"Səməd Mənsurun
poeziyası" təqdim olundu
Mayın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu və M.F.Axundzadə
Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun böyük Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığına
həsr olunmuş
"Səməd Mənsurun
poeziyası" kitabının
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir Xalq artisti Nurəddin Mehdixanlının ifasında
Səməd Mənsurun
məşhur "Həpsi
rəngdir" şeiri
ilə başlayıb.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
Nizami Cəfərovun yaradıcılığına nəzər
salaraq unudulmuş, az tədqiq olunmuş, vətənin, xalqın tərəqqisi naminə təmənnasız
xidmətlər göstərmiş
elm, ədəbiyyat, incəsənət
xadimləri haqqında
dəyərli kitablar yazıb, gənc nəslə təbliğ etdiyini söyləyib. Belə "unudulmuş" şairlərdən
biri olan Səməd Mənsurun yaradıcılığının tənqidi istiqamətli, üsyankar, həqiqətsevər
poeziya kimi seçildiyini, açıq
düşüncəli, həyata
açıq, müstəqil
baxışlı şair
olduğunu bildirib.
Bu gün oxuculara
təqdim edilən kitabda görkəmli şairin həyat və yaradıcılığının
müxtəlif dövrlər
üzrə tədqiq edildiyini, kitabın tədqiqatçılar üçün
əsl töhfə olduğunu deyib.
Kitabın "Ön söz"
müəllifi, Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
Nizami Cəfərovun Səməd Mənsur irsinə belə toplu baxışını,
şairin zəngin poeziyasını müxtəlif
dövrlər, üslublar
üzrə təsnif etməsini, haqqında daha əvvəl yazılanlara nəzər salıb dəyərləndirməsini
ədəbiyyat tariximizə
qayğısı kimi
qiymətləndirib.
Təqdimat mərasimində AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professorlar Qəzənfər Paşayev,
Buludxan Xəlilov, Şirindil Alışanlı,
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru,
yazıçı-dramaturq Afaq
Məsud, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
əməkdaşı, Səməd
Mənsurun yaradıcılıq
yolunun tədqiqatçısı
Yadigar Əsgərova çıxış edərək
şairin istər çar dövründə,
istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də sovetlər dönəmində
rastlaşdığı nöqsanlara,
neqativ hallara, zülmə, cəhalətə,
avamlığa qarşı
laqeyd qala bilmədiyini, həmişə
kəskin mübarizə
apardığını bildiriblər.
Şairin özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan
olduğunu, romantik və realist üslubda yazdığı çoxsaylı
əsərlərdə sərt
satirik başlanğıcın,
tənqidi yanaşmanın,
milli bəlalarımızın
müstəqim üsulla
ifasının şairin
yaradıcılığında ön plana çəkildiyini
bildiriblər.
Kitabın müəllifi Nizami
Cəfərov Səməd
Mənsur poeziyasının
ən mühüm məziyyətlərdən biri
iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi aktuallıq
kəsb edən ən müxtəlif mövzulara müraciət
etməsi, milləti, cəmiyyəti narahat edən problemlər üzərində dayanması,
onların vaxtında həlli üçün yüksək vətəndaş
məsuliyyəti ilə
düzgün çıxış
yolları arayıb axtarması olduğunu söyləyib.
Sonda şairin
ailəsi adından mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
kitabın ərsəyə
gəlib, təqdim olunmasında əməyi keçən hər kəsə minnətdarlığını
bildirib.
Tədbir
iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən "Görkəmli
Azərbaycan şairi Səməd Mənsur"
adlı geniş kitab sərgisi ilə tanış
olublar.
525-ci qəzet.-2017.-25
may.-S.3.