Xalça Muzeyində Laçının işğalının 25 illiyi yad edildi

 

Xalça Muzeyində Laçının işğalının 25 illiyi yad edildi<b style="color:red"></b>

Dünən Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə "Laçın, səndə nələr qaldı..." adlı tədbir keçirilib.

 

Laçının işğalının 25-ci ildönümünə həsr olunmuş tədbirdə Muzeyin rəhbərliyi, tanınmış ziyalılar, mədəniyyət xadimləri media nümayəndələri iştirak ediblər.

 

Laçın rayonu uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin xatirasi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışçılara söz verilib.Tarixi Abidələrin Mühafizəsi İctimai Birliyinin sədri Faiq İsmayılov Laçın rayonunun strateji tarixi əhəmiyyətindən, füsunkar təbiətindən söz açaraq bildirib ki, Laçın rayonunun qədim möhtəşəm tarixi abidələri əcdadlarımızın bizə yadigar qoyduğu əmanətlər idi. Biz bu əmanətlərə gec-tez yenidən sahib çıxacağıq.

 

Azərbaycan Xalça Muzeyinin Şuşa filialının rəhbəri Səbinə Əzizova keçirilən tədbirin məqsədindən əhəmiyyətindən danışıb: "Bu tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümunələrimizin öyrənilməsi qorunmasını aşılamaq, eyni zamanda qədim tarixi diyarımız olan Laçının işğal zamanı maddi mədəni abidələrimizə vurulan ziyan onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır".

 

S.Əzizova Prezident İlham Əliyevin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin, Qarabağ probleminin dünyaya çatdırılması uğrunda gördükləri mühüm işlərdən söz açaraq, Laçın rayonunun ümumilikdə Qarabağın düşmən tapdağından tezliklə azad olunacağına inandığını vurğulayıb.

 

Daha sonra Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Solmaz Məhərrəmova, Laçın rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva, Azərbaycan Texniki Universitetinin İctimai Fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov başqaları Laçının mədəniyyəti, incəsənəti, maarif elm xadimləri haqqında fikirlərini Laçınla bağlı xatirələrini bölüşüblər.

 

Tədbirin bədii hissəsində xanəndə Ehtiram Hüseynov, aşıq Təşəkkül Laçınlı, Samirə Abdullayevanın ifaları dinlənilib.

 

Sonda "Laçına virtual səyahət" adlı videoçarx nümayiş olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2017.-17 may.-S.2.