Yazıçı Pərvin məktəblilərlə görüşdü

 

Mayın 15-də gənc yazıçı-publisist Pərvin Suraxanı rayonu 87 saylı məktəbin şagirdləri ilə görüşüb.

 

Şagirdlər yazıçınınQoğalın sərgüzəştləripyesini səhnələşdiriblər.

 

Tamaşada məktəbin 4-cü sinif şagirdləri Әliyeva Almara, Huseynli Elvin, Әlizadә Zöhrә, Әzizli Yusif, Şixәlizadә Cavidan, Әliyeva Mәdinә, İmamverdiyev Sәrvәr müxtəlif rolları ifa ediblər. Səhnə əsəri tamaşaçı qismində iştirak edən müəllimlərin , şagirdlərin böyük marağına səbəb olub.

 

Tamaşadan sonra məktəbin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, şagirdlərin dərslərdən əlavə bu cür tamaşalarda iştirak etməsi, rol alması onların dünya görüşünün zənginləşməsinə səbəb olur: “Daha öncələr bizim şagirdlər müxtəlif uşaq tamaşaları festivallarına qatılıb, uğurlar qazanıblar. Bütün bu işlərin gənc nəslin tərbiyələndirilməsində, estetik zövqün aşılanmasında böyük faydası var. Artıq ikinci dəfədir ki, Pərvin xanım şagirdlərimizlə görüşə gəlir, əsəri bizim məktəbdə səhnələşdirilir. Mən hər şeydən öncə minnətdarlığımı bildirirəm arzu edirəm ki, bu cür tədbirlər çox keçirilsin.”

 

Daha sonra məktəbin ibtidai sinif müəlliməsi Zəlihə Rəhimova məktəbdə yaradılmış şəraitdən, bu kimi tədbirlərin keçirilməsində rəhbərliyin diqqət qayğısını əsirgəməməsindən danışıb: “Əslində şagirdlərlə tamaşalar qurmaq, tədbirlər keçirmək son dərəcə məsuliyyətli, çətin işdir. Amma həm məktəb rəhbərliyi, həm bu uşaqların valideynlərinin diqqəti, həssaslığı nəticəsində biz bu işi görə bildik.”

 

Sonda yazıçı məktəbin direktorunun sərəncamı ilə xüsusi fərqlənən şagirdləri diplomlarla təltif edib, ürək sözlərini tədbir iştirakçılarıyla bölüşüb: “Əziz şagirdlər, artıq ikinci dəfədir ki, mənim pyesimə müraciət edirsiz sizinlə çox doğmalaşmışam. Bir neçə uşaq pyesinin müəllifiyəm elə bu gün səhnələşdirdiyiniz pyes hazırda Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Amma etiraf edim ki, işlərin çoxluğu, zaman qıtlığı məndə bu fikri yaratmışdı ki, daha uşaq pyesləri yazmayım. Bu gün sizlərin sevgisini, həvəsini görüb fikrimi dəyişdim. Hətta yeni ideyalarım da yarandı. Buna görə sizlərə öz minnətdarlığımı bildirirəm. Artıq indidən istedadınız, bacarığınız gələcəkdə böyük uğurlar qazanacağınıza inam yaradır. Hər birinizə sağlam, işıqlı, uğurlu gələcək diləyirəm.”

 

Pərvin həmçinin E.Ələkbərovaya, görüşün təşkilində əməyi keçən müəllimlərə minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.-2017.-17 may.-S.7.