İlahidən gələn cavab
KÖVSƏR
YAŞILDAŞ: "TAM BİR EŞQ
İÇİNDƏSƏNSƏ, DEMƏK SUALIN YOXDUR"
Türkiyəli mistik yazar Kövsər Yaşıldaşla Ayişə Nəbinin söhbəti
Türkiyəli yazar Kövsər Yaşıldaş
mistisizmi, ezoterizmi, ilahi eşqi tərənnüm edən əsərlərin
müəllifidir.
Onun maraqla qarşılanan kitabları əsrlərdən
bəri nəsildən-nəsilə ötürülən əbədi
bir missiyanı davam etdirərək, bugünün Kvant
fizikasının köməyi ilə qədim gizli elmi, ilahi
sirləri açıqlayır.
Kövsər
Yaşıldaş 1971-ci il mayın 12-də
İzmirdə doğulub. 28 il özəl
sektorda Qrafik tasarım və rəng ayırma işində
çalışıb. Ən son Uluslararası Flekso Tesisləri
Basqı Ambalaj sektorunda idarəetmə vəzifəsini yerinə
yetirib və
elə oradan da təqaüdə çıxıb. "İndiqo" dərgisində yazıları
yayımlanır, müxtəlif qəzetlərə köşə
yazıları yazır.
2010-cu ildən kitab
yazır. Əsərləri elmi-kütləvi, təsəvvüf
ədəbiyyatı, fantastik hekayə, türk romanı və
uşaq-gənclər üçün hekayə kitabları
kateqoriyasına daxildir.
- Kövsər
xanım, kitablarınızda gizli bir öyrətidən (elm-təlimdən)
bəhs olunur. Bu gizli öyrəti nədir?
- Gizli
öyrətilərin kökü on minlərlə il öncəyə gedən bir bilgi alma və
bilgi ötürmə sisteminə bağlıdır. Bu sistem sufizmin önəmli təməl
daşlarından biridir. Ariflər sufizmin
içində, özünəməxsus bir üslubla,
Batıni öyrətinin (gizli öyrətilər) sirlərinin
nəsildən-nəslə ötürülməsi kimi önəmli
bir missiya həyata keçiriblər. Gizli
öyrətilərdə, sirlərin, demək olar, heç
biri açıq şəkildə bəyan olunmayıb, amma bu
bilgilər incə şəkildə sözlərin içinə
gizlədilib. Bu sözlərlə
qarşılaşanlar çox vaxt böyük
çaşqınlıq içində qalırlar. O
sözləri anlamağa çalışanlar o sözlərin
içində gizlənən əsl mətləblərlə
üz-üzə gəliblər. O mətləbləri
anlamağa cəhd
etməyənlər neçə-neçə arifi
dindən kənar olmaqda, dindən çıxmaqda
günahlandırıblar.
Gizli öyrətiləri anlaya bilmək üçün
əvvəlcə onun bir çox sahələrini öyrənmək
gərəkdir. Ariflərin tək bir sözündə
belə üstüörtülü şəkildə çox
dərin batıni sirlər verilib. Tək
bir sözün içində dinlərlə bağlı
çox önəmli bilgilər gizlənir. Gizli öyrətilərə aid sözlərin dərinliklərinə
enməklə, dinlərin, əslində nə olduğunu
indikindən çox fərqli bir şəkildə anlamaq olar.
Bu gün dinlər hələ də kütləyə
batıni yönləriylə deyil, zahiri
görüntüsü ilə öyrədilməkdə davam
edir. Məlumatı olmayan insanlar bu sözlərin
anlamını qavraya bilməzlər. Bu
cümlələrin anlamını ancaq açıq
şüurlu insan anlaya və uyğun şəkildə başqasına
ötürə bilər. Bu elmlər xalqa
simvollaşdırılaraq və üstü qapalı
anladılır. Bax, bu üstü qapalı və
simvollaşdırılaraq ötürülən bilgilər
gizli öyrətilər adlanır.
- Bu
öyrətini, gizli elmi necə mənimsəyə bildiniz?
- Gizli elm
aramaqla bulunmaz, istəməklə əldə edilməz,
kitablardan öyrənilə bilməz. Kitablar
gizli öyrətilər haqqında yalnız səthi bilgilər
verə, oxuyanlara bir yol və ya bir işarət göstərə
bilir. Gizli elmləri idrak etməsi,
qavraması üçün insanın haqq edişi və
üstün qabiliyyəti olması çox önəmlidir.
Bu, "haqq ediş", "haqq etmək" ilə
bağlı deyil. Bunlar fərqli anlamdadır. Haqq ediş ilahi bir qanundır, insanın həyatlar,
dövrlər boyu əldə etdiyi sonsuz təcrübələrin
öz-qavram (əsas anlayış) halına gəlməsi və
bu özü - mahiyyəti yaşamına tətbiq etməsidir.
Gizli elimlər, sadəcə kitabi bir bilgi deyil,
haqq ediş və ləyaqət içində olan insanın
yaşam şəklidir. İnsanın bu
haqqediş ilə həyatının hansı zaman kəsimində
qarşılaşacağı, bunu yaşam tərzinə
çevirəcəyi bilinməz. Buna
görə də "aramaq", "gözləmək",
"arayış" daim davam edəcək.
Mən gizli elmi nə əldə etdim, nə də
öyrəndim. Mən kitabları yazmıram, bunlar mənim
bu həyatımda, bu həyatımın bu zaman kəsimində,
haqqediş içində olduğum, ləyaqətinə
vardığım bir durumdur. Mən bu
durumu yazıya alıram və yazıları kitablaşdırıram.
- "Nə günəş aya yetişər, nə gecə
gündüzü ötə bilər" (Yasin surəsi,
40-cı ayə). Gerçəkdən də ilahi sirr nə
əl çatmayacaq qədər gizli, nə də hər kəsin
əlinin çatacağı qədər aşkardır.
Sizin kitablarınızda bu İlahi Sirrin əsintilərini
görməkdəyik. Sizə Sirri açıqlayın
deyə bilmərəm, amma onu bir az anlada
bilərsinizmi?
-
Kitablarda yazdığım hər sətir dərin hissiyatımın, iç dünyamın, fərqli
ölçülərdəki yolçuluqlarımın məhsuludur.
Bəhs etdiyim hər vəli özünün sonsuz
qaynağından bir işıq şüası kimi axaraq dərin
iç dünyamı doldurub. Bu simvolik bilgiləri
bir röyalar kanalı, ilham kanalı ilə, başa
düşüləcək şəklə salıb
kitablaşdırmışam. Mən təsəvvüf
bilgiləri bazası olmayan insanam. Peşəm
qrafika sənətidir, elmi düşünən, hər
şeyə elmi yanaşan düşüncə tərzim var.
Lakin ilham gəldiyi zaman o dünyasal Kövsərdən əsər-əlamət
qalmır, başqa bir Kövsər ortaya çıxır.
Bəhs etdiyim
hər vəlinin hər birinin ayrı səsi, ayrı qoxusu,
ayrı üslubu, ayrı tərzi var. Mən hər bir
hissedişi olduğu kimi kitablara ötürürəm.
- Allah
batinində zahirdir deyilib, bizə şah damarımızdan daha
yaxın olan Allahı göylərdə aramaqla nələri
tapır, nələri itiririk?
- Allah
müqəddəs Quranda "həm Batinəm, həm Zahirəm"
demiş olsa da, heç kim bu ayətə
fikir vermir, əslində. İnsan ağlı,
Allahın, sadəcə batin (görünməyən)
yönünü araşdırıb, göy üzündə
bir yerə layiq görür və orada qalması
üçün də ardıcıl olaraq buna uyğun
qanunauyğunluqlar tapmağa çalışır. Çünki bu, əldə etmənin ən asan
yoludur. Allah göy üzündədir və
insanlar bu baxımdan rahatdırlar. Necə
olsa da O, göy üzündən insanların etdiklərini
görə bilməz. Buna görə də
qətliamların və aclıqların heç sonu gəlmir.
Lakin Allah həm də "Zahirəm" deyə buyurub. O zaman hər yerdə
olduğunu da bilmək gərəkdir. Həllac Mənsur bunu
çox gözəl ifadə edib: "Allah Musaya bir ağacdan
danışdı. Bir ağacdan danışan
Allaha inanırsınız da, şərəfli məxluq olan
insandan danışan Allaha niyə inanmırsınız?"
Bu, çox heyrətedici bir ifadədir. Əvvəllər dərvişlər yeriyərkən
bəzən ayaqları havada qalırmış. Tam ayaqlarını basacaqları yerdən Rəblərinin
göz qırpdığını gördüklərində
heyrətə düşərmişlər. Rəbb hər zərrəyə möhrünü
vurub. Atomaltı zərrələrdən
tutmuş, ta qalaksiyalara qədər. Canlı-cansız
olan hər yerdə Rəbbin möhrü var.
Allahın göy üzündə olduğu inancı,
çox qədim bir ənənədir və bunun keçərliliyi
son zamanlarda yox olmağa üz tutub. İnsanların zehinləri
dəyişir, dəyişdikcə də yenilənir və
çevrilir. Yaradan artıq göylərdən
yerə enib, yəni aramızdadır, bizimlədir. Bir ayətdə
belə deyir: "Siz harada olsanız, O sizinlədir" (Hədid
surəsi, 4-cü ayə).
- Mənsur
Həllac "Ənəl-Həqq" dedi, edam
olundu, tarazlıq təmin edildi. Siz isə
demisiniz ki, Həllac bir cümlə ilə Kvant
düşüncəsinin başlanğıcını
yaratdı. Buna bir az
açıqlıq gətirə bilərsinizmi?
- Hələ
orta məktəbdə oxuyarkən İzafilik nəzəriyyəsinin
iş prinsipini çözmüşdüm. Albert
Eynşteynə heyranlığım vardı. İllər
sonra Həllac Mənsurun kitabını yazan zaman hiss etdiyim
ilhamlar, əslində, bir gerçəyə işıq
tuturdu: Ənəl-Həqq qavramı, Kvant qanunu ilə üst-üstə
düşür.
Kvant kainatında bir qopmadan, bir ayrılmadan
söhbət gedə bilməz. Hər şeyin
özü - mahiyyəti atom və atomaltı dünyada
gizlidir. Atomaltı
dünya qətiyyən olmayan bütünsel bir
yapı-quruluş təşkil edir.
Kvant dünyasında ayrılış, ayrılmaq, qopmaq
imkansızdır. Bir atomu parçalarından
ayırsanız, atomun çəyirdəyinə edilən bir
müdaxilə digər parçaların da eyni müdaxiləyə
uğramasına səbəb olur. Bu da hər
parçanın bütündən ayrı
olmadığını, qopmadığını,
görünməz bağlarla bağlı olduğunu sübut
edir.
Hələ Kvant qanunu ortaya çıxmazdan, Həllac Mənsur
"Ənəl-Həqq" sözü ilə
"Görünən hər şey mənəm"
demişdi. Bu "Mən" kəliməsi Kainatın
özü - mahiyyətidirdir. Kainatın
özü - mahiyyəti də tək və bənzərsizdir.
"Ənəl-Həqq" vurğusundakı
"ənə" kəliməsi Allah yolunda olan bir ruh
üçün işlədilir. Əgər
"ənə" kəliməsini bədənsəl "mən"
olaraq düşünsək, yüksək eqo boyutuna girərik.
Bu da fironlaşan bir mənlik anlamını
daşıyır, qısaca, "Mən Tanrıyam! Mənə tapının!" anlamına gəlir.
Lakin Həllac Mənsur, "Ənəl-Həqq" kəlməsini
söylərkən, yüksək eqodan çox, daha üst
boyutda bir bilinç-şüur yaşayıb. Bu
bilinç ruhunun ölmədən Allaha çatması
üçün etdiyi çağrışa gələn
cavabdır. "Mən Haqqam" deməsi, "Haqq mənim surətimdə
göründü", ya da "Mən Haqq surətində
göründüm" anlamını daşıyır. Bənzərsiz və tək olan Tanrısal boyut
bilincində söylənmiş gizli bir sözdür. "Ənəl-Həqq" sözü, Haqq
adının insan beynində açılımını,
insanın bilincindəki rezonansı, bütün bədən
hüceyrələrindəki tanrısal
açılımın ortaya çıxmasıdır.
- "Sorğu-sual varsa, Eşqdə deyilsən". Amma hər dildə
eşq bir başqa rəngdədir. Sizin
vardığınız məqamda Eşq əlinizdən necə
tutdu, Eşq sizə gerçəyi alqılamaqda öyrətmən
oldumu heç?
- Mənim
əlimdən Həllac Mənsur tutdu. Onu ruhumda hiss etdim. Bir ay beynimin içində həbs olundu və orada mənə
gerçək Eşqi öyrətdi. Bunu əsla
inkar edə bilmərəm. Ən
böyük Eşq ustadı Həllac Mənsurdur və mən
onun gerçək sevgisinə şahid oldum. Mənim öyrətmənim oldu Eşq. "Sizin
çatdığınız məqamda" deyə bir ifadə
var sualınızda. Məsələ belədir
ki, bu dünyada məqamlara
çatan adamlar, məqamlara çatan adamların
anlatdıqlarını eşidənlər və məqamlara
müşahidəçi kimi şahidlik edənlər var.
Sanıram ki, mən üçüncü kateqoriyadayam. Kitablarını yazdığım hər bir vəliyə,
məqamlara doğru yolçuluqlar etdim, müşahidələr
apardım və onları bir-bir kitablara ötürdüm.
Oralarda sualların birmənalı şəkildə
yox olduğunu gördüm. Tam bir Eşq
içindəsənsə, demək sualın yoxdur. Mən müşahidə edən bir insanam. Yəni gözləmçi-müşahidəçiyəm.
Bunu mənə bəxş etdiyi üçün də uca Rəbbimə
hər an şükür edirəm.
- Kövsər
xanım, bu maraqlı və məna yüklü
cavablarınız üçün sizə çox təşəkkür
edir, bu ağır, əbədilik sevdası
yolçuluğunuzda sizə bol ilham, sonsuz Eşq
arzulayıram.
- Bu
üstün və gözəl suallarınıza məmnun
oldum. İnanın, bu günə
qədər mənə verilən ən qiymətli və çətin
suallardır. Çox bəyəndim. Suallarınız üçün sonsuz təşəkkür
edirəm. Hər kəsə işinin avand
olmasını diləyirəm.
525.-ci qəzet.-2017.-24 may.-S.8.