Xoreoqrafiya Akademiyası "Səmayi-şəms"i təqdim etdi

 

Bakı Xoreoqrafiya Akademiyası "Azərbaycan Respublikasında İslam həmrəyliyi ili"nə həsr olunmuş layihələr çərçivəsində mayın 24-də Dövlət Musiqili Teatrının səhnəsində "Səmayi-şəms" rəqs-tamaşasını nümayiş etdirib.

 

Tamaşa möhtəşəm "Davulla rəqs" kompozisiyası ilə açılaraq, dünyaya sülh həmrəylik mesajları göndərilib.

 

Səhnədə İslam dünyasına daxil olan Azərbaycan, Türkiyə, İran, Albaniya, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, Dağıstan, bir sıra ərəb digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş olunub.

 

"Səmayi-şəms" layihəsinin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, rejissoru "Tərəqqi" medalı kavaleri Cavid İmamverdiyevdir. Tamaşanın quruluşçu xoreoqrafları - Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqs kafedrasının baş müəllimi, Xalq artisti Yusif Qasımov tanınmış xoreoqraf, TÜRKSOY-un baş baletmeysteri, Qazaxıstanın ünlü sənətkarı Arman Nurmaxamatulıdır. Rəqs-tamaşanın xoreoqrafları Akademiyanın Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli, müəllimlər - Əməkdar artist Səbinə Qasımova, Əməkdar müəllim Pellumb Aqalıyay Kamilə Əliyevadır.

 

Böyük maraq kəsb edən tamaşanı mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Türkiyə səfiri Erkan Özoral, dövlət hökumət təşkilatlarının nümayəndələri, diplomatlar izləyiblər.

 

525-ci qəzet.-2017.-26 may.-S.7.