İran səfirliyinin Mədəniyyət
Mərkəzinin sədri Milli Kitabxanada
Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri
Əsgər Farsi Milli Kitabxanada olub. Qonağı kitabxananın
direktoru, professor Kərim Tahirov qəbul edib.
Kitabxana
haqqında qısa məlumat verən K.Tahirov Azərbaycan ilə İran arasında uzun illərdən bəri davam edən sıx dostluq və qardaşlıq əlaqələrindən,
qarşılıqlı münasibətlərdən,
son illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsindən
danışıb. Azərbaycan
Milli Kitabxanası ilə İran Milli Kitabxanası və Arxivi arasında əlaqələrdən
danışan direktor
son illər bu əlaqələrin bir az zəiflədiyini
söyləyib. O, hər
iki kitabxana arasında mövcud əlaqələrin inkişaf
etdirilməsi, qarşılıqlı
əməkdaşlıq barədə
Memorandumun imzalanmasında
Mədəniyyət Mərkəzinin
xidmətlərinin olacağına
əmin olduğunu deyib. O bildirib ki, mərkəz ilə birgə qarşılıqlı tədbirlər
keçiriləcək, müvafiq
tədbirlərə dəvət
olunacaqlar.
Mərkəzinin sədri Azərbaycana
məsul vəzifəyə
3-cü dəfə təyin
olunmasından, 14 il əvvəl gördüyü
Bakının çox
dəyişdiyindən, Azərbaycanın
bu illər ərzində inkişaf edərək dünyanın
modern dövlətlər sırasına
daxil olmasından və hazırda Bakıda keçirilən
IV İslam Həmrəyliyi
Oyunlarından danışıb.
Azərbaycanda İran
Mədəniyyət günlərinin
uğurla keçdiyini
bildirən sədr Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə iyul ayında
İranın paytaxtı
Tehranda və İsfahanda Azərbaycan Mədəniyyət günlərinin
keçiriləcəyini, İran
Milli Kitabxanası və Arxivində miniatür kitab sərgisinin açılacağını
söyləyib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), və “Azərbaycan. Fotoalbom” (ingilis dilində) kitabları hədiyyə verilib.
525-ci qəzet.-2017.-18 may.-S.7.