Azərbaycan şahzadəsinin Türkiyədəki
qəbrinin yeri dəyişdirildi
ZEYNƏL BƏY
TÜRBƏSİNİN YERİNİN
DƏYİŞDİRİLMƏSİ 20 MİLYON ABŞ
DOLLARINA BAŞA GƏLİB
Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğlu Zeynəl bəyin adını daşıyan, Türkiyə ərazisində yerləşən, 634 il yaşı olan türbənin yeri bu il mayın 12-də dəyişdirilib.
Bu barədə Türkiyə
Mədəniyyət və
Turizm Nazirliyinin əməkdaşı, Türkiyənin
Azərbaycandakı səfirliyinin
sabiq mədəniyyət
müşaviri Seyit Ahmet Arslan məlumat
verib.
Nazirlik rəsmisinin
sözlərinə görə,
yerdəyişmə prosesini
Türkiyə mədəniyyət
və turizm naziri Nəbi Avcı, eləcə də meşə və su işləri
naziri Veysəl Əroğlu internet vasitəsilə
canlı izləyiblər.
S.A.Arslan
bildirib ki, Dövlət Su İşləri
Komitəsi tərəfindən
Dijlə çayı
üzərində tikintisi
davam edən İlisu su anbarı
Türkiyə Respublikasının
100 illiyi ərəfəsində
yerinə yetirilməli
və dünyanın ən böyük su proyektlərindən olan Cənub-şərqi Anadolu Proyektinin əsas hissələrindəndir:
"Bu layihə enerji,
əkinçilik proyekti
olmaqla yanaşı, eyni zamanda, regionun
mədəni və sosial inkişafını təmin edəcək transformasiya proqramıdır".
Sabiq mədəniyyət müşaviri
bənd haqqında ətraflı məlumat da verib: "İlisu su anbarı
ön tərəfi betonla möhkəmləndirilmiş,
dolğu həcmi və gövdə uzunluğu baxımından
dünyada birinci, ölkəmizdə "Atatürk",
"Qaraqaya", və
"Keban" su bəndlərindən sonra
enerji istehsal gücünə görə
dördüncü sırada
olacaq".
Nazirliyin
əməkdaşı digər
layihənin də müjdəsini verib: "Anbarın tikintisi yekunlaşdıqdan sonra Suriya ilə sərhəddə "Cizrə"
bəndi inşa edilərək 890000 dekar Nusaybin-Cizrə-İdil əkinçilik
sahələri ilə
320000 dekar Silopi ovası - birlikdə
1200000 dekar ərazi suvarma ilə təmin olunacaq".
Arslan bildirib ki, bənddə
illik 4,12 milyard kilovatt elektrik enerjisi istehsal olunacaq: "Layihə sosiallaşdırma
və yenidən məskunlaşdırma daxil,
7 milyard lirəyə başa gələcək.
Bundan başqa,
şəhərsalma üçün
245 milyon dollar dəyərində
proyekt hayata keçiriləcək. Layihə özündə
balıqçılıq, istixana,
badam bağları və turizm kimi yeni məşğulluq
sahələrinin yaranmasını
ehtiva edəcək".
Sabiq müşavir bənd tikintisinin ətrafdakı məntəqələrə müsbət
təsirindən danışıb:
"Su anbarının tikintisinə
görə, tamamilə
su altında qalacaq 1 ilçə, 27 kənd, 42 oba ilə, ərazisi qismən təhlükə
altında olan 80 kənd var. Bu yaşayış
məntəqələri aparılan
tikinti işləri əlaqədar planlı şəkildə köçürülür.
İlisu
kəndi və Hasankeyf ilçəsi daha modern vəziyyətə
gətirilir. Məsələn,
İlisu kəndində
48 mənzil, 1 kənd
mehmanxanası, 1 məscid,
8 sinifli məktəb,
1 xəstəxana, 48 ailənin
heyvanları üçün
ümumi tövlə tikilib. Kəndin infrastrukturu yenilənib,
abadlıq və yaşıllaşdırma işləri
aparılıb. Hasankeyf isə
bəndin suları altında qala biləcək bütün
tarixi abidələrin
yeni yerinə yerləşdirilməsilə avanqard
bir yerə çevrilir. Şəhər sözün tam anlamında
açıq səma altında muzey olacaq. Ən əsası isə
Hasankeyf və digər yaşayış
məntəqələrinin Artuklu arxitekturası əsas götürülərək
qurulmasıdır".
S.A.Arslan
tarixi infrastrukturun gələcək taleyinə
toxunub: "Əlbəttə,
Hasankeyf tamamilə su altında qalmayacaq, su, xüsusilə yuxarı şəhərə heç
bir təsir göstərməyəcək. Daha öncə
plansız, baxımsız
halda olan abidələr, qazıntı
yerləri tamamlanıb
uyğun arxitektural
plan və çağdaş
baxışın bir araya gəldiyi arxeologik parkda incələnməyə davam
edəcək. Yuxarı şəhərin
ərazisi yenidən abadlaşdırılacaq, tarixi-mədəni
tikililərin sərgilənəcəyi
"Arxeologik Park və
Açıq Hava Muzeyi" olaraq ictimaiyyətə təqdim
ediləcək".
Nazirlik rəsmisi köçürüləcək tarixi tikililərin siyahısını da təqdim edib: "Bu işlərlə paralel olaraq arxeoloji qazıntı və araşdırmalarla birgə İlisu su anbarı ərazisində yer alan Hasankeyf Örənyerindəki restavrasiya və təmir işlərinin Dövlət Mədəniyyət Abidələri və Muzeylər Komitəsi ilə Dövlət Arxeologiya İdarəsi tərəfindən ortaq şəkildə aparılması qərara alınıb. Təşkil olunmuş elmi komissiya tərəfindən daşınacaq və qorunacaq mədəni abidələrin siyahısı hazırlanıb: Er Rızık məscidi, Süleyman Xan məscidinin arxeoloji ünsürləri, Koç Camenin memari ünsürləri, Qızlar Camesi, Orta qapı, Artuklu Hamamı, İmam Abdullah Zaviyəsi və Zeynəl bəy türbəsi".
Arslan türbənin daşınmasından da danışıb: "Bu layihə Türkiyə üçün çox önəmlidir. Təkcə Zeynəl bəy türbəsinin daşınması 20 milyon dollara başa gəlib. İşçilərin maaşını ödəyə bilmək üçün Lüksemburqdan 750 min dollar almaq məcburiyətində qalan Türkiyə bir türbənin daşınmasına 20 milyon dollar ayıra bilir. Zeynal bəyin türbəsi Hasankeyf Mədəniyyət Parkında yerləşdirilib.
Türbənin dağılmadan daşınması üçün dünyanın ən müasir texnologiyalarından istifadə edilib. Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib".
Qeyd edək ki, Zeynal bəy Azərbaycanın böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı və Ağqoyunlu dövlətləri arasında baş verən məşhur Otluqbeli savaşında həlak olub.
Cavid QƏDİR
525-ci qəzet 2017.- 23 may.- S.8.