"Məktəbdən universitetə gedən
yol"
ADA İLƏ 221
SAYLI ORTA MƏKTƏB BİRGƏ TƏDBİR
KEÇİRDİ
Azərbaycan Diplomatiya Akademiyası (ADA) Universiteti Bakı şəhər Xətai rayon 221 saylı orta məktəblə birlikdə "Məktəbdən universitetə gedən yol" adlı layihə çərçivəsində görüş-tədbir keçirib.
Tədbirdə adıçəkilən məktəbin
10-11-ci siniflərində oxuyan
32 şagird və 6 müəllim, o cümlədən,
ADA-nın əməkdaşları
iştirak edib.
ADA-nın informasiya
texnologiyaları və
mühəndislik fakültəsinin
müəllimi Emil Abbasov
deyib ki, bu gün Azərbaycanda
və bütövlükdə
dünyada ən böyük önəm verilən və prioritet seçilən sahələrdən, məsələlərdən
biri informasiya texnologiyalarıdır. O, xüsusilə,
Azərbaycanda bu sahədə güclü və peşəkar mütəxəssislərə ehtiyac
duyulduğunu deyib:
"Elə bizim Universitetin tələbələrini
götürək. Dəfələrlə başqa fakültələrdən
olan tələblərə
rast gəlmişəm
ki, onlar seçimlərindən bir
növ narazılıq
ediblər. Loru dillə desəm, az qala dizlərinə döyələr
ki, biz gərək informasiya texnologiyaları və mühəndislik fakültəsini seçəydik.
Hətta
bəzən qarşılıqlı
mübadilələr zaman
digər fakültələrin
tələbələrinin bu
məsələdə göstəriciləri
bizim fakültənin tələbələrinin göstəricilərindən
yüksək olub.
Ümumiyyətlə, bizim
fakültəni oxuyub bitirənlər üçün,
bütövlükdə informasiya
texnologiyaları və
mühəndislik isxtisası
üzrə mütəxəssislərə
dünyanın hər
bir yerində yüksək məvacibli iş tapmaq mümkündür, bəzən
də daha asandır. Ona görə də
sizlərdən arzum və istəyim odur ki, seçim
məsələsində çox
diqqətli olasınız".
Adıçəkilən layihənin rəhbəri, Xətai
rayon 221 saylı orta məktəbin informatika müəllimi İlahə
Həmidova isə bildirib ki, dərs
dediyi məktəbin kollektivi, onun şagirdləri ilə daim fəxr edir: "Çünki bizim məktəbin şagirdləri çox bilikli, çox hazırlıqlı, elmə,
təhsilə çox
həvəsli uşaqlardır.
Bu gün burada əyləşən şagirdlərin
tam yarısı 11-ci sinif
şagirdləridir və
onların hamısı
ali məktəbə
ilkin qəbul imtahanında 500-dən çox
bal toplayanlardır. Hətta
şagirdlərimizdən birinin
balı 600-dən də yuxarıdır, amma o, nəticəsindən
narazıdır, deyir ki, ikinci imtahanda
gərək 700 bal toplayım
və prezident təqaüdçüsü olum.
Bizim də bu layihəni
təşkil etməkdə
məqsədimiz şagirdlərimizin
öz bilik və bacarıqlarını,
hazırlıq səviyyələrini
nümayiş etdirmələrinə,
dünyagörüşlərini formalaşdırmalarına köməklik
göstərmək və
buna nail olmaqdan ibarətdir". O, eyni
zamanda bildirib ki, "Məktəbdən
universitetə gedən
yol" adlı layihə mahiyyət etibarı
ilə məktəbin
ən fəal və əlaçı yuxarı sinif şagirdlərinin başqa-başqa
universitetlərə ekskursiyasının
təşkil edilməsidir.
İ. Həmidova düşünür
ki, layihənin köməyi ilə şagirdlərin universitetlərə
marağı artır, sərbəst seçim etmək imkanı yaranır: "ADA-da keçirdiyimiz
bu tədbir də bir ilkdir. Bunun da səbəbləri
var. Məktəbimizin yuxarı
sinif şagirdlərı
arasında
apardığımız sorğuda onlar ən çox bu ali
təhsil ocağına
maraq göstərdiklərini bildirmişdilər.
Bu Akademiyanı yaxından tanımaq istəyirdilər.
Təbii ki, bu da səbəbsiz
deyil. ADA ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biridir. Burada yetişən kadrlar sonradan çalışdıqları istənilən
sahədə, xarici ölkələrdə Azərbaycanın tarixinə layiqli səhifələr yazırlar. Buranın məzunlarında və tələbələrində savad, təhsil göstəriciləri
ilə yanaşı həyata sevgi, insansevərlik, vətənpərvərlik
hissi, ən başlıcası isə özünəinam
çox qüvvətlidir. Bura addımını
qoyan andan insanda bu Akademiyanın tələbəsi olmaq arzusu yaranır.
Şagirdlərimin bu tələbələrə
qibtə hissi ilə yanaşdığını aydın gördüm. Dərslərin
gedişini olduqca həvəslə izləyirdilər.
Elə mənim istəyim də bu idi - şagirdlərdə
tələbə adını
qazanmaq uğrunda mübarizəni
dərinləşdirmək... Mən bu layihənin
uğurla nəticələnəcəyinə,
sevimli şagirdlərimin
məktəb yolunu universitet yolu ilə əvəzləndirmələri üçün
işimizin böyük
köməyi olacağına
ürəkdən inanıram..."
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-2017.-31 may.-S.8.