Söhrab Tahir yad edildi
Xalq şairi Söhrab Tahirin anadan olmasının 91-ci ildönümü münasibətilə İkinci Fəxri xiyabanda anım mərasimi keçirilib.
Tədbir iştirakçıları şairin məzarı üstünə gül dəstələri qoyublar. Şair və tədqiqatçı Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair kimi deyil, həm də oxucular tərəfindən sevilən romanlar, hekayələr müəllifi kimi ədəbi mühit üçün, xalqımız üçün əzizdir: "Söhrab Tahir həm də ədəbiyyatşünas alim və ictimai xadim kimi rəğbət qazanıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq ardıcıl fəaliyyət göstərib. Onun istedadlı gənclərin ədəbiyyata gəlməsində də mühüm rolu olub".
Media nümayəndələri, Xəzər Universitetinin tələbələri şairin xatirəsinə ehtiramlarını bildirib, Nizami rayonu 12 saylı məktəbin şagirdləri onun "Azərbaycanım", "Təbrizi gəzirəm", "Ürək", "Öləndə" adlı şeirlərini səsləndiriblər.
Tədbirdə şairin həyat
yoldaşı Südabə
xanım, oğlu Tahir Tahiri Xalq
şairinin son aylaradək
gənclik enerjisi ilə yaşayıb-yaratmasından,
Homerin "İliada"
və "Odisseya"sından
həcmcə az qala üç dəfə böyük,
70 min misraya yaxın olan "Ata" eposu üzərində necə
işləməsindən söz
açaraq, ədibin xatirəsini yad etdikləri üçün
mərasim iştirakçılarına
minnətdarlıqlarını bildiriblər.
Şahanə MÜŞFİQ
525-ci
qəzet.-2017.-31 may.-S.7.