Tarixin burulğanlarından bugünün gerçəkliyinə...
Dilçi, tənqidçi, publisist, tərcüməçi, ədəbiyyatşünas,
mətnşünas, folklorşünas
kimi yüksək keyfiyyətlər professor Qəzənfər
Paşayevdə cəm
halında birləşib.
Daha doğrusu,
o, özünün zəhmətsevərliyi,
vətəndaş əzmkarlığı,
bilik və bacarığı, səmimiyyət
dolu həsasslığı
ilə həmin keyfiyyətləri əldə
edib, onlara sahib çıxıb. Belə ki, ali məktəbi
bitirdikdən sonra İraqa işləməyə
göndərilən Qəzənfər
Paşayev orada yaşayan türkmanların
azərbaycanlılarla dil,
etnik düşüncə,
məişət və
adət doğmalığını görüb
rəsmi dövlət
qulluğu ilə yanaşı həmin mənəvi sərvətin
daşıyıcıları, bu "dildən və ağıldan yüyrək"
(M.Kaşğarlı) insanların
yaddaş boxçalarındakı
deyimləri toplamağa,
onlar haqqında öz soydaşlarına elmi-publisistik informasiyalar ötürməyə başlamışdı.
"Altı il Dəclə Fərat sahilində", nağıl
qəhrəmanları kimi, "ayağına dəmirdən
çarıq geyib, əlinə dəmirdən
əsa alan" Qəzənfər Paşayevin
ulu tarixin dolanbac burulğanlarından süzüb
gətirdiyi həmin səslənişləri ədəbi
və elmi ictimaiyyət tərəfindən
böyük bir coşqunluqla qarşılandı.
Çünki gen yaddaşının
üstündəki qalın
kül qatını o
çağırışın səs dalğaları titrədib dağıtdı
və közərti
gücləndi, artdı.
Qəzənfər Paşayev
də dayanıb durmadı, durub-dincəlmədi:
İraq-Türkman folkloru,
onların fonetikası,
mətn və səs sistemi, məna qatları üzərində araşdırmalarını
dərinləşdirdi, nəzəri
cəhətdən gücləndirdi.
Nə yazdı, ortaya hansı töhfəni qoydusa orijinal oldu. Ərsəyə gətirdiyi mənəvi
sərvət "Şah
əsər" kimi dəyərləndirildi, Azərbaycanda
İraq, Kərkük
folklorşünaslığının banisi oldu. İraq-Kərkük folklorunun
janr əlvanlığını
nəzəri cəhətdən
təhlil etdi, bir dilçi kimi topladığı
folklor mətlərinin - tapmaca, lətifə, atalar sözləri, alqış
və qarğışların
(dualar və bədduaların)
fonetikasına sadiq qaldı, onların orijinallığını
qoruyub saxlamaqla, koloritli dil mətnlərinin
ilkinliyinə toxunmadı.
Bununla bir çox folklor toplayıcılarına
həm də örnək oldu.
O, təkcə folklor mətnlərinin deyil, həm də yazılı ədəbi abidələrin də (İ.Nəsiminin İraq divanı, Ə.Bəndəroğlunun
şeirləri və poemalarından ibarət "Göylər
unutmuşdu yağacağını",
"Çağdaş İraq
şeirindən seçmələr"
və s.) yanından laqeydliklə ötüb keçmədi. Coşğun
bir yaradıcı, araşdırıcı ehtirası
ilə oxucuları onlarla da tanış etdi. Bir qayda olaraq, topladığı
şifahi və yazılı ədəbi sərvətlərin daşıyıcı
və müəllifləri
haqda elmi məqalə və kitablar da çap
etdirdi. Bütün
bunların arxasında
professor Qəzənfər Paşayevin
vətəndaş təəssübkeşliyi
ilə yanaşı, İraqın həm leksem, həm də coğrafi bir məkan kimi bizə iraq (uzaq)
olmadığı inamı,
qətiyyəti durur.
Qəzənfər müəllim pedaqoji-təşkilatçılıq
fəaliyyətlə də
məşğul olmuş,
kafedra müdiri, müəllim və tərcüməçi kimi
tərcümə danışıq
kitabı çap etdirmiş, A.Duma (Qafqaz səfəri), Sula Bent (Necə yaşayasan, yüzü haqlayasan). Aqata Kristi (Mavi qatarın
sirri) və başqalarının bədii
və elmi əsərlərini Azərbaycan
oxucularına ərməğan
etmişdir. Vanqa
ilə müsahibənin
tərcüməsi ilə
düşdüyü sehrin
cazibəsi isə Q.Paşayevin "Nostradamusun
möcüzəli aləmi"
adlı monumental abidə
kitabı oxucuların
ixtiyarına verməsi
ilə nəticələnmişdir.
Professor Q.Paşayevin M.Azaflı, A.Çobanoğlu yaradıcılığına
müraciəti onun həm də yurda, doğma elat yaddaşına bağlılığından irəli
gəlir. H.Arif, İ.Məlikzadə, Ə.Hacızadə,
T.Bayram və b. haqda (G.İbrahimqızı
ilə birgə) çap etdirdiyi portret kitablar, "Elçin haqqında düşüncələrim" adlı məqalələr
toplusu, həmçinin
"Açıq məktublar"
kitabları professor Qəzənfər
Paşayevin mətnşünas
alim simasının tənqidçi
ədəbiyyatşünas qabiliyyətinin vəhdətinin
məhsuludur. "Açıq
məktublar"la o ədəbi
tənqidin xeyli səngidilmiş
janrına yeni nəfəs verdi... Ümumiyyətlə, onun hər addım, hər təşəbbüsü
təzə-tərliyi, nələrsə
yeni nəfəs verməsi ilə diqqəti cəlb edir.
Professor Qəzənfər Paşayev təbiətən
də folklor adamıdır. O, hər kəsə bir folklor nümunəsi, koloritli "mətn" -
fərd kimi yanaşır. Odur ki, ətrafında digərləri tərəfindən
heç də birmənalı qarşılanmayanlar
da Qəzənfər müəllim üçün
bütün müsbət
və çatışmayan
tərəfləri ilə
bitkin bir "mətn" kimi qəbul edilir. Bu yanaşma tərzi,
məncə, onun özünün bütövlüyündən
irəli gəlir.
Bütövlüyü və
səmimiyyəti isə
ona ədalətli mövqedə dayanmağa,
sözün düzünü
deməyə və dediyi sözün arxasında durmağa stimul verir. Bircə misalla kifayətlənəcəm; mənim yubileyim ərəfəsində
haqqımda "Ədalət"
qəzetində çap
etdirdiyi məqalənin
adı belədir:
"Zəngin ədəbi
mühitin görkəmli
tədqiqatçısı". Bu başlıqdakı "görkəmli"
sözü bəzilərini
qıcıqlandırıb ona
irad tutsalar da, Qəzənfər müəllim öz mövqeyindən çəkinməyib
fikrinin doğruluğunu fürsət düşdükcə əsaslandırmaq
yolunu tutdu... Həmin məqalədə
Q.Paşayev şahidi olduğu ibrətamiz bir əhvalat haqda aşağıdakıları
yazmağı da lazım bilmişdi:
"Nizami adına Ədəbiyyat İnstitutunun
hazırladığı çoxcildlik
"Azərbaycan Ədəbiyyatı
tarixi" əsərinin
V cildini institutun Elmi Şurasında müzakirə edirdik. Qəribə bir mənzərənin
şahidi olduq. İnstitutun direktoru, akademik İsa Həbibbəyli mövzuların
hazırlığı səviyyəsi
və kimin tərəfindən yazıldığını dəqiqləşdirirdi.
İsa müəllim hansı mövzunun adını çəkirdi,
elmi katib məlumat verirdi: "O mövzunu professor Alxan Məmmədov işləyib".
Elmi şuranın sədri, akademik İsa Həbibbəyli yarızarafat, yarıgerçək
dedi, belə çıxır ki, V cildi professor Alxan Məmmədovun cildi adlandırmalı olacağıq.
Belə olmaz. Bir neçəsini özü
götürdü, bir
neçəsini də
institutun adlı-sanlı əməkdaşları
arasında bölüşdürdük".
Professor Qəzənfər Paşayev
burada da özünün folklor (toplama, təhlil və tərtib) ənənəsinə sadiq
qalaraq hələ də üzə çıxarılmayan həmin
V cildin haqqında bəzi informasiyaları tarixin
yaddaşına yaza bilib...
Professor Qəzənfər Paşayev ömrünün
doqquzuncu onilliyinə qədəm qoyub "9" isə riyazi
rəqəmlərin ən böyüyüdür. Bu
ən böyüklük Qəzənfər
müəllimin böyük ürəyinə,
səmimiyyət dolu qəlbinə və
varlığına yaraşır.
Alxan
BAYRAMOĞLU
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2017.- 11 may.- S.7.