"Murov
qartalı" Ağdamda
Mayın 25-də Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Mədəniyyət sarayında ötən ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucova həsr olunmuş "Murov qartalı" kitabının təqdimat mərasimi keçirilib.
Mərasimin aparıcısı - "Azərbaycan bayrağı"
ordenli keçmiş döyüşçü, Əməkdar
jurnalist Baxşeyiş
Abbasoğlu Qarabağ
müharibəsində ağdamlıların
göstərdikləri hünər
və şücaətdən
söz açıb, bu torpağın igid övladlarının qəhrəmanlıq salnaməsinə
Raquf Orucovun adının əbədi həkk olunduğunu qeyd edib. Onun
ömür yoluna, hərbçi taleyinə işıq salan "Murov qartalı" kitabının
yüksək peşəkarlıqla
qələmə alındığını,
bu sanballı nəşrin gənclərin
Vətənə məhəbbət
ruhunda tərbiyə olunmasında təsirli rol oynayacağını bildirib.
Tədbirdə Raquf Orucovun döyüş yoldaşı
Cahid Quliyev, orta məktəb müəllimi Kifayət Cümşüdova, keçmiş
komandiri, ehtiyatda olan mayor Rasim Fərşidov, Qarabağ müharibəsi veteranı,
rayon polis şöbəsinin rəisi polkovnik Elçin Qasımov çıxış ediblər.
Qəhrəman zabitin həyatının
müxtəlif dövrlərinə
aid səmimi və maraqlı xatirələrini
danışan natiqlər
onun mərdliyini və vətənpərvərliyini
səciyyələndirən konkret fakt və
hadisələrdən söz
açıblar.
Kitabın müəllifləri - tanınmış jurnalistlər
Elşən Əliyev
və Elxan Salahov isə çıxışlarında qeyd
ediblər ki, Raquf Orucov peşəkar
kəşfiyyatçı kimi
müasir hərb tariximizdə özünəməxsus
yer tutur, onun şəhidliklə başa çatan, qəhrəmanlıqlarla dolu
şərəfli zabit
ömrü Vətənə,
xalqa, dövlətə
sədaqətli xidmətin
bariz təcəssümüdür.
Natiqlər kitabın hazırlanmasına və nəşrinə hərtərəfli
dəstək verən
"Azman holdinq"in
tərkibindəki "Azİmport"
şirkətinə minnətdarlıqlarını
bildirib, xüsusən,
şirkətin əməkdaşları
İlham Əhmədovun
və Xanlar Məmmədovun materialların
toplanmasından, nəşrin
kompüter tərtibatına
və çap prosesinədək bütün
mərhələlərdə müəlliflərə faydalı
məsləhətləri ilə
yardımçı olduqlarını
vurğulayıblar. "Bu kitab
əfsanəvi kəşfiyyatçı
və əsl döyüş zabiti Raquf Orucov haqqında
gələcəkdə yaranacaq
irihəcmli bədii əsər və filmlər üçün
ilkin mənbə ola bilər",
- deyən müəlliflər
torpaqlarımızın düşmən
işğalından azad
edilməsi uğrunda mübarizədə mühüm
mənəvi-ideoloji əhəmiyyət
daşıyan belə
yaradıcılıq nümunələrinə
ehtiyac olduğunu bildiriblər.
Qəhrəman şəhidin qardaşı
Zabil Orucov və həyat yoldaşı Sevinc xanım əzizlərinin xatirəsinə göstərilən
hörmət və ehtirama görə Ağdam rayon rəhbərliyinə
və ictimaiyyətinə
minnətdarlıqlarını bildiriblər. Onlar dövlətimizin və cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi
qayğı və diqqətdən razılıqlarını
ifadə ediblər.
Ağdam
Rayon İcra Hakimiyyətinin
başçısı Raqub
Məmmədov öz çıxışında şəhidlik
zirvəsinin ən yüksək məqam olduğunu qeyd edib, Qarabağ müharibəsində ağdamlıların
göstərdiyi qəhrəmanlıqlardan
danışıb, igid
komandir, əsl xalq qəhrəmanı Raquf Orucovun şərəfli həyatının
təkcə gənc həmyerliləri üçün
deyil, bütün ölkə gəncləri
üçün
örnək olduğunu
vurğulayıb.
Natiq Ali Baş Komandanın rəhbərliyi
ilə xalqımızın
qəhrəman övladlarının,
yüksək döyüş
qabiliyyətinə malik
ordumuzun işğal altındakı torpaqları
tezliklə azad edəcəklərinə əminliyini
bildirib.
Tədbirin sonunda ağdamlı məktəblilər şəhid
polkovnik-leytenant Raquf Orucova həsr edilmiş şeirlər söyləyiblər, qəhrəmana
həsr edilmiş videofilm nümayiş etdirilib.
Həmin gün qəhrəman zabitin Quzanlı qəsəbəsində vaxtilə bünövrəsini qoyduğu, lakin tikintisi ölümündən sonra başa çatdırılmış evin həyətində anım mərasimi keçirilib, onun ruhuna dualar oxunub, ehsan verilib.
525-ci qəzet.-2017.-31 may.-S.2.