Kimsə çıraq tutur
yazıq kölgəmə...
Haram kif bağlamış boz daş kimidi,
İlahi,
sən mənim öz tikəmi ver!
Mənə daş atırlar
ta, söz atanlar,
Mənim
daş dünyamdan söz tikəmi ver!
Sənə də, mənə
də daş atan bilmir
Daşdan ya büt olur,
ya qəbir daşı.
...Bu qız Tanrıya yox, şeytana çəkib,
Onu daşa döndər, a qəbir daşı!
Hər ölən adamın Əzrayıl xofu,
Hər uçan komanın daşı görünür...
Kimsə
çıraq tutur yazıq kölgəmə,
O da gözlərimə naşı görünür.
...Adamı adamdan quru çıxardıb,
Əcəlin altına yaş
oturdurlar...
...Eh, nədən həmişə
ölən adamın
Canının üstünə daş oturdurlar?
Biz namaz qılırıq, günaha çıxır,
Nədən güvə tutmur dişimiz, Allah?
Bu qədər doğmaykən
bu qədər yadıq,
Bəlkə daş olmaqdı işimiz, Allah?!
Hey səni gözlədim - ölü
rəngində...
Ağ kölgə kimiyəm gör, neçə vaxtdır,
Bəlkə hisslərimə kəmər
yollayım?
Neynim, üzüm gəlmir əl açım şərə,
Pul ver, öz yasıma nəmər yollayım.
Mən dünən ölmüşəm,
indi bilirlər,
Ruhum ilmə
tutub hanamdan betər.
Şəklimin yerindən kitab
asıblar,
Şeytan ağı deyir anamdan betər.
Duyğumu bükməyə ağ axtarmayın,
Cana işıq verir cuna da, şükür...
Kimsə
nalə çəkir
bayatı üstə,
Mən
"Segah" sevərdim,
buna da şükür...
... Hey səni gözlədim ölü rəngində,
Qapımı döyən qız
Yetər imiş ki...
Öldüm, elə bildim canım qurtardı...
Ölmək ölməməkdən betər imiş ki...
Səni məndən alacaqlar
nə vaxtsa...
Güvə tutub sevda yolum, kənar gəz,
Bu sərt dərdə
döz, günümə
ağlayım.
Səni
məndən alacaqlar nə vaxtsa,
Qoy vaxt varkən öz günümə ağlayım.
Çox
demişdim pul yoxdursa, sevgi yox,
Bax, sən indi çırpınırsan
tələdə...
Həyat
başdan lal duyğudu, eh, ayıl,
Nədən mənə inanmırsan hələ də?
Bir yol çıxıb qarşı səmtdə önünə,
Çalış, dönmə eşq var deyə, geri sən.
Məndən sənə çəpər
olmaz, əzizim,
Yavaş-yavaş öz baxtına yeri sən.
Əzrayıla can vermirəm acıqca,
O da məni adam bilib aradıb...
...Tanrı səni mənim üçün deyil, qız,
Məndən yaxşı biri üçün yaradıb.
Mən daş ikən köz olmuşam nədənsə,
Mənim qəlbim yoxsulluqlar adası.
Hələ vaxt var, öz yoluna köç elə,
Allaha da acıq gedir,
qadası...
Nöqtə qoymadığım cümlə
Duyğum
sancı çəkir
sinəmin altda,
Hicran sevdalara
qarmaq göstərir.
Tale tuzaq qurur avam
adama,
Şeytan
da bir yandan
barmaq göstərir...
Hisslər ağlığını itirir
yoxsa?!
Fikir atlarımız nal atır, Allah...
Bayram axşamları qonşu qız bizə
Papaq əvəzinə şal atır, Allah...
Mən nə vaxt Tanrıya daş atdım axı?!
Kimsə
ürəyimi sıxır
arada...
Nöqtə qoymadığım cümlənin
həm də,
Vergülü yadımdan çıxır
arada.
Tale qız vaxtında yazçəkən
olur
Sevda yuxuları sığal götürmür,
Sevda yolçuları
nazçəkən olur.
Sən eşqə bu qədər inanma, dəli,
Tale qız vaxtında
yazçəkən olur.
Ruhumu lal edib tabut
qorxusu...
Beş kişi yığışıb
gora aparır...
Allah da adamı arada
sıxır;
Hardan gətiribsə, ora aparır...
Ömür quyu kimi, can deşik-deşik...
Bu bəxt də
bəxtimə iri düşmədi.
Mənə eşq dəlisi
dedilər... Amma
Yüz qıza tor atdım, biri düşmədi...
Quzum, məndən ötrü divanə olma,
Kişinin ya qəbri, ya damı olar...
Bircə,
Allah qalıb söz deyiləsi,
Qorxuram,
onun da adamı
olar...
İşığı əridi şamın...
Qor, yanğıdı külüm
çəkən...
Xəyal
imiş gülüm çəkən...
Həya
altda zülüm çəkən
Naşı səninkidi, Allah!
Yazbaşı cücər ki,
dənim...
Buxara çevrilir
çənim.
...Bu uşağın gözü
mənim,
Qaşı səninkidi, Allah!
İşıqla doluymuş camın...
İşığı əridi şamın...
Mənə daş atan adamın
Daşı səninkidi, Allah!
Ruhum vəcdə gəlir
lal sevda kimi...
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında
təpə oynayır.
Sən elə süzürsən,
elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin
altından,
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.
Əcəb kama çatdıq bu xəstə ruhla...
Sultanım, fərz elə
bir dəstə gülsən,
Bir yol qoxlamıram, sən də baxırsan.
Nədən hər Ay doğcaq
duvağa girib,
Tək qoyub gəldiyin kəndə baxırsan?
Kimdir tora salıb baxışlarını?
Yoxsa sən salmısan dərdə kimisə?
Mən kiməm
eləysə? Sən kimsən onda?
Susub gözləyirsən ərdə
kimisə...
Əcəb kama çatdıq bu xəstə ruhla,
Kölgəmi üstünə yıxıb
gedirəm.
Çətin başa vuraq bu ömrü sənnən,
Topla nəyim
varsa, çıxıb
gedirəm.
Hikmət
MƏLİKZADƏ
525-ci qəzet.-2017.-17 may.-S.7.