ki, bu, bir elmi qənaət olaraq tamamilə təbii məntiqlidir. Araşdırmaçının məsələlərə qlobal müstəvidə yanaşması, 60-cı illər dünya ədəbi təcrübəsində yeni fikir axını, fərqli qəhrəman tipi, çağdaş məzmunla səsləşən forma axtarışlarını özündə ehtiva edən mühüm amilləri qabartması kontekstində tənqidin rolu haqqında düzgün nəticələr əldə etməyə imkan yaradır.

 

İkinci Dünya müharibəsindən sonra bərpa dövrünün başa çatmasının 60-cı illərə təsadüf etdiyini vurğulayan tədqiqatçı həmin vaxt bədii təfəkkürün yenilənmə ehtiyacı ilə üz-üzə qaldığını, iyirmi il kök salmış müharibə mövzusunu yazıçıların təzə mövzularla, ideyalarla əvəz etmək zərurəti duyduğunu yeni insan konsepsiyasının da bu tələbatdan qaynaqlandığını aşkarlayır. Cəmiyyət hadisələrinə, sosial həyata, insan mənəviyyatına daha ayıq dərindən müdaxiləni gücləndirən bu zərurət tənqidin inkişaf istiqamətini dəyişəcəyini qaçılmaz etdi ki, Təranə Turan Rəhimli monoqrafiyasında bu cəhəti diqqət önünə çəkir estetik mahiyyəti yeni çalarlarla zənginləşərək, dəyişən bədii fikrin tənqidi kimi çalarlarda dəyişməyə vadar etdiyini tutarlı arqumentlərlə əsaslandırır.

 

Azərbaycan nəsri tənqid (1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində)” adlı monoqrafiya məsələlərin qoyuluşunun konseptuallığına, araşdırmanın məqsəd vəzifələrinin gerçəkləşdirilməsinə hesablanan giriş, dörd fəsil nəticədən ibarət olan strukturu özündə ehtiva edir. Bu tədqiqat əsərinin “1960-70-ci illər nəsrinin yaradıcılıq problemləri ədəbi-nəzəri fikirdəadlanan birinci fəslində nəzəri təhlillərNəsrin mərhələ xüsusiyyətləri nəzəri baxışlar sistemində”, “Tarixilik müasirlik estetik kateqoriyalarının nəzəri dərkiyarımbaşlıqlarında gerçəkləşir.

 

Monoqrafiyanın mətnində ədəbi-nəzəri fikrin 60-70-ci illər ədəbiyyatında önə çəkdiyi ən aktual yaradıcılıq problemləri kimi tarixilik müasirlik müxtəlif zamanların baxışlar sistemi olaraq təhlil predmetinə çevrilir. Tədqiqatçı haqlı olaraq tənqidin müasirliyə daha həssas münasibətini dövrün siyasi ab-havası ilə əlaqələndirir. Bu baxış bucağı milli kimliyi unutdurmaq naminə tarixiliyin uzun müddət diqqətdən yayındırıldığına müəllifin konseptual etirazı kimi başa düşülür. Müəyyən zaman kəsiyində tarixilik müasirlik kimi mühüm estetik kateqoriyaların bir-birindən təcrid olunaraq şərh edilməsi məsələnin mahiyyətinə vara bilməməkdən qaynaqlanır   tənqidin dərhal nəzərə çarpan qüsuru kimi hallandırılır.

 

90-cı illərdə öz ideoloji qəlibindənsıyrılıbçıxan ədəbiyyat elminin tarixilik müasirliyin izahında da yeni konsepsiya formalaşdırdığı, müəllifin onların bir-birilə üzvi əlaqədə inkişafını şərtləndirən amillərə diqqət yetirdiyi aydın görünür. Təranə Turan Rəhimli milli müstəqillik illərində tənqidimizin yazılmışlara yenidən qayıtmaq cəhdini son dərəcə uğurlu təşəbbüs hesab edir.  Araşdırmanın kontekstində müxtəlif yaradıcılıq məsələlərinin elmdə daha obyektiv dəyərləndirilməsi faktlarına diqqət yönəldilir ki, bu da sonucda ayrı-ayrı mərhələlərin ədəbi-nəzəri fikrin inkişaf özünəməxsusluqları, əsas istiqamətləri, nailiyyətləri çatış-mazlıqları barədə dolğun təəssürat yaradır.

 

ƏsərinAzərbaycan bədii nəsrində tarixilik müasirlik problemi ədəbi tənqiddəadlanan ikinci fəslininTarixi bədii nəsrin tarixilik müasirlik problemi ədəbi tənqiddə”, “Çağdaş sosial gerçəklikləri əks etdirən nəsrdə müasirlik problemi ədəbi tənqidyarımbaşlıqları qlobal bir problemin qoyuluşu elmi həll istiqamətləri, alınan nəticələr barədə konkret düşüncə formalaşdırır. Bura-da tarixi nəsrin ən önəmli nailiyyətləri sırasındaDəli Kür”, “Qarlı aşırım”, “Məşhər”, “Pərvanəromanlarında tənqidin problemə baxış bucağı diqqət önündədir. Müasir mövzulu nəsrdə məsələyə münasibət tənqidinKörpüsalanlar”, “Teleqram”, “ liman”, “Sərinlik”, “Bir görüşün tarixçəsi”, “Gülyanaq”, “Katib”, “Tütək səsi”, “Saz s. nəsr əsərlərinə dair qənaətlərinə konseptual baxışla çözümünü tapır.

 

Azərbaycan bədii nəsrində qəhrəman problemi ədəbi tənqidadlı üçüncü fəsilTarixi nəsrin qəhrəmanları ədəbi tənqidin təhlil müstə-visində”, “Çağdaş mövzulu nəsrdə müasir insan məsələsi ədəbi tənqidyarımbaşlıqları ilə elmi-nəzəri mülahizələri konseptual məcraya yönəldir. Bu fəsildə 60-70-ci illər nəsrinin önəmli cəhətlərini ehtiva edən mühüm estetik amil - qəhrəman konsepsiyası çağdaş elmi ədəbiyyatşünaslıq tənqidi baxışlar müstəvisində, həm bir kompleks halında nəzərdən keçirilib ümumiləşdirilir. Tənqidin yeni tipli qəhrəman konsepsiyası ənənəvi təhlil prinsiplərindən, müsbət-mənfi meyarlardan imtina etmək yolu ilə yeni baxış bucağı formalaşdırmaq cəhdinin konkret arqumentlərə əsaslanmaqla şərhi monoqrafiyanın elmi dəyərinə bir daha aydınlıq gətirir.

 

Tədqiqatçı tənqidin nəsr problemini onun qəhrəman problemi kimi görməsini tamamilə təbii qanunauyğun hesab edir. Çünki, bu mərhələdə nəsrin bütün janrlarının uğuru bilavasitə yeni qəhrəmanla bağlıdır. Müəllifin məxsusi vurğuladığı kimi, ilk vaxtlar tənqidin mahiyyətinə vara bilmədiyi bu qəhrəman qiymətləndirmədəsönük”, “zəiftəqdim edilsə , yeni zaman müstəvisində onun aydın fərqli cizgiləri bütün varlığı ilə idrak edilərək təsdiqlənir.

 

Monoqrafiyanın “Azərbaycan bədii nəsrinin sənətkarlıq məsələləri ədəbi tənqiddə” adlanan dördüncü fəslini nəsrin forma-struktur məziyyətlərinə tənqidin münasibəti üzərində cəmləşdirən tədqiqatçı diqqəti daha çox “1960-70-ci illər nəsrinin janr tipləri ədəbi tənqiddə”, “Tənqid nəsrin süjetkompozisiya xüsusiyyətləri haq-qında”, “Nəsrin üslub təmayülləri və bədii dil məsələsi ədəbi tənqiddə” yarımbaşlıqlarında sərgiləmək məqamların konseptual çözümünə yönəlir. Fəsildə nəsrin məzmun yeniliyinə hesablanan forma özəlliklərinin tənqiddə hansı səviyyədə qavranmasından bəhs olunması da mühüm maraq kəsb edir.

 

Araşdırmada nəsrin hekayə, miniatür povest janrlarına operativ müraciəti ilə şərtlənən forma axtarışlarına önəm verilməsi, məzmun-mündəricə tamlığı haqda qənaətlər, hekayə axını ətrafında gedən ədəbi mübahisələr, roman probleminin tənqiddə doğurduğu narahat düşüncələr, süjet, kompozisiya, üslub, bədii dil yeniliyinin nəzəri kontekstdə şərhi araşdırmaçının elmi erudik imkanlarının genişliyindən soraq verir.

 

Müəllif bütün fəsillərdə 1960-2000-ci illərin tənqid materialları əsasında nəsrin konkret bir ədəbi mərhələdə keyfiyyət dəyişimi haqqında nəzəri-estetik qənaətləri sistemləşdirir, onları dəyişən zaman, sosial-siyasi mühit və ədəbi inkişaf müstəvisində dəyərləndirib konseptual mövqe nümayiş etdirir.

 

Təranə Turan Rəhimlinin monoqrafiyası sözügedən dönəmin bədii örnəklərinin tənqiddə şərhi prinsipləri, meyarları, təhlil prosesində tənqidin özünün əxz etdiyi dəyərləri qədərincə aşkarlayan fundamental bir tədqiqat əsəridir. Özünəməxsus intellektual düşüncə tərzinə malik araşdırmaçının yüksək nəzəri hazırlığı, erudisiyası, tədqiq etdiyi problemə dərindən müdaxiləsi uğurlu bir elmi əsərin ərsəyə gətirilməsini şərtləndirmişdir. “Ön sözün imkanı daxilində deyilənlər sonucda bizi belə bir qənaətə gətirdi ki, “Azərbaycan nəsri və tənqid (1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində)” monoqrafiyasının problemə sərgilədiyi ədəbi-elmi, konseptual baxış sanbalı ilə fərqlənən tədqiqatlar sırasında özəl yer alacağı əlbəttə ki, şəksizdir.

 

Himalay ƏNVƏROĞLU

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2017.- 6 may.- S.18.