Macarıstanla elm və
təhsil üzrə əlaqələrin yeni
mərhələsi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkədə səfərdə olub, bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparıb.
Macarıstan Elmlər Akademiyasının
vitse-prezidenti, akademik Lajoş Veskaşla keçirilmiş görüşdə
yeni mərhələdə
Azərbaycan-Macarıstan elmi
əlaqələrini sistemli
şəkildə inkişaf
etdirmək məsələlərindən
bəhs edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin
adından ölkələrin
Elmlər Akademiyaları
arasında qarşılıqlı
əməkdaşlığa dair müqavilənin hazırlanması və müzakirəyə çıxarılması
təklifi irəli sürülüb. Azərbaycan tərəfi
bu məsələ ilə əlaqədar öz mövqeyini və təkliflərini diqqətə çatdırıb.
Macarıstan EA-nın vitse-prezidenti Lajoş Veskaş ölkəsinin də Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqda
maraqlı olduğunu bildirib, təklifi məmnunluqla qəbul etdiklərini bəyan edib. Əldə olunmuş razılığa
əsasən, yaxın
dövr ərzində
əməkdaşlıq müqaviləsində
nəzərdə tutulan
müddəalar üzrə
tərəflər öz
təkliflərini formalaşdırıb
qarşılıqlı şəkildə
müzakirə edəcək
və bunun əsasında elmi əlaqələrin təşkili
haqqında müqavilə
hazırlanacaq.
Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzində aparılan
danışıqlarda ictimai
və humanitar elmlər istiqamətində
əməkdaşlıq məsələləri
müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, ölkələr
arasında ədəbi-mədəni
əlaqələrin öyrənilməsi,
qarşılıqlı maraq
doğuran zəruri elmi və bədii
əsərlərin tərcümə
edilərək nəşr
olunması, kitabların
və elmi jurnalların mübadiləsi
ilə bağlı ilkin razılaşmalar əldə olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli
macar yazıçı-dramaturqu
İmre Madaçın
"İnsanın faciəsi"
mənzum dramatik poemasının Azərbaycan
dilində nəşrini
Macarıstan tərəfə
təqdim edib.
Macarıstan EA Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri,
akademik Fodor Pal macar ədəbiyyatının klassiki
İmre Madaçın
dünya şöhrəti
qazanmış əsərinin
Azərbaycan dilinə
tərcümə olunmasına
və kitaba yazılmış müqəddimədə
Azərbaycan-macar ədəbi
əlaqələrinin geniş
elmi mənzərələrinin
yaradılmasına görə
minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və
macar ədəbiyyatlarının
tarixi haqqında yazılmış ümumiləşmiş
bir əsərin hər iki dilə
tərcümə edilib
nəşr olunması
qərara alınıb.
Macarıstan EA Ədəbiyyat İnstitutunda
keçirilmiş görüşdə
Nizami adına
Ədəbiyyat İnstitutu
ilə əlaqələrin
perspektivləri müzakirə
olunub. İnstitutun direktoru, professor Qabor Keçskemeti macar ədəbiyyatında
Azərbaycan mövzusuna
dair maraqlı faktları diqqətə çatdırıb. Azərbaycan və
macar ədəbiyyatlarının
tarixi haqqında ümumiləşmiş kitabların
tərcümə edilməsi
və nəşr olunmasına dair konkret razılıq əldə olunub.
Macarıstan EÖTVOS Lorand Universitetinin Türkologiya Mərkəzində
keçirilən görüşdə
dilçilik istiqamətində
qarşıda duran vəzifələrdən söz
açılıb, kitab
mübadiləsi edilib.
Vaxtilə akademik Georq Hazainin qurucu rektoru olduğu Andras Universitetində görkəmli alim və böyük ictimai xadimin xatirəsinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. Dünyanın
bir çox ölkələrindən gəlmiş
elm adamlarının iştirak
etdiyi beynəlxalq elmi konfransı Andras Universitetinin rektoru, professor Dietmar Meyer açıb. Macarıstan
EA-nın həqiqi üzvü Miklos Marothi böyük macar alimi, akademik
Georq Hazai haqqında elmi məruzə ilə çıxış edib.
Beynəlxalq elmi konfransda
Berlin Universitetinin professoru
Barbara Kellnev-Heinkele, İstanbul
Şəhər Universitetindən
professor Xədicə Aynur,
Macarıstan EA-nın
müxbir üzvü İstvan Vasari, Macarıstan
EA Humanitar Elmlər Mərkəzinin direktoru,
professor Pal Fodor, Budapeşt Elte Universitetindən
professor Yanoş Hovari,
Budapeşt Avropa Universitetinin professoru Günhan Börekçinin
məruzələrində şərqşünaslıq
və türkologiya elmlərinin aktual məsələrindən bəhs
olunub, həmin istiqamətlər üzrə
akademik Georq Hazainin rolu və
xidmətləri ehtiramla
yad edilib.
Türkiyə Elmlər Akademiyasının
prezidenti, professor Əhməd
Cavad Açar böyük türkoloq alim Georq Hazainin
Türkiyə elmi ictimaiyyəti ilə geniş əlaqələrindən
söz açıb, Macarıstanla əlaqələrin
bundan sonra da davam etdiriləcəyini
bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli
macar alimi Georq Hazaini Azərbaycan
xalqının böyük
dostu kimi səciyyələndirib, onun
ölkəmizə səfərlərindən,
elm adamları ilə əlaqələrindən
bəhs edib. Qeyd olunub ki,
akademik Georq Hazainin 2014-cü ildə
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
80 illik yubileyində iştirakı və çıxışı, ədəbiyyatçı
və dilçi alimlərlə görüşləri
AMEA-nın Mərkəzi
Elmi Kitabxanası və Naxçıvan Dövlət Universitetinə
hədiyyə etdiyi
2000-dən çox kitablar Azərbaycan-Macarıstan elmi
əlaqələrinin qiymətli
səhifələrini təşkil
edir. Vurğulanıb ki, Azərbaycan alimlərinin akademik Georq Hazai ilə
başlanan elmi əlaqələri bundan sonra Macarıstan Elmlər Akademiyası ilə əlaqələr miqyasında genişləndiriləcək
və davam etdiriləcək.
Macarıstan Elmlər Akademiyasında,
Humanitar Tədqiqatlar Mərkəzində, EÖTVOS Lorand
Universitetində keçirilən görüşlərdə,
Andras Universitetində
təşkil olunmuş
konfransda Azərbaycan Respublikasının
Macarıstandakı fövqəladə
və səlahiyyətli
səfiri Vilayət Quliyev iştirak edib.
Akademik İsa Həbibbəyli Azərbaycan
Milli Elmlər Akademiyasının yenicə
nəşr etdiyi
"Macar türkilogiyası,
Georq Hazai və Azərbaycan" kitabını və xatirə hədiyyələrini
beynəlxalq elmi konfransın təşkilatçısı
olan Andras Universitetinin rəhbərliyinə
təqdim edib.
Azərbaycan nümayəndə heyəti
Georq Hazainin uzun illər yaşadığı evdə
onun zəngin kitabxanası əsasında
yaradılmş mənzil-kitabxananın
açılışı mərasimində də iştirak edib, yeni kitabxanaya Akademiyada nəşr edilmiş kitablar bağışlanıb.
Akademik Georq Hazainin uzun illər
yaşadığı evdə
xatirə barelyefinin açılışı mərasimində
də Azərbaycan heyəti iştirak etmişdir. Xatirə lövhəsinin önünə
Azərbaycan Respublikasının
Macarıstandakı Səfirliyi və Azərbaycan Milli Elmlər Aklademiyası adından əklillər qoyulub.
Qeyd edək
ki, akademik İsa Həbibbəyli səfər çərçivəsində,
həmçinin Budapeşt
Maşın ustaları
peşə liseyində
də olub, bu təhsil müəssisəsinin işi
ilə maraqlanıb. Peşə
liseyində keçirilmiş
görüşdə Macarıstan
Respublikası təhsil
nazirinin müavini Polskşi Qaborke ölkədə peşə
təhsilinin strukturu və şəbəkəsi, iş qaydaları
haqqında məlumat verib. Budapeşt Peşə Məktəbləri
Mərkəzinin direktoru
Ksereksnyes Piter Macarıstanda peşə təhsilinin təşkilində
mərkəzlərinin fəaliyyətindən
danışıb. Təhsil Nazirliyinin
peşə təhsili
üzrə inspektoru Horvat Bela peşə
məktəblərinə qəbul
qaydalarına aydınlıq
gətirib.
Akademik İsa Həbibbəyli Macarıstanda peşə təhsili üzrə qanunvericilik sənədləri ilə maraqlanıb, peşə məktəbləri üzrə onu maraqlandıran məsələlər ətrafında diskussiyada iştirak edib.
Sonra Budapeşt
Maşın ustaları peşə liseyinin
işi ilə tanışlıq olub.
525-ci qəzet.-2017.-31 may.-S.2.