Tarixə düşən fərəhli ömür
YÜKSƏK
LƏYAQƏT VƏ NÜFUZ SAHİBİ FƏRƏH XANIM
ŞƏKİNSKAYA
Fərəh xanım Şəkinskayanın dünyasını dəyişməsindən bir il ötsə də, onu yaxından tanıyanlardan biri kimi, mən də bu yoxluqla barışa bilmirəm, daha doğrusu, yoxluğuna inanmaq istəmirəm.
O, Azərbaycan milli mədəniyyətinə töhfələr
verən, Vətən
və xalq qarşısında müstəsna
xidmətləri olan, çağdaş dövrümüzdə
müasir dəyişikliklərə
imza atan, stereotipləri və baryerləri dağıtmağa
cəsarəti çatan,
yeni cığırlar
açan, görkəmli
Azərbaycan qadınlarından
biri idi. Bu əzmkar xanımın
bacarığı və
işgüzarlığı dövlət yetkililəri
tərəfindən qiymətləndirilib,
o, yüksək dövlət
vəzifələrinə irəli
çəkilib. Fərəh xanım
Şəkinskaya Mədəniyyət
nazirinin müavini olaraq dövlətin mədəniyyət siyasətinin
həyata keçirilməsində
xüsusi rol oynayıb. Fərəh xanım dövlətini
və xalqını sevən bir şəxsiyyət idi.
Bu da ona sonsuz xalq məhəbbətini qazandırmışdı.
Gülərüz simasından daim nur tökülən bu işıqlı insan dövlət rəsmiləri qarşısında
da böyük nüfuza malik idi. O, “Əməkdar incəsənət
xadimi” yüksək fəxri adına
layiq görülüb.
Fərəh Şəkinskaya tabeçiliyində
çalışanlara yalnız
istedadına və bacarığına görə
qiymət verirdi. Yaxşı işi
qiymətləndirir, sabahkı
uğurlar üçün
stimul yaradırdı.
İnsanlara xoş münasibət
bəsləmək onun
qəlbindən gəlirdi.
Fərəh xanım həm Mədəniyyət
nazirliyində, həm
də Bakı Şəhər Mədəniyyət
İdarəsinin rəisi
vəzifəsində çalışanda,
həm də Azərbaycan Dövlət Uşaq Filormaniyasına rəhbərlik edəndə
hər işçiyə
qarşı sonsuz diqqət və qayğıkeşliyi ilə
seçilirdi.
Sovet dövründə
Fərəh Şəkinskaya
İttifaq məkanında
da tanınırdı
və böyük nüfuz sahibi idi. Təkcə onu demək
kifayətdir ki, onun 1978-1988-ci illərdə
Bakı Mədəniyyət
İdarəsinin rəhbəri
vəzifəsində çalışarkən
Moskva şəhərində
keçirilən Azərbaycan
Günlərində istedadlı
uşaqların seçilib
paytaxta göndərilməsində
xüsusi rolu olmuşdu. “Cücələrim”
mahnısı paytaxt sakinlərinin çox xoşuna gəlmişdi.
Bu barədə Moskva qəzetləri çoxlu yazılar vermişdi.
Fərəh xanım paytaxtımız üçün də böyük işlər görüb. O, Bakının
və Abşeron yarımadasının əksər
kəndlərində kitabxanaların
və musiqi məktəblərinin açılmasına
nail olub. Bu işlər
onun müstəsna xidmətləridir. Çoxsaylı xarici səfərləri zamanı Azərbaycan nümayəndə heyətinə
başçılıq edər,
Azərbaycan mədəniyyətini
və musiqisini, adlı-sanlı sənət
adamlarını təqdim
edərək dünyaya
tanıdırdı. O, hansı vəzifədə
çalışırsa çalışsın,
özündən sonra
silinməz izlər qoyurdu.
Fərəh xanım Şərqdə
ilk dəfə, məhz
Azərbaycanda Dövlət
Uşaq Filarmoniyasını
yaradıb və 20 ildən artıq ona rəhbərlik edib. O, öz yetirmələri
olan balaca istedadlarla Böyük Britaniyada, Rusiyada, Türkiyədə və bir çox ölkələrdə səfərlərdə
olub, hər dəfə də uğurlarla qayıdıb.
Fərəh xanımla birlikdə çalışmaq mənə
də nəsib olmuşdu. 1972-ci ildə
Fərəh xanım Şəkinskaya Nərimanov
Rayon Partiya Komitəsində
katib idi. O zaman ərazisində strateji sənaye obyektləri olan rayonda katib vəzifəsi
tutmaq çox böyük məsuliyyət
tələb edirdi. Bakı şəhərinin ittifaq əhəmiyyətli zavod və tikinti təşkilatları Nərimanov
rayonunda cəmləşirdi.
Həmin
zaman mən Bakı Baş Tikinti İdarəsinin aparıcı qurumlarından
olan Sosial-Mədəni
Tikinti Trestində Partiya Komitəsinin katibi vəzifəsində
çalışırdım. Fərəh xanımla o zaman gördüyümüz
işlər, həyata
keçirdiyimiz tədbirlər
bir kinolenti kimi gözlərimin önündən keçəndə
sözlə deyilə
bilinməyəcək hisslər
keçirirəm...
Fərəh Şəkinskayanın tövsiyəsiylə o dövrün tanınmış şəxsiyyətləri olan Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Nəsibə Zeynalova, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovla tikintidə çalışan gənc fəhlələrin görüşünü təşkil etməklə milli-mənəvi dəyərlərimizi onlara çatdırır, gənclərin həyatda fəal mövqe tutmalarına stimul yaradırdıq. Bu gənc fəhlələr gündüz tikinti sahələrində bənna, suvaqçı, dülgər işləyir, axşam isə ali məktəblərdə təhsil alırdılar. Fərəh Şəkinskaya buna çox sevinirdi.
Həmin tarixləri yada salanda düşünürəm ki, nə yaxşı biz belə müdrik rəhbərlərlə, xalqını, dövlətini sevən insanlarla ünsiyyətdə olmuşuq, onlardan görüb-götürmüşük.
Allah Fərəh xanıma rəhmət eləsin, qəbri nurla dolsun! O, aramızdan getsə də, əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Zina SALAMZADƏ
Azərbaycan
Respublikasının Əməkdar
İnşaatçısı
525-ci qəzet.-2017.-27 may.-S.19.