Azərbaycan Mədəniyyətlərarası Dialoq Forumuna uğurla evsahibliyi etdi

 

TƏRƏFDAŞ TƏŞKİLATLAR, XARİCİ ÖLKƏLƏRİN RƏSMİ NÜMAYƏNDƏLƏRİ IV BAKI FORUMUNUN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR

 

 

Azərbaycan 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla evsahibliyi edib.

 

Mayın 4-dən 6-dək davam edən forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə, ümumilikdə 40-dək sessiya tədbir keçirilib. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın miqrantlara münasibət, gənclərin təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edib.

 

Tədbirdə iştirak etmək üçün 120 ölkədən geniş nümayəndə heyətləri Azərbaycana səfər edib. Ümumilikdə, tədbirdə iştirak edənlərin sayı 1500 nəfərdən çox idi. Bolqarıstanın vitse-prezidenti, UNESCO, İSESCO, İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TÜRKSOY-un baş katibləri, Mali prezidenti birinci xanımı, Efiopiya Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan Keniyanın mədəniyyət nazirləri Bakı Forumunun nüfuzlu qonaqları sırasında idi.

 

Dünya miqyasında nüfuzlu beynəlxalq tədbirlər sırasında özünə layiqli yer tutan bu forum prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, forumun prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlardır.

 

Ölkə prezidenti İlham Əliyev IV Bakı Forumunun rəsmi açılış mərasimində çıxış edərək qeyd edib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: "Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olub. Tarixi dönəmdən siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə təşviq edib. Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma vətəndaş müharibələrinin səbəbi müxtəlif din etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir 2016-cı il Azərbaycanda "Multikulturalizm İli" elan edilmişdi. Bu il isə ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya səbəb olur".

 

Xalqımızın çoxəsrlik tolerant mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində inkişafında nümunə kimi göstərilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevirilib.

 

Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli intensiv dialoqun yeni, zəruri forma səviyyələrini yaradır.

 

IV Bakı Forumunda iştirak edən tərəfdaş təşkilatlar, xarici ölkələrin rəsmi nümayəndələri forumun fəaliyyətini yüksək qiymətləndiriblər.

 

UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumu çərçivəsində indiyədək aparılan müzakirələr artıq bəhrəsini verməkdədir. SİA-nın məlumatına görə, o bildirib ki, forum başlanandan indiyədək onun coğrafiyası çox genişlənib: Forum çərçivəsində Azərbaycanın böyük dəstəyi ilə iki tədbir keçirilib. UNESCO, ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib təşkilatdan 25 nəfər burada iştirak edib. Belə bir tədbirin bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda keçirmək maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən forumdan çox nikbinliklə ayrılıram gələcəyə inamla baxıram".

 

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri isə forumun yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan xalqına təşəkkür edib: "Forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi. Bakı prosesi mühüm platformadır. Azərbaycanda mövcud olan tolerantlıq, müasirlik dünya ölkələri üçün bir modeldir. Biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləyirik"

 

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənəyə çevrilib: "Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu davam etdiriləcək gələcək nəsillər üçün faydalı olacaq. Azərbaycan müstəqil dövlət kimi gənc olsa da, eyni zamanda, müasir ölkədir. Bakıda təşkil edilən forumda iştirak etməyimizdən qürur duyuruq".

 

Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Pilho Park isə qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya xalqları üçün vacib olan bir məsələdir: "Bu baxımdan Azərbaycan dünya üçün çox faydalı həyata keçirir. Azərbaycan, eyni zamanda, çox mühüm coğrafi məkanda yerləşməklə dünya üçün vacib bir ölkədir, İpək Yolunun mühüm bir ölkəsidir. Azərbaycan artıq bu kimi beynəlxalq tədbirlərin təşəbbüskarına çevrilib. Bu baxımdan Azərbaycan dünyada sülh sabitliyin təmin olunmasına, mədəniyyətlərarası dialoqun anlaşmanın inkişafına mühüm töhfə verir".

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd edib ki, Azərbaycan tolerantlığı dini dözümlülüyü ilə fəxr edir. O, "Trend"ə bildirib ki, bütün xalqların, dinlərin nümayəndələri Azərbaycanda dinc şəraitdə yaşayır: "Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq tədbirdir. Siyasətçilər, alimlər, mədəniyyət xadimləri vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi dünya siyasi intellektual elitasının real meydançasıdır. Bu gün dünyada mühüm məsələləri müzakirə etmək üçün İslam, yəhudilik xristian dinlərinin nümayəndələrinin görüşdüyü belə qlobal platforma praktiki olaraq yoxdur".

 

Arye Qut deyib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünyada insanlara, ölkələrə və təşkilatlara müxtəlifliyə, dialoqaxalqlar arasında qarşılıqlı anlaşmaya dəstək üzrə konkret tədbirlər görməyə imkanstimul verir: "Azərbaycan prezidenti İlham Əliyevin forumdakı çıxışı konkret və aydın idi: mədəniyyətlərarası dialoq olmadan bütün dünya təhlükə ilə üzləşəcək".

 

Ekspertin sözlərinə görə, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Azərbaycanın Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə, bir milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, bu gün Cənubi Qafqazda lider ölkədir. Bu faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt anti-semitizm olmayıb, yəhudilər burada özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər.

 

İsrail Azərbaycan rəhbərliyinin, şəxsən prezident İlham Əliyevin yəhudi icmasına isti münasibətini yüksək qiymətləndirir".

 

Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro qeyd edib ki, bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər: "Bu forum çox vacibdir, belə ki, dialoqsuz irəli getmək mümkün deyil. Ümid edirəm ki, forum bütün dünya insanlarını birləşdirməyə davam edəcək".

 

Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Həmid isə bildirib ki, Bakıda keçirilən forum mədəniyyətlərarası dialoqa nail olmaq üçün bizə geniş imkanlar verir: "Mədəniyyətlərarası dialoq çox vacib mövzudur. Biz öz rolumuzu dərk etməliyik. Müxtəlif müstəvilərdə əminamanlığın bərpa olunması bizim fəaliyyətimizdən asılıdır. Bu baxımdan forum böyük əhəmiyyətə malikdir. Mədəniyyətlərarası dialoqun yaranmasında parlamentlərin rolu əvəzolunmazdır. Biz ən mütərəqqi təcrübələrdən istifadə etməliyik ki, mədəniyyətlərarası dialoqa nail olaq. Bu baxımdan Bakıda keçirilən bu forum bizə geniş imkanlar verir".

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 9 may.- S.3.