Zahid Xəlil poeziyası: obrazlı dilin zənginliyi

 

 (Əvvəli ötən sayımızda)

 

Poeziyada çox işlənən mübaliğələrin Z.Xəlilin əsərlərində sənətkarlıqla yaradılmış silsiləsini görürük. Şairin yaratdığı mübaliğələr onun poeziyasına bədii gözəllik təravət gətirmişdir.

 

Müvəffəqiyyətli bədii ifadə vasitələrindən olan təzaddan Z.Xəlil şeirlərində sözün təsir gücünü artırmaq üçün uğurla istifadə etmişdir. Sənətkar hər iki növündən həm zidd fikirlər, həm antonimlər vasitəsilə yaranan təzadlardan yerli-yerində bəhrələnə bilmişdir:

 

Mayak suyun üstündə

Yanıb-sönür bayaqdan.

Elə bil gəmilərə

O, göz vurur uzaqdan.

 

Təbii olaraq iki qütbə ayrılan dialekt vəhdət təşkil edən varlığın, onun hadisə, hərəkət, əşya anlayışların ziddiyyətini, xeyrini şərini, müsbətini mənfisini, yaxşısını pisini uşaqlara başa salmaqda bədii təzad  əlverişli əbədi ifadə üsullarından biridir:

 

Yuva var ki, dayazdı,

Ozan papağı kimi.

Yuva  var ki, dərindi,

Çoban papağı kimi.

 

Məlumdur ki, antonimlər əks mənalı sözlərdir. Bədii ədəbiyyatda antonimlərdən çox zaman təzad yaratmaq vasitəsi kimi istifadə olunur:

 

Yükü ton-ton götürdü

Körpüsalan ustalar

Gecə-gündüz o ki var

İşlədilər, durdular.

 

Göründüyü kimi, sənətkarın antonimlərlə yaratdığı təzadlarda da zidd sözlər özünün leksik-semantik funksiyasını tutarlı şəkildə ifadə edir:

 

Məktəb cığırlarında

Neçə mirvari inci.

Yerə-göyə sığmayır

Bu gün onun sevinci.

 

lll

 

Dağlara çıxır,

Dərəyə enir,

Şəffaf su kimi.

 

Şair antiteza yaradarkən həm mənaca zidd fikirlərin, həm antonim qarşılaşdırılmasından istifadə edir. Belə təzadlar həm həyat onun əks tərəfləri, əşya hadisələr arasındakı əskikliklər barədə uşaqlarda müəyyən təsəvvür, məlumat yaradır, həm onların söz ehtiyatını artırır:

 

Yollar izlər tutuldu

günümüz qaraldı.

 

lll

 

Çəmənlərə, çöllərə

Şölə salar bu böcək.

Yanırsa yaşayır o

Sönübsə ölüb demək.

 

Sözün təsir gücünü qat-qat artıran, ona emosionallıq, ifadəlilik, bədii kəsər verən bədii sualdan istər klassik, istərsə müasir poeziyamızda gen bol istifadə olunmuşdur.  Poetik ifadə vasitəsi kimi bədii sualların da Z.Xəlilin yaradıcılığında müəyyən rolu vardır. Doğrudur ki, bir ifadə üsulu kimi sənətkarın uşaq əsərlərində işlək mütəhərrik olmasa da, bəzi məqamlarda əlverişli, sorğu, intonasiya, hətta heyrət aktı kimi iştirak edir. Mətnin ya mətndaxili mətləbin sual pafosunu, sirayətedici semantikasını gurlaşdırır.

 

Boranı şeirində sənətkar boranını uşaqlara tanıtdırmaq üçün bədii suallardan istifadə edir ki, bu da şeirin ahənginə ritminə bir gözəllik gətirir:

 

Niyə belə şişmisən,

Elə bil ki, tabaksan?!

De görək, boranısan,

Yoxsa ki, balqabaqsan?!

 

"Məktəb yolları" şeirində isə şair bədii sualın köməyi ilə məktəbə gedən yolları bizim qarşımızda açılan ana qollarına bənzədir:

 

Dünyada əziz var,

Məktəb yolları kimi?!

Açılır qarşımızda

Ana qolları kimi.

 

Sənətkar başqa bir şeirində isə bədii sualdan istifadə edərək şeirin heyrət aktını gücləndirir.

 

Vay dədəm vay, nənəm vay

Bu boyda yalan olar?!

 

Nidalar həm təsir dərəcəsinin yüksəkliyinə, həm mənaca qeyri-müəyyən olduğuna görə şeirdə, təbii ki daha tez nəzərə çarpır. Uşaq dünyasının zəngin hisslərini, uşağın obyektiv aləmdən aldığı müxtəlif təəssüratı, onun daxili həyəcanlarını ifadə etmək üçün nidalarından yerli-yerində istifadə etmək şairin sənətkarlıq məharətidir:

 

Bir yamanca hirsləndi

Birdən dindi, dindi:

- Sən lap yumrubaşsan,

İki xırdaca daşsan!

Səkkizlə bir dalaşdı

Eh, bir qaçdı, qaçdı!

 

lll

 

Gecə qaçdı

Necə qaçdı!

Bulud qaçdı

Duman qaçdı

Yaman qaçdı!

 

Z.Xəlilin uşaq şeirlərində nidalar çağırış-müraciət, şadlıq, təəccüb, heyrət, peşmançılıq, kinayə başqa bu kimi hissləri əks etdirir.

 

- Niyə xırdasan belə,

Ay dələ?!

 

lll

 

Tapmışam, mən tapmışam

Qırmızırəng muncuğu!

Qaraxallı muncuğu

O yeddirəng muncuğu!

 

Bəzən şeirlərin təsir gücünü artırmaq üçün sənətkar şeirlərində, "ay", "ey", "ay aman", "aha" s. nidalarından istifadə edir:

 

Göbələk göbələk

Ay ağappaq göbələk!

Aha, aha, bir baxın,

Yarpağını görmüşəm!

 

lll

 

Dayandılar yanaşı

Sıraları düz oldu

İşə baxın ay aman

Onlar çönüb yüz oldu!

 

Z.Xəlil şeirlərində sözün təsir gücünü artırmaq üçün uşaq təfəkkürünə, bədii qavrama imkanlarına uyğun olan təkrirlərdən istifadə edir. Eyni sözlərin söz birləşmələrinin təkrarı vasitəsilə yaranan təkrirlər sözə emosional bir çalar verir:

 

Ulduz var, düymə-düymə

Ulduz var damla-damla.

Göz qırpıb söhbət edir

Bu ulduzlar adamla.

 

Şair isimlərin fellərin ritmik təkrarından daha çox istifadə edir. Həm bu zaman isimlərin ritmik təkrarı daha çox təhrik ifadə edirsə, fellərin təkrarı şeirdə bir təkid, surət anlayışını ifadə edir.

 

Adiləyə hədiyyə

Verdilər bir gil pişik

Gil pişik,

Çil-çil pişik...

...A gil pişik, gil pişik,

Gəl oynayaq gəl, pişik

Sakit otur yerində

İşlərini bilmişik.

 

Misralar bir-birini əvəz etdikcə bir-birinə qaynayıb-qovuşan təkrirlər şeirin təsir gücünü daha da qabardır:

 

Necə dəcəlsən, necə

Ay Vüqar.

Anam gələr indicə

Ay Vüqar

Dibçəkdəki çiçəkdir,

Ay Vüqar.

Gör onlar qəşəngdir,

Ay  Vüqar.

Mənə qulaq as bir az,

Ay Vüqar

Gülləri üzmək olmaz,

Ay Vüqar.

 

Şeirin təsir gücünü artırmaq üçün şair "Ay Vüqar" ifadəsinin təkrarından istifadə etmişdir.

Şair bəzən əsərin dilinə, üslubuna emosinallıq gətirmək, müəllifin poetik məramını daha da qabartmaq üçün misraların əvvəlində təkrarlanan sözdən, yəni anaforadan istifadə edir:

 

Hər not bir quş lələyi,

Hər not bir quş gözüdü.

Not nəğmənin şəklidi,

Not nəğmənin özüdü.

 

lll

 

Qar yağıb çiçək-çiçək,

Qar yağıb lopa-lopa.

Qar geyinmiş ləpələr

Bənzəyir bir topa.

 

Bədii nitqi qüvvətləndirmək məqsədilə şeir misralarının axırında gələn söz ifadələrin təkrarı epifora adlanır. Zahid Xəlil poeziyasında təkririn bu növü üstün mövqedədir.

 

Bir azdan söndü onun

Alovlanan gözləri.

Nəfəsi kəsildi,

Lap səsi kəsildi.

 

lll

 

Onun incə üzündə

Şeh çiçəyə oxşayır.

Ləçək şehə oxşayır,

Şeh ləçəyə oxşayır.

 

Bəzən şair bənd daxilində bir ifadədən ustalıqla həm anafora, həm epifora kimi istifadə edərək onu bədii ideyanın təsir gücünü artıran vasitələrdən birinə çevirir:

 

Yun geyinir incə bala,

Yun geyinir qönçə bala.

Paşa bala yun geyinir,

Şoşu bala yun geyinir.

 

Burada "yun geyinir" ifadəsi şeirə təbii rəng qatır, onun poetik dəyərini olduqca qüvvətləndirir, balaca oxucuda yüksək bədii zövq formalaşdırır.

 

Z.Xəlilin şeirlərində ritmik təqlidi təkrarlara da rast gəlirik. Bu zaman eyni təqlidi sözün müxtəlif miqdarda təkrarı müxtəlif "notun" yaranmasına səbəb olur. Bu poetik əməliyyat leksik-qrammatik səciyyə daşısa da, uşağın təqlidçi coşğun təbiətinə xoş gəlir. Xüsusilə təqlidi sözlərin ahəngi ilə yaranan ritm uşaqlara daha maraqlı gəlir:

 

Şaqq-şuqq

Xırt-xurt...

Yol gedir

Araba.

Köhnəlib

Çarxları

Keçəndə

Arxları

-Cırr-cırr.

Elə bil

Söylənir,

Darıxır.

 

Z.Xəlilin sənətkar bacarığı burada da özünü göstərmişdir. O, kiçik yaşlı uşaqların psixologiyasını nəzərə alaraq şeirdə ritm ahəngə, oynaqlığa, misraların qısalığına da fikir vermişdir.

 

"Qatar" şeirində şair "taraq, taraq, taq, taraq" ifadəsini işlədir ki, bu da qatarın çıxardığı səsin təqlidi ifadəsidir.

 

Qatara bax, qatara

Taraq, taraq, taq, taraq.

Görəsən gedir hara

Taraq, taraq, taq, taraq?

Göy meşələr keçəcək

Taraq, taraq, taq, taraq.

Neçə şəhər keçəcək

Taraq, taraq, taq, taraq.

 

Həcmcə çox da böyük olmayan şeir 18 vaqonu olan qatara baxıb onun hara getməsi ilə maraqlanan uşağın dilindən söylənilmişdir. Şeirin ümumi məzmunu sadə bir həqiqət üzərində qurulmuşdur. Təqlidi ifadələrin uşağın dilindən söylənilməsi məzmuna xoş bir ovqatda təzahür edir. Şeirin yüngül, oynaq şəkildə yazılması isə şeiri oxunaqlı edir.

 

525-ci qəzet  2017.- 24 may .- S.6.