II Beynəlxalq "Türk
dünyasının ortaq dili
- naxışlar" simpoziumu
Dünən Azərbaycan Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu işə başlayıb.
Martın
24-dək davam edəcək
simpozium Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi
və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının
Azərbaycandakı Səfirliyi,
TÜRKPA (Türkdilli Ölkələrin
Parlament Assambleyası),
Türkiyə Respublikasının
Azərbaycandakı Mədəniyyət
və Tanıtma müşavirliyi, "Z Company 2007",
ATİB (Azərbayan Türkiyə
İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi
ilə təşkil olunur.
Simpoziumda
Azərbaycan, Gürcüstan,
İran, İtaliya, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Rusiya,
Serbiya, Türkiyə,
Türkmənistan və
Ukraynadan aparıcı
tədqiqatçılar, kolleksiyaçılar,
xalçaçı rəssamlar
və bu sahə üzrə digər mütəxəssislər
iştirak edirlər.
Simpoziumun keçirilməsində məqsəd
türk xalqlarının
ortaq mirası olan xalça naxışlarının araşdırılması
sahəsində aparılan
tədqiqat işlərini
daha da zənginləşdirmək,
xalqımızın öz
milli-mədəni dəyərlərinə
olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.
Simpoziumun mövzusu istənilən tarixi dövrləri - bizim eradan əvvəl,
İslam və digər tarixi dövrlərdən başlayaraq
bu günümüzədək
olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda türkdilli xalqların ortaq dili olan ornamentlərin
semantikası və onların ümumi kökləri; türkdilli
xalqların ortaq xalça mədəniyyətində
yer alan naxışlarla bağlı
terminlər və bu sahədə yaşanan problemlər; xalça sənətində
istifadə edilən naxışların digər
sənət növləri
ilə əlaqəsi,
qarşılıqlı təsiri
və onların zənginləşdirməsi; naxışın
xüsusi bədii dili;müasir dünya incəsənətindən naxışların
əhəmiyyəti və
digər mövzularda məruzələr oxunacaq,
müzakirələr və
fikir mübadiləsi aparılacaq.
Naxışların tipoloji təsnifatındakı,
özəllikləri, coğrafi
ərazi baxımından
yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə
çalışan elm adamlarının
məruzələri kitab
şəklində nəşr
ediləcək, kitabxanalara
və iştirakçılara
paylanılacaq.
Qeyd edək
ki, II Beynəlxalq
"Türk dünyasının
ortaq dili - naxışlar" simpoziumu
çərçivəsində D. Kara Çobanadına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi keçirilir. Sərgidə qaqauz türklərinin
böyük zövqlə
hazırladıqları xalça,
tikmə, milli geyim və digər
dekorativ-tətbiqi sənət
nümunələri nümayiş
olunur.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-23 may.-S.6.