Musa Yaqub
dünyası
şairin 80 illik yubileyinə
Zemfira MƏHƏRRƏMLİ
Çağdaş ədəbiyyatımızda, Azərbaycan
ictimai fikrində bir Musa Yaqub fenomeni var.
İlhamı dəniz tək çağlayan, xalqının
xoş gününə
sevinib narahat çağlarına kədərlənən,
ətrafdakı olaylara
öz münasibəti,
mövqeyi olan Musa Yaqub. Dünyamızdan narahatlığını
vətəndaş qeyrəti
ilə əks etdirən söz ustası deyir:
Leyləklərin çöp yuvası
boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın
qara daşı göyərməz.
Nədənsə Musa Yaqubun adı çəkiləndə istər-istəməz
daha çox təbiət yada düşür. Bəlkə də bu,
Musa müəllimin ulu
təbiətin özü
qədər saf, pak insan olması
ilə bağlıdır.
Ecazkar, ülvi təbiətdən
əxz olunası nə varsa, Musa Yaqubun şəxsində cəmləşib. Görünür,
bunun əsas səbəbi şairin doğulduğu əsrarəngiz
İsmayıllının Buynuz
kəndində, şeirlərində
az qala
ilahi gözəlliklərini
təsvir etdiyi bu isti, əziz
yurd yerində hələ lap erkən çağlarından, gənclik
illərindən daim təbiətlə təmasda
olmasıdır.
İlhamını ana təbiətdən
alan söz sərrafı şeirləri
ilə dünyaya tanıtdığı Buynuz
kəndindəki ağacların
baş-başa verib yaratdığı yamyaşıl,
nəhəng çətir
də, evlərinin həyətindən burula-burula
axan çay da, qayada bitən
vələs də, zəmidəki tək qovaq da, ay işığında
görünən gər
ağacı da şairin ruhuna hakim kəsilir, onun fikir yelkənini, təxəyyülünü qanadlandırır.
Və göz önündə bitkin bir təbiət
lövhəsi canlanır.
Bu həyati, təbii
şeirləri oxuyan, duyan rəssam heç tərəddüd
etmədən gözəl
təbiət mənzərəsi,
ona şöhrət gətirən tablolar yarada bilər.
Musa Yaqub üçün
vətən kəlməsi
doğma ocaqdan, qapısında bitən dağdağan ağacından,
güldən-çiçəkdən, kəhrizli bulaqdan, kəndindən dünyaya uzanan cığırdan-izdən...başlanır. Şair qoynunda yaşadığı
təbiəti, vətənin
bir parçasını
qəlbən duyur, onu poetik rənglərlə
göstərir.
Ətraf aləmdəki hadisələr
necə baş verirsə, onun şeirləri də bir labüd təbiət hadisəsi kimi doğulur, yaranır.
Musa Yaqub şeiri
sadəliyi, təmizliyi,
büllurtək saflığı
ilə dilimizin möcüzəsi, nadir hadisəsidir.
Bəzən onu sırf təbiət
şairi hesab edirlər.
Əslində isə Musa Yaqubun şeirləri heç vaxt həyatın olaylarından, ictimai mühitdən ayrı olmayıb.
Onun tək qayada bitən vələsi də, zəmidəki qovağı da, kənddə yaşayıb
müəllimlik etdiyi
illərdə tez-tez həmsöhbət olduğu
dağdağan ağacı
da, bir aydın
gecənin ay işığında
qəribə halətdə,
özgə biçimdə
gördüyü gər
ağacı da dolğun, bitkin insan obrazları, şairin, necə deyərlər, "qulaq yoldaşları"dır.
Musa müəllimin kitablarından
biri "Nanə yarpağı" adlanır. Bu kitaba belə poetik ad verilməsinin səbəbi, yəqin ki, şairin, nadir bir şəxsiyyətin öz milləti, yurddaşları üçün
ürək döyüntülərindən
irəli gəlir.
"Bir əsim nanə yarpağı şeirində" şair
sevgilisi üçün
keçirdiyi qəlb çırpıntılarını nanə yarpağının
həzin, xəfif əsintilərinə bənzədir:
Bu meh hardan əsdi belə,
Elə bildim sənsən gələn.
Yanıb söndü şam
sayağı
Yazıq könlüm,
Nazik könlüm
Bu mehdə sənsiz üşüyən
Bir əsim nanə
yarpağı...
Daha sonra sevgilisinə həsrət qalan şair "su gələn arxa bir də gələr"
misalı ilə yarımçıq
qalmış məhəbbətinə
yenidən qovuşacağına
inamını, ürək
çırpıntılarını belə ifadə edir:
Quru bəxtim gülə bəlkə,
Bir arxa ki su
gəlibdir,
Bir də dönüb gələ bəlkə.
Həmin
bəlkə sorağında,
Həmin
arxın qırağında
Bir əsim nanə yarpağı
Ürəyimin çırpınmağı.
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın Musa Yaqub poeziyası, onun poetik düşüncələrinin
nə qədər zəngin olduğunu əks etdirən əsərləri barədə
fikirlərini xatırladım. O qeyd edir ki, "şairin kimliyini bilmək istəyirsənsə,
şeirlərini oxumalısan.
Çünki şairin duyğuları,
sevgisi, vətəndaşlığı
onun şeirlərindədir.
Musa Yaqub təbiətin
dilini bilən, onunla öz dilində danışan şairdir".
Mərhum
Xalq yazıçımız
Hüseyn Abbaszadənin
bu təbiət aşiqi, bənzərsiz şairimiz haqqında söylədikləri də
təbii səslənir:
"Musa Yaqubu təbiət
yaratdı, o isə təbiəti şeirə
gətirdi". Nə qədər
dəqiq, düzgün
qiymətdir.
Doğrudan da, Musa müəllimin şeirlərinin çoxu
təbiətlə söhbətdən,
dərdləşmədən yaranıb. Özünün etiraf etdiyi kimi, "bu şeirləri yazarkən poetik məna və obrazlar tapmaq üçün bir o qədər də baş sındırmayıb".
Şairin
yenicə çapdan çıxmış "İndi
bildim nağıldı..."(Bakı,2017) kitabında yer almış "Zoğal ağacı" şeirində oxuyuruq:
Mən də yaranmışam,
Mən də bitmişəm,
Bilmirəm heç hansı
kama yetmişəm.
Demirəm baharla həmişəliyəm,
Sevgidə bir topa bənövşəliyəm.
Olmadın meşənin
şumal ağacı,
sığal ağacı,
Çiçəkdə tələsən,
barda gecikən,
Zoğal ağacıyam, zoğal ağacı.
"Üzü üstə yatan söyüd" şeirində isə şairin bu ağaca xitabən söylədikləri, əslində
insanlara çatdırmaq
istədikləridir:
Böyrü üstə düşüb
qalan,
Üzü üstə yatan
söyüd...
Nə vaxt yıxıb tufan səni?...
Bu torpaqda kökün yoxsa,
Saxlamaz bu aman səni.
Göründüyü kimi, şair bu obrazları poetikləşdirib təsvir
edəndə təbiət
insanlaşıb, insan
isə təbiətləşib. Qarşılıqlı ünsiyyətin vəhdətindən
isə bənzərsiz
bir şeir yaranıb. Müəllimi təbiət olan,
ilhamına, təbinə
yad nəfəs qatılmayan, insanlardan küsəndə poeziyaya üz tutan şair
"dünyaya gəlmədim,
hayla-harayla" deyir.
Musa Yaqubun hər yeni şeirini oxuduqca, neçə illər əvvəl qələm yoldaşlarımızla
birgə səfər etdiyimiz
Buynuz kəndi,
onun ecazkar gözəllikləri gözlərim
önündə canlanır. Kəndin tən
ortasından axan yamyaşıl, zümrüd
meşələrlə dövrələnmiş
Göyçay çayının
möcüzəli sahilləri
insanın ruhunu yerindən oynadırdı.
Bu gözəlliklər məskəninə ilk qədəm
qoyan hər kəs sanki cənnətə düşdüyünü
zənn edirdi. Qarşısına bənd çəkilmiş
çayın gur sularının yaratdığı
şəlalə də
xatirimdən çıxmır.
Sünbül saçlı, gur
hörüklü qızların
zülflərinə bənzəyən
bu şəlalə yaradıcı insanın təbiətə əlavəsiydi.
Misilsiz əlavəsi.
Təbii ki, Buynuz kəndinə
güzarı düşən
hər bir kəsdə bu yurd yerimizin adını məmləkətimizdən
çox-çox uzaqlarda
tanıdan, bu torpağın şair oğlu Musa Yaqubu görmək, onun qapısını açmaq
istəyi yaranır. Bu, bizim də arzumuz
idi. Amma həmişə qonaq-qaralı olan Musa müəllimin özünü
bu dəfə qonaq çağırmışdılar.
O, qonşu kəndə toya, yeni ailə
quran gənclərə
xeyir-dua verməyə
getmişdi.
Şairlə görüşə bilməsək də, onun axar-baxarlı kəndinin mehmanı olmaq, evinin qarşısındakı yaşıl təpəyə qalxıb ətrafı seyr etmək, Musa Yaqubun sirdaşı olan şeirlərindən tanıdığımız elə həmin dağdağan ağacının budaqlarını, yarpaqlarını bir müqəddəs tutyatək sığallamaq nə qədər xoş idi.
Qarşımızda özgə bir aləm, sirli-sehrli dünya açılmışdı - Musa Yaqub dünyası...
525-ci qəzet.-2017.-17 may.-S.8.