Türkiyə səfiri Tərcümə Mərkəzində
Mayın 23-də Türkiyə
səfiri Ərkan Özoral Tərcümə Mərkəzində olub.
Görüş zamanı bütün
dövrlər Azərbaycanda
yaşanan böyük
Türkiyə sevgisindən,
Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin müxtəlif
dövrlərdə tərcümə
və nəşr etdiyi Nazim Hikmət,
Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy,
Səbahəddin Əli,
Bəkir Yıldız,
Camal Şakar kimi, məşhur Türkiyə ədiblərinin
əsərlərindən söz
açılıb.
2016-cı
ildə Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatında
türk dilində çap edilmiş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı
antologiyası” qonağın
nəzərinə çatdırılıb,
Azərbaycanda ilk dəfə
işıq üzü
görəcək “Türkiyə
ədəbiyyatı antologiyası”nın yaxın günlərdə Azərbaycan
oxucusuna təqdim olunacağı, Türkiyə
ədəbiyyatının təbliği
istiqamətində bu sayaq layihələrin bundan sonra da
davam etdiriləcəyi
qeyd edilib.
Görüşə görə minnətdarlığını
bildirən Ə.Özoral
Tərcümə Mərkəzinin
ədəbiyyatlararası əlaqələr
istiqamətində gördüyü
işləri yüksək
qiymətləndirib, Türkiyə
ədəbiyyatına göstərilən
diqqət və qayğıdan məmnunluğunu
ifadə edib. Gələcəkdə belə layihələrin qarşılıqlı şəkildə
aparılması ilə
bağlı öz fikir və təkliflərini
bildirib.
525-ci qəzet.-2017.-25
may.-S.2.