“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Vəkilov - (Müsavat) Şübhəsiz ki, bu şosse
yolları və araba yolları Rusiyanın daxili vilayətlərində
Zemstvo idarəsi əllərində idi.
Ümidvaram ki, Qafqasiyada da zemstvo idarələri təşkil
olunar və bu yolları ən iyi bir surətdə idarə edər. Bununla belə,
məişət də tələb edir ki, biz də Zemstvo idarələri
təşkil edək. Fəqət Zemstvo təşkilatı
meydana gələnə qədər bu yolların müvəqqəti
surətdə təriq və məabir nəzarəti
ixtiyarına verilməsinə tərəfdarız. Diyorlar ki, bu yolları təriq və məabir nəzarətindən
ziyadə daxiliyyə nəzarəti ixtiyarına vermək
yaxşıdır. Amma nəzərimcə
təriq və məabir nəzarəti ixtiyarına versək
yaxşı olar. Texnika cəhətindən
yol işinin təriq və məabir nəzarətinə
çox münasibəti vardır. Bundan əlavə
bir para vəzifəhlər də vardır ki, onlar da meydandan
götürülər. Məsələ
müvəqqəti olduğundan yolların hansı bir nəzarət
ixtiyarına verilməsinin bizcə o qədər əhəmiyyəti
yoxdur. Əsasən isə biz bu məsələnin
zemstvoya aid olduğu rəyindəyiz. Nəzərimizi
cəlb edən bir məsələ vardır ki, o da bu vəqtə
qədər cəm edilən zemstvo vergiləridir. Bilinmiyor bu yollar təriq və məabir nəzarəti
ixtiyarına keçsə, əcaba bu pullar yollara sərf
olunacaq, ya yox? Biz təklif edərdik ki,
zemstvo vergiləri bu yollara sərf olunsun və zemstvo təşkil
edildikdə bu məbləğ zemstvoya verilsin.
Sədr - Söz Qasım bəy Camalbəyovundur.
Camalbəyov
(Hümmət) - Möhtərəm əfəndilər! Şosse yollarının bir böyük mənası
olduğu, əlbəttə hamınıza məlumdur. Yollar nə qədər gözəl olsa, cəmaətin
şəhər ilə əlaqəsi o qədər
yaxşı olar. Bunu bilməlisiniz ki,
Rusiyanın köhnə qanununda bu yolların təmiratı həmişə
kəndli əhalinin boynunda idi. Kənddə
müəllim olduğum zaman yaxşı yadıma gəlir ki,
kəndliləri nə qədər zülm ilə
qamçılaya-qamçılaya yığıb yolların
təmiratı üçün işə aparırdılar.
Ağanın əvəzində nökər
gedirdi. Ağa da nökərin əvəzində
atasını və anasını gətirib qapısında
işlədirdi. Bütün bu yolların
təmiratı həqiqət ərz edirəm
gözümün qabağında olmuşdur, özümdən
demirəm, cəmaətin boynunda idi. Bu
işlərin cəmaətin boynuna yıxan polis idi. Və
bu iş polisə əlində idi. Məəttəəssüf
indiki polis də köhnə polisdən geri durmuyor. Bu işin polis əlində qalması tərəfdarı
olmayız. Biz buna inanıyoruz ki, bu polis
ki, var ağanın evində nökərin əvəzinə
atasını və ya anasını işlətməyə
yol tapacaqdır. Ona görə bu yollar
vergidən hasil olan məbləğ verilən idarəyə
verilməlidir.
Yolların mükəmməl surətdə
qayrılması və dəmiryol idarəsinə keçməsinə
etiraz etmiyoruz.
Lakin bu və buna aid ümumi işlər zemstvo
işləridir. Demokratik əsaslar üzərinə
tezliklə gərək zemstvo təşkilatı vücuda gətirilsin.
Hökumətimiz gündə böylə qanunları
tək-tək keçirməkdən çəkinmiyor, vəqt
tapmır ki, zemstvo təsisinə şüru etsin. Bu nə daxiliyyə nəzarətinin işidir, nə
də təriq və məabir nəzarətinin. Bu nöqteyi-nəzərdən zemstvonun tezliklə təsisi
və bu işin ona verilməsi arzusundayız. Təəccüb edirəm “İttihad” firqəsi kəndçi
tərəfdarı olduğu halda, necə cürət edib bu
yolların polisə əlində qalmasını təklif elədi.
Bu sözləri deməkdən məqsədimiz
budur ki, həmişə diyoruz ki, gərək demokratik əsası
üzrə düzələcək idarələr tezliklə təşkil
edilsinlər. Biz tək-tək qanun
keçirmək əleyhindəyiz. Tək-tək
qanun keçirməgə vəqt tapırlar, amma o idarələri
çağırmağa vəqt tapmıyorlar. Biz yolların yol vəziri öhdəsinə
keçməsinə etiraz eləməyib tezliklə zemstvo idarələrinin
təşkilini və bu yolların zemstvo idarəsi
ixtiyarına verilməsini tələb ediyoruz. Ümid ediyoruz ki, təriq və məabir vəziri də
ağanın evində nökərin əvəzinə
ata-anasının işləməsinə razı olmaz. (Alqış).
“Azərbaycan”,
27 mart 1919, ¹ 144
İstinaf
- yenidən başlama
Təzyid
- artırma, çoxaltma
Qəni -
dövlətli, varlı
Bida -
başlanğıc, əvvəl
Azərbaycan
Məclisi-Məbusanında
(keçən nömrədən mabəd)
Əfəndizadə
(Əhrar) - Yollar təmir edilən zaman cəmaətə nə
qədər zülmlər edildigi barəsində əvvəlki
natiq məlumat verdi və əhalinin əhvalının
ağırlığını təsvir etdi. Bunu
ancaq cəmaət məişətinə yaxın olan adamlar
yaxşı bilərlər. Məsələn,
Ləki ilə Ağdaş arasındakı şosse yolunu
götürək. Bizdə zemstvo idarəsi
hərçənd yoxdur, amma məzkur yol zemstvo pulu ilə
saxlanıyordu. Və hökumət məmurları
yayın istisində, qışın soyuğunda cəmaəti
cəbrən aparıb o yollarda işlədiyordular. Ancaq
hər kəs rüşvət versə, biyar denilən bu zəhmətdən
xilas ola biliyordu. İmdi yenə
bu məsələ qalxdıqda biz onun tərəfdarıyız
ki, yollar təriq və məabir nəzarəti təhti-idarəsinə
verilsinlər. Çünki bizdə hələ
zemstvo yoxdur. Bu zəmanədə isə
yolların təmirinin böyük əhəmiyyəti var.
Ələlxüsus ərzaq daşınması və sairə
cəhətdən bu məsələ mühüm bir məsələdir.
Və biz ümidliyiz ki, təriq və məabir
nəzarəti bu məsələyə yaxşı diqqət
və əhəmiyyət verəcəkdir.
Məlikaslanov
(Təriq və məabir naziri) - Sabiqdə yalnız dəmir
yolları degil, dəniz və çay yolları da, həmçinin
dövləti əhəmiyyəti olan qara yolları da təriq
və məabir nəzarətinin təhti-idarəsində
oluyordu. Bu surətlə şosse və sair qara
yolları iki qismə bölünərək, dövləti əhəmiyyəti
olan birinci qismi təriq və məabir nəzarəti təhti-idarəsi
ixtiyarına veriliyordu. İkinci qismi isə
zemstvo idarəsi ixtiyarına veriliyordu. Qafqasiyada
zemstvo idarələri olmadığından ikinci qism yollar
daxiliyyə nəzarətinin təhti-idarəsində idilər.
Azərbaycan ərazisində iləricə
dövləti əhəmiyyətli hesab olunan yol demək olar
ki, bilmərrə yox idi. Ancaq bir neçə
verstlik bir xətt sövqülceyş əhəmiyyətinə
haiz hesab olunurdu. Amma şimdi məmləkətimiz
daxilindəki yolların bir çoxu Azərbaycan
üçün dövləti əhəmiyyət kəsb
etmişdir. Ona görə yollarımızı iki qismə
ayırmalıdır: dövləti yollar və zemski yollar. Zemstvo barəsində çox işlər
görülmüşdür və ümidvar olmalıdır
ki, onun təsisi həqqində lazımi tədabir ittixaz ediləcəkdir.
Fəqət zemstvo idarələri təsis edilənədək
gözləmək olmaz.
Yolların təmiri öylə məsələdir ki, təxirə
salmaq mümkün degildir. Ona görə
hökumət bu rəyə gəlmişdir bütün yollar
müvəqqəti olaraq təriq və məabir nəzarəti
təhti-idarəsinə verilsinlər. Bu
şərtlə ki, zemstvo idarələri təsis edilən
kibi zemski yollar ayrılıb zemstvo müəssisələri
ixtiyarına tapşırılsınlar. Burada
Soltan Məcid Qənizadə diyor ki, təriq və məabir nəzarəti
qəzalar və köylərə, cəmaət həyatına
o qədər yaxın degildir. Buna cavabən
deyirəm ki, yolları idarə etmək üçün 6
naçalnik təyin olunacaqdır və məzkur
naçalniklər əyalət mərkəzlərində əyləşəcəklərdir.
Bu surətlə də cəmaət ilə
yaxın əlaqə və rabitədə bulunacaqlardır.
Yolların təmiri üçün cəmaəti işlətmək
məsələsinə gəlincə, hökumət bu işi
demokratik hesab etmədigindən qərar vermişdir ki, cəmaəti
pulsuz işlətməyərək yolların təmiri və
sair xidmətlərə dövlət xəzinəsindən
muzd versin. Zemstvo idarələri təsis edildikdən
sonra da məzkur muzdlar zemstvo və dövlət pulundan veriləcəkdir.
Qanun səsə qonularaq əksəriyyəti-ara ilə qəbul
olunur.
Qanun budur.
1- Azərbaycan
quberniya müəssisələri təhti-idarəsində
bulunan ümum şosse və sair qara yollarını dövləti
əhəmiyyəti haiz tələqqi edərək məzkur
yolları və onlara baxan idarə və məmurları təriq
və məabir nəzarəti təhti-idarəsinə vermək
lazımdır.
2- Daxiliyyə
nəzarəti tərəfindən yolların inşa, təmir
və saxlanması qəsdilə 1919-cu il
üçün istənilmiş kredit və həmçinin
1918-ci ilə də şamil edilmiş və 1919 sənəsində
qüvvədə qalmış olan 1915-1917 sənələri
zemstvo kredit smetasını təriq və məabir nəzarəti
binagüzarlığına verməlidir.
3- Daxiliyyə
nəzarətinin smeta və təklifilə
buraxılmış kreditlər və birinci maddədə
göstərilən yollara xidmət məmurlarının təriq
və məabir nəzarəti binagüzarlığına
keçirilməsi məsələlərinin təfsilat və
cüziyyatı məsələsini təriq və məabir
naziri ilə daxiliyyə nazirinin etilafına mühəvvəl
etməlidir.
4- Bu qanun
layihəsi mövcibincə təriq və məabir nəzarəti
təhti-idarəsinə verilən yolların məmur və
xidmətçiləri heyətini təsdiq etməlidir.
Ləvayehi-qanuniyyə
komissiyası bu layihəyə bir maddə dəxi əlavə
etmişdir ki, haman maddə mövcibincə
məzkur yolları daxiliyyə naziri təhti-idarəsinə
tabe etmək həqqindəki köhnə qanunlar dəmiryol
nizamnaməsinin 665-ci və sair bəzi maddələri və məcməi-qəvaninin
2-ci cildindəki bu xüsusa aid qanunlar ləğv ediliyorlar.
20 min
rüblə təxsisi
Sədr - Növbədəki məsələ Məclisi-Müəssisan
intixabı qətnaməsinin təbi üçün 20 min
rublə buraxılmasıdır. Söz məruzəçi
Əhməd Cövdət əfəndinindir.
Əhməd
Cövdət - Əfəndilər! Məlumunuzdur
ki, gələcək Məclisi-Müəssisan əsaslarını
hazırlamaq üçün bir komisyon vardır. Biz dördgözlə bəkliyoruz ki, bu komisyon
işini bitirib seçkilərə şüru edilsin və Məclisi-Müəssisan
tezliklə çağrılsın. Məclisi-Müəssisanımızın
cəmaət arasında çətin bir mövqedə
olduğu da hamıya məlumdur. Buna
görə Məclisi-Müəssisan tezliklə dəvət
olunmalıdır. Məclisi-Müəssisan
intixabları qanunu hazırlayan komisyon indi işini
bitirmişdir. Komisyonun qanunnaməsinin tərcüməsi
və təbi üçün 20 min rublə para
lazımdır. İndi haman komisyon Məclisi-Məbusana
müraciət edib 20 min manat istiyor və bu barədə də
böylə bir kağız yazmışdır:
“Azərbaycan
Məclisi-Müəssisanın Divani-Rəyasətinə
Məclisi-Müəssisan intixabları qanunu tərtib edən
komisyon layiheyi-qanuniyyənin ilk qiraətini bitirmişdir. Məzkur layihənin tərcüməsi
əzaya paylanmaq, mətbəədə təb olunacaq əsli
hazırlanmaq üçün komisyonun qərarına təbən
Divani-Rəyasətə müraciətlə iləridə Məclisi-Müəssisan
intixablarına sərf olunmaq üçün ayrılacaq məbləğ
hesabına 20 min rublənin təhti-idarəmdə bulunan
komisyon idarəsinə verilməsi üçün Məclis
hüzurunda təşəbbüsdə bulunmanızı rica
eylərəm.
Komisyon rəisi
Məhəmməd Əmin Rəsulzadə”
Divani-Rəyasət
haman bu kağızı büdcə və
maliyyə komisyonuna göndərmişdir. Təbiidir
ki, komisyon da qəbul etmişdir. Komisyon bu barədə
böylə qərara gəlmişdir:
Məclisi-Məbusan
maliyyə və büdcə komisyonunun 11 mart 1919 tarixli
iclasında Məclisi-Müəssisana intixab komisyonuna
çıxardığı qanunları təb və nəşr
etmək üçün 20 min rublə buraxılması
müzakirə olunaraq qət olundu.
Məclisi-Müəssisana intixab komisyonunun tələb
etdigi 20 min rublə məzkur komisyona Məclisi-Müəssisana
intixab məsarifi hesabına olaraq peşin buraxılsın.
Zənn edirik ki, istənilən 20 min manat
buraxılmalıdır. Tainki tezliklə Məclisi-Müəssisan
dəvət olunsun. Ona görə bu məbləğin
buraxılmasının parlaman tərəfindən də qəbul
olunmasını təklif edirik.
Sədr - Bu barədə danışmaq istəyən
yoxdursa səsə qoyuram. Maliyyə-büdcə
komisyonu təklif edir ki, Məclisi-Müəssisan intixabı
hazırlayan komisyona istədigi 20 min manat buraxılsın.
Hər kəs Məclisi-Müəssisan intixabı
qanunlarını hazırlayan komisyon ixtiyarına həmin məqsəd:
qanunnamənin tərcümə və təbi
üçün 20 min manat buraxılması tərəfdarıdırsa
rica edirəm əlini qaldırsın. (Əllər
qalxır). Deməli müttəhidül-qövl
qəbul olunur.
Tənəffüs elan edirəm. Lakin ondan əvvəl
burasını əlavə edim ki, müdafieyi-milliyyə
komisyonuna Xosrovpaşa bəy Soltanovun yerinə Behbud xan
Cavanşir namizəd göstərilir. Etiraz
yoxdursa qəbul olunur. Erməni fraksiyonundan
təşriyyə komisyonuna təklif olunur.
Əhməd Cövdət - İcazə veriniz.
Sədr - Söz Əhməd Cövdət Pepinovundur.
Əhməd Cövdət - Məlumdur ki, müdafiəeyi-milliyyə
komisyonuna seçkilər şəxsən qəbul
edilmişdir.
Bütün parlaman fraksiyaları nümayəndələrindən
təşkil edilmişdir. Buna görə...
Sədr - (Dayandırır) Bu məsələ Divani-Rəyasətdə
müzakirə edilmişdir. Hərgah nümayəndəniz
iştirak etməmişsə, bu, sizin öz
günahınızdır.
Əhməd
Cövdət - Mən orasını diyoram ki...
Sədr -
Məsələ keçib...
Əhməd
Cövdət - Mən söz almışam...
Sədr - Mən elə bildim siz başqa şey barəsində danışmaq istiyorsunuz. Tənəffüs elan edirəm.
(Tənəffüs elan olunur)
“Azərbaycan”, 28 mart 1919, ¹ 145
Hayiz - malik olan
Mühəvvəl - öhdəsinə verilmə
Peşin - avans
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 13 may.- S.21.