Maqsud İbrahimbəyovun xatirə
gecəsi keçirildi
Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.
APA-nın xəbərinə
görə, Azərbaycanın
birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.
Xatirə gecəsi yazıçının
sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başlayıb.
Azərbaycanın birinci vitse-prezidenti
xanım Mehriban Əliyeva, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, yazıçının dostu,
Rusiyanın TASS İnformasiya
Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və digərləri xatirə gecəsində çıxış
edib.
Xatirə gecəsində yazıçının
əsərlərindən parçalar
təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib.
Sonra Maqsud
İbrahimbəyovun həmkarlarının və yaxın
dostlarının müsahibələrinin yer
aldığı sənədli film nümayiş etdirilib.
Şahanə Müşfiq
525-ci qəzet.-2017.-18 may.-S.7.