Bir tale ki, pəncərədən daş
kimi gəlsin...
PƏNCƏRƏDƏN
DAŞ GƏLİR
Pəncərədən daş gəlir
ay bəri bax bəri
bax
bu səs nə tanış gəlir
ay bəri bax, bəri bax
Pəncərədən daş gəlir
gəlsəm yəqin
görərəm
xumar gözdən yaş gəlib
səni yada veriblər,
allaha da xoş gəlib
Pəncərədən gələn daş
dəydi bəxtimə
dəydi
sındırdı onu qardaş
bəxtimə dəyən
daşı
gərək vaxtlı
görəydim
sinəmdəki atəşi
Pəncərəyə hörəydim
çatlayaydı o daş
da
Pəncərəyə baxanda
özgə göz də baxış da
gəlsəm yəqin
görərəm
xumar gözü yaşlı qız
xısın-xısın ağlayır
bir “Vağzalı” zənciri
qollarımı bağlayır
bəlkə elə görərəm
yetib payız hədəsi
çatıb vaxtı
vədəsi
ayrılıb gəlin
köçür
Pəncərəsi daşlı qız
son dəfə o küçədə
xumar gözdən yaş gələr
son dəfə o gecədə
Pəncərədən daş gələr
ADƏT GÜLÜNCÜ
Yolların ağına boylanıb
qalıb
dalınca ürəyim
döyünsə də
get
üz üstə torpağa quylanıb qalıb
bəxtin qarasınca
deyinsəm də get
səfa sürənindi cəfa çəkənin
qar duvaq qanını qaraltmasın
heç
o tirmə köynəyin sarı çəpkənin
payızı
ruhunu saraltmasın heç
kor baxmaq olsa da
xor baxmaq olmaz
atalar öyrədib
el adətinə
ulu ətəyini buraxmaq olmaz
şükür böyüklərin
ədalətinə
allah gülünc olduq
adət gülüncü
SİZİN
KÜÇƏDƏ
Payız
səmasıdır sinəmdə
könül
sizin küçədəyəm
bu gecə gülüm
bilirsən, mənimçin
kiminsə deyil
sənin adınadır
bu küçə gülüm
qoşa gözlər idik
duyuq düşəndə
səndən zalım
anan məndən qonşular
yağış başlayanda
soyuq düşəndə
bənövşə halıma
yandı qonşular
anan bilmədimi səni kim sevir
başında şan şöhrət havası
vardı
əgər bacarsaydı
götürüb evi
arxası küçəyə
tərəf qoyardı
bu küçə
küçə yox çaydı dağ çayı
neçə
dalğasına düşmüşəm
onun
dünyanın ən sakit mülayim ayı
belə
qovğasına düşmüşəm
onun
silinməz iz salıb o yaddaşımda
ömrümdə şimşək
tək alışıb
yanıb
yadıma düşəndə
haçan
başımda alovlar dillənib odlar qalanıb
pərdələr elədir
elədir elə
indicə açılar
çölə baxarsan
külək cövlan
edir belədən belə
sanıram indi də bu evdə
varsan
yenə təzə ildir yenə qarlı qış
saat o saatdır an da ki o an
yağır əzəlki
tək bəhanə yağış
birdən əzəlki
tək çölə
çıxarsan
lll
Çiçəklənib alça göyəm
qarşı duran dağ təzə-tər
arx üstündə
mən köhnəyəm
arx kənarı bağ təzə-tər
gecənin göy üzünə də
bağdan güllər
aşıb-daşıb
əsli də göy üzündədi
Pəncərədən gələn daşın
qızın yaz çağı yaz çağı
qar qalanıb hara gör bir
qışın oğlan
çağı deyil
oğlanın qış
çağıdı bil
yazın qız çağı qız çağı
buz qəlbə dov gələ bilmir
lll
Bu qapısız dünyada
Pəncərədən daş gələr
pəncərəyə hər baxan
öz daşına tuş gələr
dünyamızı dəyişər
pəncərədən gələn
daş
göz yaşı tək yaşayan
baş daşı tək ölən daş
bu qapısız dünyadan
gələrik biz dünyaya
gedərik bu dünyadan
pəncərəsiz dünyaya
lll
Gündüzlər ağ pərdədir
gecələr qara pərdə
bu dünya bir səhnədir
tale oynayan yerdə
ulduzlar ağ yalandır
günəş qırmızı
yalan
hamıdan yalançıdır
hamıdan doğru
olan
Pəncərədən daş gəlir
bəri bax dünyasıdır
ən haqsız adamın da
yeri haqq dünyasıdır
lll
Yanımda boş qaldı
yerin
boşluğunla doldu yerin
şerimlə doldu boşluğun
şerim ilə doldu yerin
yerin boşluğunun
şeri
yerin bu şerin yeri bax
nə pəncərə
yeri nə daş
yerin ay bəri bəri bax
boşluğuna doldu şerim
boşluğunla doldu şerim
boşluğun hər yerindədi
mənim şerim
sənin yerin
BİR
ANADİL OLSAYDIM
anasız anamın
anası dilim
Adəmdən Xatəmə yol
gedən alma
dünyaya Nyuton bəxş edən alma
mənə Pəncərədən
daş kimi gəlib
Lalın
da dilini anası bilir
hanı mənim dilim onu tap ana
ağzımda alışıb
yanası dilim
xəzinə qalmadı
onu tapana
xəzinə talayıb
çapana qaldı
oxunmaz Qubanın ağ alması ta
yəqin ki qiyamət qopana qaldı
mənim bu yaramın sağalması da
lll
Başıma daş düşdü
mənim
yaxşı ki qoşa düşmədi
daş da başa düşdü məni
sən məni başa düşmədin
müridin olmaq istədim
dərsimi almaq istədim
dərdinə qalmaq istədim
sevgimin yaşı düşmədi
qaçacam mən qəm əlindən
dalımca qoşun
düşəcək
mənim baş daşım yerinə
sənin göz yaşın düşəcək
SÖHRAB
TAHİR AZƏR AZƏRƏ
Sən ey daha ən
böyük
azadlığa qovuşan
ikili taleyinin
ikincisini yaşa
azad qardaşın ki var
səni kim tanımır ki
səni tanımayanlar
özünü tanımır
ki
Pəncərədən daş gələn
bəxtindən Bəri
bax sən
ölümü bölüb
Azər
Azər
Yaşayacaqsan
BİR
TALE Kİ PƏNCƏRƏDƏN DAŞ KİMİ
GƏLSİN
R.T.
Bir tale ki pəncərədən
daş kimi gəlsin
bir ömür ki xumar gözdən
yaş kimi gəlsin
kim görüb ki belə bəxtin
xoş günü gəlsin
ay ana elə bil
bizə it ağız
açıb
it ağzından çıxır
səhər öz aramızdı
ay nə bilim xoruz
banı quşların
səsi
nə bilim Ay dan ulduzu hamısı
sözdü
azanı da qarşılayır it hürüşməsi
it ağzından çıxan
dəniz söz burda qalsın
hanı səndə o mavilik yamyaşıl yosun
dənizsənsə tufan qopar fırtınan olsun
görüm sənin
göl üzünü
okean yusun
Baskervillərin iti tap itən yamyamı
İtağzıgül it ağzını
açır hər gülə
inanmayanın ağlına
keçə yamayım
it qursağı yağ götürməz deyən
aqilə
BİR
ŞEİR Kİ DUA KİMİ DEYİB DİNCƏLƏK
Bir tale ki pəncərədən
daş kimi gəlsin
bir ömür ki xumar gözdən
yaş kimi gəlsin
kim görüb hər Bəri baxdan bir geri
baxıb
allaha xoş gəlməyənin xoş
günü gəlsin
bir Yazı ki eşq nağılı
Min bir gecəlik
bir şeir ki dua kimi
deyib dincələk
uzun sözün qısasını yazan bir şeir
Yazan sözün qısasına
yazıb hər şeyi
qırx incəbel qızla bağda süzən bir şeir
sərv boyu tül yelkəndə üzən bir şeir
iki daşın arasından sızan bir şeir
çay əli dağ ətəyindən uzun bir şeir
bu da sənə uzun sürən qaranlıq gecə
sanki qurdla qiyamətə qalan bir qoca
dalısıyca ayağını
sürüyən küçə
günəşli gündüzdən
aylı gecədən
keçə
ay mərcanı çaya düşən göy bəndə düşə
ay könüldən çay
adlı bir kəməndə düşə
ay sayrışan burulğan su sal daşda
çaşa
çay məcranı
dəyişə sel su daşdan daşa
dağ çilleyi kamanına mindirib çayı
əldən çıxan
misra çəkib sözbəsöz yayı
dağdakı kef düzdə
çayın burnundan
gəlib
kim qaytarıb gözəl Tanrı göndərən payı
QARDAŞXAN
525-ci qəzet.- 2017.- 13 may.- S.23.