"Pəncərədən düşən işıq": şeirlə musiqinin uğurlu vəhdəti

 

Mayın 26-da Azərbaycan Milli İncəsənət muzeyində "Pəncərə" klubunun ikinci tədbiri keçirildi.

 

"Pəncərədən düşən işıq" adlı şeir musiqi gecəsində ölkənin görkəmli ziyalıları, sənət adamları,  Bakının ali orta məktəblərinin tələbələri media nümayəndələri iştirak edirdilər.

 

Gecəni giriş nitqi ilə açan yazıçı-publisist Günel Anarqızı qonaqları salamlayaraq, "Pəncərə" klubunun məramından danışaraq dedi ki, artıq ikinci görüşünü keçirən klub mədəniyyət ədəbiyyat xadimlərini bir araya toplamaqla, ədəbiyyatımızın inkişafını özünə başlıca amal seçib: "Bizim keçən görüşümüz ədəbiyyatımızın "60-cılar" adlanan nəslinə həsr olunmuşdu. Budəfəki görüşümüzdə isə düşündük ki, konkret mövzu olmasın. Bu gün hamılıqla şeirin musiqinin gözəlliyindən zövq alaq. Belə görüşlərimizdəki əsas məqsəd isə gənclərimizdə mütaliəyə, ədəbiyyata, klassik musiqiyə həvəsi, marağı artırmaqdır. Bu imkanı bizə yaratdığı üçün İncəsənət muzeyinin rəhbəri Çingiz Fərzəliyevə təşəkkürümü bildirirəm. Beləliklə, bu gecəmizi bütünlüklə ədəbiyyata, incəsənətə həsr edirik".

 

G.Anarqızının aparıcılığı ilə davam edən tədbirdə müxtəlif incəsənət nümayəndələri Azərbaycan dünya poeziyasından seçmələr səsləndirdilər.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi çıxışını Məhəmməd Füzulinin sözləri ilə başladı: "Dahi şairimiz Füzuli deyərdi ki, göy qübbəsindəki ulduzlar mənim qəlbimin pəncərəsidir. O pəncərələr olmasa, yanan qəlbimin tüstüsü hər tərəfi bürüyərdi. Mən Günel xanıma təşəkkür edirəm ki, belə bir "Pəncərə" klubunu yaradıb. Biz yaradıcı insanların içindəki söz, sənət enerjisi məhz bu cür tədbirlərlə çıxır". Daha sonra şair özünün "Hara qoymuşam sevgini?" şeirini oxudu.

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) tələbəsi Kərimzadə Ağaəli Seyid Əzim Şirvaninin "Bəri bax" qəzəlini səsləndirdi.

 

Əməkdar artist Tünzalə Ağayeva uşaqlıq arzularından birinin məhz bu tədbir sayəsində reallaşdığını dedi: "Uşaqkən güzgünün qabağında öz-özümə çox şeir deyərdim. Amma geniş auditoriyaya, özü aktyorların, ədəbiyyatçıların önündə heç şeir deməmişəm.

 

Bu təcrübəni mənə yaşatdığına görə əziz dostum Günel xanıma minnətdaram.

 

"Pəncərə" klubunun ilk tədbirindən çox gözəl hisslərlə ayrılmışdım həmin hisslər hələ qalır.

 

Mən repertuarımda klassik şairlərimizin şeirlərinə tez-tez müraciət etmişəm.

 

Bu sırada Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Mirvarid Dilbazi, Əliağa Vahid başqalarının şeirləri var.

 

Bu gün üçün isə ənənəmdən kənara çıxıb müasir şairimizin - Ramiz Rövşənin "Bu oxuyan kimdir axı?!" şeirini seçmişəm".

 

ADMİU-nun tələbəsi Sitarə Ağayeva unudulmaz Mikayıl Müşfiqi yad edərək, onun "Duyğu yarpaqları" şeirini söylədi. Daha sonra söz musiqiyə verildi. Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarovanın royalda ifa etdiyi əsərlər tədbir iştirakçılarının könlünü oxşadı.

 

Filoloq Aydan Xəndan bu cür tədbirlərin keçirilməsindən məmnunluq duyduğunu ifadə etdi: "Mənim babam görkəmli ədəbiyyatşünas Cəfər Xəndan, atam isə şair Rəfiq Zəka Xəndandır. Mən gözümü açıb evimizdə söz, ədəbiyyat görmüşəm. Ədəbiyyatçı ailəsinin övladı kimi, filoloq kimi belə bir tədbirlər məndə həmişə ruh yüksəkliyi yaradır". A.Xəndan R.Z.Xəndanın "Axıb gedən günlərimiz" özünün "Xəyallar aləmi" şeirlərini oxudu.

 

Yenə R.Rövşənin şeirləri səsləndi. Bu dəfə Azərbaycan İqtisad Universitetinin tələbəsi Dəniz Məmmədli şairin "Darıxır" "İçindən yıxılan adam" şeirlərini ifa etdi.

 

Mərhum Aydın Əfəndidən bir şeir səsləndirən şair Səlim Babullaoğlu, özünün "Gecə qadını" şeirini oxudu.

 

Anası Nigar Rəfibəylinin "Deyilsən" şeirini oxuyan BDU-nun dosenti, ərəbşünas Fidan Rzayevanın ərəb dilində səsləndirdiyi "Yağış damlasıtək" adlı şeir qonaqların marağına səbəb oldu.

 

ADMİU-nun tələbəsi Hüseynağa Aslanovun ifasında Əliağa Kürçaylının "Həyat", M.Müşfiqin "Yalnız ağac" şeirləri dinlənildi.

 

"Pəncərə" klubunun təşəbbüsünü yüksək qiymətləndirən "ASAN 100 FM"in direktoru Emin Musəvi, media qurumu olaraq, hər zaman bu cür tədbirləri dəstəklədiklərini vurğuladı. Sonra isə Xalq şairi Rəsul Rzanın "Çinar" şeirini səsləndirdi.

 

Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskaya royalda Vasif Adıgözəlovun Şopenin əsərlərindən parçalar ifa etdi.

 

Rəssamlıq Akademiyasının tələbələri Ləman Rzayeva Mariya Svetayevanın, Namiq Ələkbərli M.Müşfiqin "Ana" şeirlərini söylədilər.

 

Memar, sənətşünaslıq üzrə elmlər doktoru, "Pəncərə" klubunun həmtəsisçisi Elçin Əliyev Azərbaycan rus şairlərinin Bakıya həsr etdikləri bir neçə şeir oxudu.

 

Televiziya aparıcısı Nərgiz Cəlilova ədəbiyyat klubun fəaliyyəti haqqındakı fikirlərini bölüşdükdən sonra Xalq şairi Fikrət Qocanın "Yaş o yaş deyil ki..." şeirini ifa etdi.

 

ADMİU-nun daha bir tələbəsi Ümman Budaqov R.Rövşənin "Örtüldüm qapı kimi" "Analar aldatdı bizi" şeirlərini söylədi.

 

Xalq artisti, dirijor Yalçın Adıgözəlov mərhum şair Vaqif Səmədoğlunun "Susmaq" "Bir gün dəli olacam", Teymur Elçinin "Qarabağ şikəstəsi" şeirlərini oxudu.

 

Xalq yazıçısı Anarın həyat yoldaşı Zemfira xanıma yazdığı "Ən gözəl əsərimsən" şeiri tədbir iştirakçılarına kövrək duyğular yaşatdı. Şeiri yazıçının nəvəsi Sezən Məmmədli səsləndirdi.

 

Xalq yazıçısı Anar çıxışında, şairliyini "hərdən-birdən tutan azar" adlandıraraq, özünün yazdığı "XX əsrin son bədbin şeiri" "XXI əsrin ilk nikbin şeiri"ni söylədi.

 

Sonda Tünzalə Ağayeva, balaban zərb alətinin müşayiəti ilə Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Sevdiyim" kompozisiyasını ifa etdi.

 

Qonaqlara təşəkkürünü bildirən Günel Anarqızı dedi ki, "Pəncərədən düşən işıq"adlı şeirmusiqi gecəsində qeyri-ədəbiyyatçıların da şeir söyləməsi ilə biz ədəbiyyatın sərhəd, peşə tanımadığını bir daha sübuta yetirdik.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-31 may.-S.7.