Bülbül olub
bağçasında ötərdim...
Teymur BÜNYADOV
Vətən mənə oğul
desə, nə dərdim,
Mamır olub qayasında
bitərdim...
Məmməd Araz
Xalq şairi
Gecədən xeyli keçmiş yuxum ərşə çəkilmişdi. Halı pərişandım, bərk dumanlanmış, tüstülənmişdim. Yazıqlaşmış, yetimləşmişdim. Dolub, doluxsunmaq məqamındaydım.
Bir əvvəl ayla ulduzları söhbətə
tutmaq istədim, alınmadı. Məndən küsmüş kimi yoxa çıxdılar.
Göyün üzünə zülmət
çökdü. Daha da pərişanlandım. Neyləyim, necə
eləyim intizarında
qaldım.
Nagahan
dost mehribanım Məmməd
Arazın hikmətli misraları qəlbimə
hakim kəsildi. Heyranlıqla bir neçə dəfə təkrarladım.
Hardasa bir az ürəyimin
döyüntüsü azaldı,
təskinlik tapdım.
Qəfildən bənzətmələrim, oxşamalarım sinəmdən
qopdu. Muncuqlandı, misralandı, sıralandı.
Torpaq mənə gəl-gəl desə, nə dərdim,
Çinar olub sinəsində bitərdim.
Dağlar
məni haraylasa, nə dərdim,
Qanad açar
səcdəsinə gedərdim.
Araz çayı dayansaydı,
nə dərdim,
Ayaqyalın Təbrizəcən gedərdim.
Dəli
Kürüm sakitləşsə,
nə dərdim,
Öpüb, qucub sularında üzərdim.
Elim mənə mərdim desə, nə dərdim,
El yolunda canı
qurban verərdim.
Çeşmə görsəm nə
məlalım, nə dərdim,
Diz çökərdim,
lap gözündən içərdim.
Anam mənə layla desə, nə dərdim,
Səcdə qılıb, saçlarından
öpərdim.
Samirəyə yol alsaydım, nə dərdim,
Qollarımı Babəkimə verərdim.
Çənlibelə vara bilsəm, nə dərdim,
Koroğlunun mən başına dönərdim.
Dəliləri dilə tutsam, nə dərdim,
Koroğlunun Qıratını minərdim.
Müdriklərdən dərs alsaydım, nə dərdim,
Əyri yoldan doğru yola dönərdim.
Mən Gəncəyə getsəydim,
nə dərdim,
Nizamini ziyarətə
gedərdim.
Füzulini quca bilsəm, nə dərdim,
Kərbəladan düz Bakıya gələrdim.
Səhra
mənə qucaq açsa, nə dərdim,
Məcnun olub öz Leylimi
gəzərdim.
Ələsgərdən söz söyləsəm, nə dərdim,
Saz sinəmdə
hey elləri gəzərdim.
Heydər
baba, ünüm çatsa, nə dərdim,
Şəhriyara min-min rəhmət dilərdim.
Yarım
mənə yarım desə, nə dərdim,
Bülbül olub bağçasında ötərdim.
Göylər məni ağlasaydı,
nə dərdim,
Köçüb bir gün bu
dünyadan gedərdim.
Dan yeri sökülər-sökülməz,
günəş dağın
arxasından haləsini
göstərər-göstərməz, ulduzlar sönər-sönməz,
Ay yoxa çıxar-çıxmaz
qələmim dayandı. Rahatlandım, dünyamı tapmış
kimi oldum.
Əziz
oxucular! Kəlamlarımın biri, parası
qəlbinizə yol tapsa sevinər, xoşlanar, minnətdar olaram.
Təəssüflənib məyus olsanız, ixtiyar yaşıma bağışlayın. Keçin günahımdan. Yaxşımı?!
525-ci qəzet.-2017.-23 may.-S.7.