Bakı IV İslam Həmrəyliyi
Oyunlarına uğurla evsahibliyi
etdi
AZƏRBAYCAN MÖTƏBƏR TƏDBİR VASİTƏSİLƏ İDMAN ÖLKƏSİ OLDUĞUNU BİR DAHA TƏSDİQLƏDİ
Azərbaycan daha bir beynəlxalq idman tədbirinə uğurla evsahibliyi etdi.
Mayın
12-də rəsmi açılış
mərasimi ilə dünyanın 4 qitəsindən
ölkəmizə gələn
idmançıları dərin
hörmətlə qarşılayan,
onlara böyük qonaqpərvərlik göstərən
Azərbaycan 10 gün
sonra, mayın 22-də
möhtəşəm bağlaşın
mərasimi ilə IV İslam Həmrəyliyi Oyunlarına yekun vurdu.
Bakı
Olimpiya Statidonunda təşkil olunan bağlanış mərasimində
prezident İlham Əliyev, birinci vitse-prezident, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat
Komitəsinin sədri
Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının
baş katibi Faisal Abdulaziz Al-Nasseri, ictimaiyyət nümayəndələri,
idman həvəskarları
və xarici qonaqlar iştirak edirdi. AZƏRTAC-ın məlumatına görə,
Mehriban Əliyeva tədbirdə çıxış
edərək qeyd edib ki, Azərbaycan
növbəti tarixi qələbəyə imza
atdı: "Dördüncü
İslam Həmrəyliyi
Oyunlarının ölkəmizdə
keçirilməsi bütün
İslam dünyasının
Azərbaycana və Azərbaycan xalqına olan hörmət və dəstəyinin təzahürüdür. Əminəm ki, 50-dən çox ölkəni təmsil edən idmançılar və paytaxtımızın
qonaqları Azərbaycanla
bağlı xoş xatirələri öz qəlblərində qoruyub
saxlayacaqlar. Bu günlər ərzində
Azərbaycan xalqı qonaqpərvərliyini və
mehribanlığını bir daha nümayiş
etdirdi. Azərbaycan göstərdi ki,
o, böyük idman dövlətidir. Milli komandamız
ümumi hesabda birinci yeri qazandı.
Bu tarixi qələbə
ilə fəxr edir və Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm.
Bundan da böyük qələbə
bu günlər ərzində nail olduğumuz
İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir.
Gəlin,
hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini
gücləndirək. Qoy, Allah bütün müsəlmanları
qorusun".
Sonra İslam Həmrəyliyi İdman Federasiyasının
baş katibi Faisal Abdulaziz Al-Nasser çıxış
edərək bildirib ki, Azərbaycanın paytaxtında möhtəşəm
idman və dostluq bayramı başa çatdı:
"Bakı dövlətlərimizin
atletlərinə bacarıqlarını
nümayiş etdirmək,
dörd qitədən
gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi
qeyd etmək məqsədilə yaradılmış
gözəl şəraitləri
təmin etdi.
Bu əlamətdar İslam Həmrəyliyi Oyunları
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, "Bakı-2017"nin Təşkilat Komitəsinin
sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan
İslam Həmrəyliyi
Oyunları Təşkilat
Komitəsində çalışan
heyətinin fəaliyyəti
sayəsində qonaqpərvər
ev sahibinin səyləri ilə mümkün oldu. Mən İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara oyunlarda
iştirak etdiklərinə,
könüllülərə
"Bakı-2017"yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa,
çox böyük qonaqpərvərliyə görə
təşəkkürümü bildirirəm".
Bununla IV İslam
Həmrəyliyi Oyunlarının
bağlanış mərasiminə
yekun vuruldu.
Ümumilikdə 54 ölkənin iştirakıyla
keçirilən yarışlarda
atletlər 269 dəst
medal uğrunda mübarizə
apardılar. Azərbaycan millisi bütün
rəqiblərini qabaqlayaraq
İslamiadanın qalibi
oldu. İdmançılarımız 75-i qızıl, 50-si gümüş, 37-i bürünc
olmaqla, ümumilikdə
162 medal qazandılar. Aktivinə 195 medal yazdıran Türkiyə qızıl əyarına
görə millimizdən
geri qaldı. İran isə 98 medalla yarışları üçüncü
pillədə başa
vurdu. Ölkəmiz qızıl medalların
sayına görə,
İslamiadanın mütləq
rekordçusu oldu.
İslam
Həmrəyliyi Oyunları
tarixində indiyədək
75 qızıl medal qazanan
olmamışdı.
Son dövrlər Azərbaycanda
baş tutan Birinci Avropa Oyunları, "Formula-1" üzrə
Bakı qran-prisi, Dünya Şahmat Olimpiadası ilə ölkəmiz idman yarışlarını ən
yüksək səviyyədə
keçirməklə bağlı
mövcud imkanlarını
təqdim etmişdi. İndi isə İslam Həmrəyliyi Oyunları
ilə dövlətimiz
qısa zaman kəsiyində beynəlxalq
əhəmiyyətli idman
oyunlarına peşəkarlıqla
hazırlaşmağın mümkünlüyünü
bir daha ortaya qoydu. Əlbəttə, unutmaq olmaz
ki, bu müddət
ərzində ölkəmiz
təkcə idman sahəsində deyil, eləcə də siyasi, iqtisadi, humanitar və digər istiqamətləri
əhatə edən beynəlxalq tədbirlərə
evsahibliyi etdi və bəşəriyyətin
gələcəyi üçün
olduqca əhəmiyyət
kəsb edən sivilizasiyalararası dialoq mühiti yaratdı. İstər dini, istərsə də etnik zəmində
baş verən münaqişələr, müharibələr
fonunda Azərbaycanın
ayrı-ayrı sivilizasiyaları
bir platforma ətrafında birləşdirməsi,
dünya insanını
sülhə, əmin-amanlığa
çağırması beynəlxalq
birlik ölkələri
tərəfindən də
yüksək qiymətləndirilir.
Bu mənada, ölkəmizdə
keçirilən Avropa
Oyunları, İslam Həmrəyliyi Oyunları
və digər beynəlxalq əhəmiyyətli
yarışlar da idmanla bağlı olsa da, sülhü,
dostluğu tərənnüm
edir. Xüsusilə, Azərbaycan dövləti
idman yarışlarında
bu ideyanın önə çıxarılmasına
həmişə önəm
verir. Təsadüfi
deyil ki, "Gücümüz həmrəylikdədir"
devizi altında keçirilən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları bunu əyani şəkildə
bütün dünya ictimaiyyətinə nümayiş
etdirə bildi: həmrəyliklə başlayan
idman oyunları elə bu əhval-ruhiyyədə
də başa çatdı.
Mövzu
ilə bağlı fikilərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin
müdiri, Milli Məclisinin deputatı Aydın Mirzəzadə qeyd edib ki,
IV İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi
ilə Azərbaycan
ilk növbədə özünün
siyasi nüfuzunu bir daha təsdiq
etmiş oldu. O,
SİA-ya bildirib ki, bu oyunlar
İslam dəyərlərinə
malik olan ölkələrin müasir
inkişaf potensialının
çox böyük olduğunu göstərdi:
"Azərbaycanın evsahibliyi
etdiyi möhtəşəm
idman tədbiri bir daha göstərdi
ki, istənilən həmrəylik oyunları,
idman yarışları
sülhə, xalqlar arasında dostluğa, birliyə gətirib çıxarır. Bu gün Azərbaycanın dövlətçilik təcrübəsi
digər İslam Əməkdaşlıq Təşkilatının
üzvləri üçün
kifayət qədər
maraqlıdır. Bu baxımdan
İslam oyunlarında
iştirak etmək üçün Azərbaycana
gələn 54 ölkənin
nümayəndələri müasir,
inkişaf edən, eyni zamanda, islami
dəyərlərin qorunduğu
bir ölkə gördülər".
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan ev sahibi
kimi öz üzərinə düşən
vəzifələri yüksək
səviyyədə həyata
keçirdi: "Artıq
bundan sonra ciddi sürətdə beynəlxalq aləmdə Azərbaycan standartları
deyilən bir anlayış barədə
tez-tez eşidəcəyik".
Milli Məclisin
deputatı Siyavuş Novruzov qeyd edib
ki, "Bakı-2017" IV İslam
Həmrəyliyi Oyunları
Azərbaycanda yüksək
səviyyədə keçirildi
və ölkəmiz bir daha yüksək
təşkilatçılıq qabiliyyətini göstərdi.
O, "Trend"ə bildirib ki, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil
etdi ki, bu oyunları keçirəcək ölkələr
Azərbaycan standartına
uyğun keçirmək
haqqında düşünəcəklər:
"Bizdən əvvəl
İslam Həmrəyliyi
Oyunlarını keçirən
ölkələr Azərbaycanda
oyunların necə yüksək səviyyədə
keçirildiyinin şahidi
oldular. İnanmıram ki, gələcəkdə
hansısa ölkə
bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla,
bu cür həmrəyliklə keçirə
bilsin. 57 İslam ölkəsinin
54-ü bu oyunlarda iştirak etdi. İndiyə
qədər keçirilən
İslam Həmrəyliyi
Oyunlarında bu qədər ölkənin
iştirakı ən yüksək göstəricilərdən
biridir. Azərbaycan İslam Həmrəyliyi
Oyunlarının keçirilməsində
yeni standartları müəyyən etdi".
Deputat vurğulayıb ki, böyük dövlətlərin
yüzilliklər boyu keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi
və bu gün Azərbaycan Yay Olimpiya Oyunlarının
keçirilməsinə də
hazırdır: "Hesab
edirəm ki, gələcəkdə belə
bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə
bunu həyata keçirməyə qadirdir".
S.Novruzov deyib ki, İslam Həmrəyliyi Oyunlarınının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: "Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir".
Deputat İslam Həmrəyliyi Oynlarınının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib.
Ceyhun ABASOV
525-ci qəzet 2017.- 24 may.-S.3.