"Delicesine" "Aşk olsun" Ankarada imzalandı

 

Mayın 13-də Türkiyənin paytaxtı Ankarada Türkiyə Elmi Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasındakı razılaşma əsasında şair nasir, AYB-nin katibi Rəşad Məcidin "Delicesine" şair, AYB-nin mətbuat katibi Xəyal Rzanın "Aşk olsun" kitablarının geniş təqdimat mərasimi oldu.

 

Türk Tarix Qurumunun salonunda baş tutan təqdimat mərasimində yazıçılar, şairlər, mədəniyyət ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri iştirak edirdi. Kitabların tərcüməçisi Muhammed Rza Gocidir.

 

İLESAM-ın baş direktorü Mehmet Nuri Parmaksız qonaqları salamladı qısa da olsa, AYB İLESAM arasında əməkdaşlıqdan danışdı. Bildirdi ki, bu il ərzində işbirliyi əsasında daha iki kitab AYB tərəfindən nəşr ediləcək: "Bizim Azərbaycanla dostluq işbirliyimiz davam edəcək. İyun ayının əvvəlində İLESAM-la Azərbaycandakı 6 önəmli qurum arasında işbirliyi haqqında sənəd imzalanacaq".

 

Sonra R.Məcidin yeni kitabı haqqında professor Nurulla Çetin, X.Rzanın yeni kitabı haqqında isə İLESAM icraçı qurumunun üzvü, dosent Ayfer Yılmaz dəyərləndirmə aparmaq üçün səhnəyə dəvət edildilər.

 

Rəşad Məcidin kitaba "Dəlicəsinə" adını verməsinin xüsusi bir mənası olduğunu düşündüyünü deyən N.Çetin, bunu belə izah etdi: "Hər insan gördüyü işin həyəcanını bütün varlığı ilə hiss etməlidir. Rəşad Məcidin kitaba belə bir ad verməsi ilə yanaşı, özünün bu kitaba uyğun bir şəxsiyyət olduğunu gördüm".

 

Ayfer Yılmaz isə bildirdi ki, Xəyal Rza kitabda eşqdən bəhs edir: "Mən isə düşürəm ki, yaşadığımız dünyada baş verən bütün gərginliklər, pisliklər elə eşqsizlikdən qaynaqlanır. Bizə gözəl duyğuları anlatdığı üçün şairə təşəkkür edirəm".

 

Çıxış üçün söz verilən Rəşad Məcid hələ gənc yaşlarından onda böyük bir Türkiyə sevgisinin olduğunu bildirdi: "Mən bu yazıları yazarkən vaxtsa Türkiyədə belə bir kitabımın çıxacağı, dostlarla onun təqdimatına toplaşacağımız belə gözəl sözlər eşidəcəyim mənə xəyal kimi gəlirdi. İndi bu xəyal gerçək oldu. Bu kitabı yenidən oxuduqda o illərə qayıtdım. Məsələn, Sovet illərindəki duyğu düşüncələrimi, Türkiyə sevgimi bir daha xatırladım. 90-cı illərdəTürkiyəyə gələndə, burada o qədər çox insan tanımırdım,amma məndə bu ölkəyə dəlicəsinə sevgi vardı. Sonralar burda dostlar qazandım. O dostlardan biri dəyərli şair alim İrfan Çiftçidir o, bu kitaba ön söz yazıb. Həmçinin, Yaqub Öməroğlu, Əli Akbaş, İmdat Avşar, Mehmet Nuri Parmaksız başqa dostlar da mənə Türkiyəni daha çox sevdirdilər".

 

R.Məcid vurğuladı ki, dünyanın ən böyük zövqlərindən biri öz kitabını əlinə almaq, onu vərəqləmək, qoxusunu duymaqdır: "Bu hissi təkrar mənə yaşatdığına görə İLESAM-a təşəkkürümü bildirirəm Türkiyənin hər zaman güclü olmasını arzu edirəm. Çünki Türkiyənin gücü Azərbaycanın gücü deməkdir".

 

Xəyal Rza İLESAM-la işbirliyinin artıq iki ildir ki, uğurla davam etdiyini bildirdi: "Əlaqələr getdkcə genişlənir, yeni-yeni layihələr gerçəkləşdiririk. Üzvlərimizin sayı artmaqdadır. Hazırda İLESAM Azərbaycanda da yüksək dəyərləndirilən bir qurumdur".

 

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu dedi ki, Türk dünyasının yaxınlaşması üçün böyük səylər göstəririk: "Bu baxımdan kitabların çox ciddi əhəmiyyəti var. Azərbaycandakı qardaşlarımızla, qələm dostlarımızla işbirliyinə böyük önəm veririk. Onların sırasında Rəşad Məcidin xüsusi yeri var. Türkiyə gənclərinin oxuması çox vacibdir".

 

Yazıçı-tərcüməçi İmdat Avşar belə bir layihənin həyata keçməsinə görə İLESAM-a təşəkkürünü bildirdi. Sonra isə Rəşad Məcid Xəyal Rzanın yaradıcılığı, yeni kitabları barədə yüksək fikirlər söylədi.

 

Tədbirin yekununda müəlliflər oxucular üçün kitablarını imzaladılar.

 

Mehparə SULTANOVA

Ankara

 

525-ci qəzet.-2017.-17 may.-S.8.