Mehmet Nuri Parmaksızdan
3 esse
Mehmet Nuri PARMAKSIZ
Türkiyəli şair, İLESAM-ın başqanı
Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və
süküt” kitabı “aybkitab” layihəsi üzrə nəşr
olunub.
Kitabı Türkiyə türkcəsindən Azərbaycan
dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru
şair Ələmdar Cabbarlıdır.
Kitabda yer
alan esselərdən nümunələri
oxucularımıza təqdim edirik.
HƏR
ŞEY BİR BAŞQA BU GECƏ...
Mənim gecəyə və günə salamım
şükürdür.
Hər
şey bir başqa bu gecə...
Hər
şey bir başqa...
İçimdəki xoşbəxtlik təvəkkül gəmisinə
minib; şükür yağışları altında
islana-islana dünya dənizindən üqba dəryasına
“çox şükür” nidaları altında kürək
çəkir bu gecə.
Dilimdən düşməyən “əlhəmdülillah
Ya Rəbbim, əlhəmdülillah” Zikri; ürəyimi
sözlə ifadəsi mümkün olmayan bir dinclik ilə
doldurur.
Göz yaşlarım sel olmaq istəyir bu dincliklə və
şükrə dair hər şeyi yumaq istəyirəm o
göz yaşları ilə.
Xoşbəxtlik və huzurdan ağlamanın gözəlliyinə
eşqlə çatdım mən.
Bu gecə göz yaşı tökmədim, lakin
ağlamaq üçün illa göz yaşı tökməyə
ehtiyac varmı ki?
Dedim ha, hər
şey bir başqa bu gecə.
Hər
şey bir başqa...
Ulduzlar niyə parlaqdır gecələr, heç
düşündünüzmü? Günəş niyə
doğular hər səhər?
Mənim ulduzum eşqə dair içimdəki ümid; mənim
gecəyə və günə salamım şükür.
Rəbbimin yaratdığı quşlar, çiçəklər,
böcəklər, günəş, ay, xoşbəxtlik, əmin-amanlıq,
hər cür duyğu və istisnasız hər şey hər
saniyə Onu zikr edir, Onu xatırlayır.
Bu halı ancaq çox aşiq olanlar anlarmış və
bu zikri ancaq “Yaradılmış olanı Yaradandan ötəri”
sevənlər duya bilirmiş.
Duyur və dərk edirəm sadəcə, çünki
Rəbbimə və eşqə məndə olan könlüm
o qədər çox aşiq və eşqlə elə həmdəm
oldu ki.
Çox şükür, eşqlə abad oldum; çox
şükür ki, eşqlə və şükürlə nəfəs
alıram.
Günəş isidir dünyanı və sevda
könül gözümü açır eşqlə.
Mütləq sona doğru həyat axır hər nəfəslə;
bunu hər keçən gün daha çox dərk edir və
bu həqiqətə iman etməyi; şükürlə
coşmağı da çox sevirəm.
Hər kəsin dünyaya gəldiyi bir gün vardır;
mənim də var, lakin mənim iki doğum günüm var həyatda.
Biri gözlərimi həsrətin ürəyi dünyaya
açdığım gün; digəri könül
gülüstanıma eşqin hər şeyiylə təşrif
buyurduğum gün.
Xoşbəxt və huzurluyam əbədi eşqi tapmaqla. Sonsuz xoşbəxtliyin
ilk qapısı məhşər yolunda eşqlə əl-ələ,
könül-könülə getmək və o gün Rəbbimin
hüzuruna razılığı ilə çıxa bilmək
mənim gerçəyim.
Eşqə qarşı necə susdura bilir ki, insan
könlünü? Necə ölmərəm eşqə;
öldükcə yenidən necə dirilməyəm təkrar-təkrar
ölmək üçün.
Necə ölməzlər ki, gerçək eşq və
sevgili üçün. Sevda mənim hər şeyim; mən onsuz
bir heçəm. O mənim varım;
varlığımın səbəbi, həyatda sevincim.
Mən cənnəti daddım eşqin gözlərində. Əridim,
bitdim, buxarlandım, lakin yenə yağış olub
yağdım eşqin çölünə.
Elə bir həyat tapdı ki, çöllər mənimlə
gülüstan qısqanır ordakı
canlılığı, yaşılı, həyatı.
Öldükcə öldüm eşqlə keçən
gecələrdə. Bitdim, tükəndim, yandım, amma
küllərimdən doğuldum təkrar ölmək
üçün.
Eşqə yüklədiyim sifətlər, ya da verdiyim
adlar əslində izahın kifayətsizliyidir.
Nə qədər izah etsəm də, yetmərəm ki,
gecələri yaşadığımı izah etməyə,
ancaq təqib edə bilərəm ürəyimdə olan
eşqi.
Dedim ha, hər
şey bir başqa bu gecə.
Hər
şey bir başqa...
Məndə nə varsa nəfəs, şükür, təslimiyyət
və cümlə varım həmişə eşqə.
Göz
yaşı rahatlama gecə ipək bir məndil,
Hər şey Uca Xudanı anladan lisanı-dil.
Ahlar-vahlar
ürəkdən çıxan böyük bir yanğın,
Arzum sonsuz olandır, sonlu olan heç deyil.
GÖYƏRÇİN
QANADI...
Dünya
içində həsrəti və acını
sığdıran bir diyar...
Mən sənə deyil, özümə
qırıldım, yar.
Yenə eşqə serenada qoşmağım var; yenə
kövrək ürəyim indilərdə; yenə
ağlım əsrlərdə. Xəyallarım məhşərə
dair, dünyalıq deyil; dünyalıq nə qaldı ki məndə?
Eşqi gözləyə-gözləyə imtina etdim həvəslərdən;
susa-susa sükuta gərdim həyatımı və gözləyirəm
ölümü, qədərimi təvəkküllə.
Göyərçin qanadı kimi narın içim;
kövrək, küskün amma həmişə təbəssümə
meyilli. Qədərə təsliməm mən, sonsuzluq
arzusuyla.
İçimdəki çağlayanlar sənə
axır; bəzən boşamı axır zaman - deyə
düşünməz deyiləm. Üsyana düşməkdən
qorxuram, yar, amma həmişə sənin uçurumunun kənarında
ürəyim mütəmadi olaraq titrəyir axı.
Necə ki, gəmilər yaşlanınca bir limana çəkilir
və parçalara ayrılacağı günü gözləyirsə;
mən də dünyada eşq və təslimiyyətlə
çəkiləcəyim limanı gözləyirəm eləcə.
Dünya-
içində həsrəti və ağrını saxlayan bir
diyar...
Sonlu bir kor, görmür məndəki eşqi və hərarəti. Yanardağlar
məndən alır istiliyini və gəmilər sevda dənizində
mənim əsməyimi gözləyirlər səbirsizliklə.
Bilmirlər məni, yar; bilmirlər. Kimsə bilmir
məni. İçimdə qopur
fırtınalar; içim sənlə və Rəbbimlə
dolu. Həmişə şükürdəyəm,
lakin məndə də bir nəfs var axı.
Bir gün, bir gün deyirəm; məhz o bir gün
üçün yaşayıram. Əllərim
ayrılığı qucaqlayır üşüyərək;
ürəyim titrəyir səni qıraram deyə; üzərinə
titrəyirəm, yar; çabalamayasan, həmişə dinc və
xoşbəxt olasan deyə.
Dünyadakı qədərə təsliməm mən,
amma məhşərdə sərhədsizi; sonsuzu yaşama
şövqümü böyüdürəm içimdə
gizli-gizli.
Xəyallarımın atəşində
qızınır sənə aid ürəyim. İçimdə
sənə aid saxladıqlarımı almayacaq dünya
artıq; vaz keçmək istəsəm də həyatdan,
gülüşünlə bağlanıram təkrar-təkrar
həyata. Sevirəm mən səni, yar; Rəbbimdən
sonra ən çox. Çoxdan da,
çoxlardan da çox.
Bu gecə yenə ağlamağım var.
Qırıldı içimdəki xəyallar və
sükutu ciyərlərinə çəkdi düşüncələrim,
amma mən sənə deyil; özümə
qırıldım, yar. Yalnız özümə.
Yanmadıq
yerim yox ki göyə sovrulsun külüm,
Özləmi dayanılmaz çox bəklətməsin
ölüm.
Onla olsun
hər şeyim; ona bəxş etdim ömrü...
Bağlandıqca bağlandım gözlərim
düyüm-düyüm.
DƏNİZDƏ
DALĞA, KÖNLÜMDƏ FIRTINA VAR
Dalğalanan
bir bayraq kimidir könlüm eşq qarşısında...
Dənizləri və ümmanları bəsləyən
fırtına könlümdən uzaq olandır; Mövladan və
eşqdən qeyri dünyaya aid hər şey yalandır.
Ömür sahilimizə vuran hər dalğa, əslində
həyatın boşluğunu qışqırar bizlərə.
Bizsə gərəksiz şeylərə ilişib gedərik;
aldanırıq dünya kimi itəcək izlərə. Sevda, müvəqqəti
deyilsə eşqdir; eşq hər hücrəmizə hakimsə
gözəl.
Ağlımı, könlümü, ruhumu və mənliyimi
itirdim eşq dəryasında. Aşiq oldum gözləri,
gülüşü və üzü dənizdən daha dərin
olana.
Eşqin dalğaları alıb apardı məni həm
xoşbəxtliyi, həm fırtınası bol bir limana.
Tərif etməyə qalxsam tərifsiz; sözlərə
və xallara tökməyə qalxsam, kifayətsiz bir diyar bu aləm.
İşıq burada başqa bir ziya, qoxu burada başqa
bir rayihə.
Vəssalam, bura daha əvvəl görmədiyim,
bilmədiyim və yaşamadığım bir dünya.
Dalğalanan
bir bayraq kimi könlüm eşq qarşısında...
Yetər ki, küləyi əssin yarın qoxusunu duyum;
yetər ki yarla sərxoş olum. Bir xəbər gəlsə
yardan bir titrəmə alır məni, mən ölürəm
həyəcandan. Elə çox sevirəm ki...
Bəzən çaşıram könlümün
böyüklüyünə, müqavimətinə. Necə
dözürəm, görəsən, mən bu həsrətə
deyə gecələr boyu soruşuram özümə?
Çözə bilmədim mən bu halı, amma bilirəm
gücüm də, səbrim də, eşqə aşiqliyim də
ərşi-əladan, Mövladan.
Dənizlərdəki dalğalar könlümdəki
fırtına ilə müqayisədə çox kiçik. Mənim
içimdə yaşadığım böyükdən də
böyük. Mövladandır deyə-deyə
mən bu fırtınalara da aşiq oldum; buna görə hər
nəfəsdə könlümdə şükürlə
doldum.
Hər şey Ondan deyilmi; tale bizim əlimizdə deyil ki?
Lütfünlə böyüksən, Rəbbim. Heç bir
şeyə sığmayacaq olsan da, ətrafda yumruq qədər
zənn edilən bir ürəyin içinə sığaram
deyərkən, görünəndən görünməyənə
verdiyin məna ilə böyüksən.
Könlümün sahibi sənsən deyə; sən
könlümdəsən deyə sevdalandım eşqə. Səninlə,
sevdanla, eşqlə dolu qəlbim, səninlə aşiq oldum
eşqə.
Lap elə
fırtınalar dinməsin; Lap elə zalım həsrətin
küləkləri kəsilməsin. Könlümdə
eşq var mənim. Fırtınam sevdaya,
eşqə dair mənim.
Yetər demək eşqə və qədərə xəyanətdir. Həmişə
dahası, çoxu olan eşqi istəmək və bunu
arzulayan könülə sahib olmaqdır əsl qiymət.
Səbəbsiz deyil ki, heç bir şey bu həyatda. Ağlımız
hara qədər çatar ki bizim?
Ən gözəli qədərə təslim olmaq, həsrət
vurunca, eşq məcbur edincə dualara sarılmaq. Fırtınaymış,
dünyaymış, həsrətmiş... Hamısını
var edən var, onları yaradan dindirmək istərsə,
qarşı qoya bilməz ki sahibinə var olan.
Rəbbimdən diləyim sevdam sonsuza çatsın. Mövlanın
lütfü ilə könlüm dəryaları,
ümmanları və fani olan dünya daxil hər şeyi
aşsın.
Bir dərə
aşiq oldu masmavi bir ümmana,
Hər yol yara çıkıyor nədir bundakı məna?
Pətəklərim bal dolu; göz-göz oldu ciyərim
Sənsən
mənim sahibim; qurban oluram sana...
525-ci qəzet.-2017.-20
may.-S.23.