"Könüldən-könülə yollar görünür"
AŞIQLAR
BİRLİYİ MOLLA PƏNAH VAQİFİN 300
İLLİYİNİ QEYD EDİB
Mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "Könüldən-könülə yollar görünür" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə açan AAB-nin sədri, folklorşünas, professor Məhərrəm
Qasımlı Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə bağlı ölkə Prezidentinin sərəncamını
xatırladıb və
qeyd edib ki, bu tədbir
də həmin silsilədəndir:
"Molla Pənah
Vaqifin anadan olmasının 300 illiyi
UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli
şəxslərin və
əlamətdar hadisələrin
yubileyləri proqramı"na
daxil edilib.
Şairin yubileyi prezident İlham Əliyevin sərəncamına uyğun
olaraq, ölkəmizin
hər yerində təntənə ilə qeyd edilməkdədir. Biz də Aşıqlar Birliyi olaraq, bu əlamətdar hadisəni qeyd etməyə bilməzdik.
Vaqifin poeziyası
200-300 il əvvəl yaransa da, çox şeirində bu günkü Azərbaycanın
ovqatı hiss olunur. Onun şeirlərində bir tərəfdən Azərbaycanın
poetik xəritəsi, ikinci tərəfdən hadisələrə gerçəkçi
münasibəti görünür.
Təsadüfi deyil ki, Vaqif ədəbiyyatımızda
erkən realist ədəbiyyatın
yaradıcısı hesab
olunur. Onun şeirlərindən hiss olunur
ki, o, aşıq havalarını yaxşı
bilməklə bərabər,
özü də saz çalmağı bacarırmış. Vaqifin şeir
dili bizim gələcək nəsillərimizə
əmanət qoyacağımız
bir abidədir".
Gənc folklorşünas İlhamə
Qəsəbovanın apardığı
konsert proqramını
Əməkdar mədəniyyət
işçisi Gülarə
Azaflının rəhbərlik
etdiyi "Çeşmə"
Folklor qrupu "Ovşarı" havası
ilə açıb. Onların
ardınca aşıqlardan
Urfan Əli, Samirə Əliyeva, Əli Tapdıqoğlu,
Altay Məmmədli, Ulduz
Sönməz, Ədalət
Dəlidağlı, Nemət
Qasımlı, Ramin Qarayev, Əhliman Şirvanlı, Solmaz Kosayeva və başqaları çıxış
ediblər.
Gecə "Çeşmə" Folklor
qrupunun ifasında
"Müxəmməs" havası ilə yekunlaşıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-17 may.-S.2.