Bakıda Travmatoloq və
Ortopedlərin IX Beynəlxalq Konqresi
AZƏRBAYCANLA YANAŞI, TÜRKİYƏ, RUSİYA VƏ GÜRCÜSTANIN NÜFUZLU TİBB MÜTƏXƏSSİSLƏRİ DƏ TƏDBİRDƏ İŞTİRAK EDİBLƏR
Mayın 27-də Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyasının (AzTOA) IX Beynəlxalq Konqresi təşkil olunub.
"Travmatologiya və ortopediyada müasir müalicə üsullarının və
innovasiyon texnologiyaların
tətbiqi" mövzusunda
keçirilən tədbirin
açılış mərasimində
çıxış edən
AzTOA prezidenti, tibb elmləri doktoru Yaşar Cəlilov təşkilatın
yaranması və fəaliyyətindən danışaraq
bildirib ki, 2004-cü ildə təsis olunan Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyası
Ədliyyə Nazirliyində
dövlət qeydiyyatından
keçərək, 13 ildir
ictimai birlik kimi fəaliyyətini davam etdirir.
Təşkilatın illik toplantılarının ilbəil
daha məzmunlu keçdiyini deyən Y.Cəlilov vurğulayıb
ki, QHT-lərə Dövlət Dəstəyi
Şurasının təşkilata
öz dəstəyini
göstərməsi təkcə
tədbirin əhəmiyyətinin
artmasına deyil, eyni zamanda Azərbaycanın
səhiyyə sisteminin
inkişafında təşkilat
olaraq qarşıya qoyduqları məqsədlərə
daha tez çatmaqlarına imkan verəcək. O, ölkə
prezidenti İlham Əliyevə qeyri-hökumət
təşkilatlarına göstərdiyi
diqqət və qayğıya görə minnətdarlığını ünvanlayıb.
Y.Cəlilov Azərbaycanda son illərdə
travmatologiya və ortopediya sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlərə
toxunaraq qeyd edib ki, bu
konqres ilk növbədə
həkimlərin öz
təcrübələrini digər
həmkarları ilə
bölüşməsinə imkan verir: "Həmçinin, Türkiyə,
Rusiya və Gürcüstandan dəvət
olunan tibb mütəxəssislərilə aparılan müzakirələr,
yerli və əcnəbi səhiyyə
işçilərinin təqdimatında
izlənilən çıxışlar
qarşılıqlı təcrübə
mübadilələrinin aparılmasına
xidmət edir".
AzTOA prezidenti deyib ki, son illərdə travmatologiya və ortopediya sahəsində təkcə Bakıda deyil, respublikamızın digər şəhərlərində
də ən yeni üsullarla müalicə və əməliyyatlar aparılır:
"Bütün bunlar
onu deməyə əsas verir ki, yüksək hazırlıqlı, peşəkar
həkimlərimizin sayı
getdikcə artmaqdadır.
Eyni zamanda, bölgələrdə müasir
tipli səhiyyə ocaqlarının, müalicə
diaqnostika mərkəzlərinin
istifadəyə verilməsi,
köhnə xəstəxanaların
isə təmir etdirilərək ən yeni tibbi avadanlıqlarla
təchiz olunması nəticəsində travmatoloq
və ortopedlərin iş şəraiti və xidmət səviyyəsi daha da yaxşılaşıb".
Y.Cəlilov onu da qeyd edib ki,
bu cür tədbirlərin miqyas və səviyyəsini artırmaq, əhatə dairəsini daha da genişləndirmək niyyətindədirlər: "Əsas
məqsədimiz Azərbaycanda
travmatologiya və ortopediyanın inkişafını
Avropa standartlarına çatdırmaqdır ki,
vətəndaşlarımız ölkəmizin bütün
bölgələrində dünyada
tətbiq olunan ən yeni üsullarla
travmatoloji-ortopedik yardım
alsınlar".
QHT-lərə Dövlət Dəstəyi Şurasının
üzvü, Beynəlxalq
Münasibətlərin Araşdırılması
Mərkəzinin sədri
Rufiz Qonaqov çıxışında belə
bir məqamı önə çəkib ki, Azərbaycanın tibb sahəsində çalışan aparıcı
mütəxəssislərinin mühüm toplantılar keçirərək elmin
son nailiyyətlərini müzakirəyə
çıxarmaları bu
sahədə mövcud
problemlərin aradan qaldırılması, yeni
müalicə üsullarının
tətbiq olunması və müalicəyə ehtiyacı olan vətəndaşlarımıza yüksək səviyyədə
xidmət göstərilməsi
baxımından olduqca
effektli hadisədir:
"Bütün bunlar
Azərbaycan tibbinin daha da inkişafına
xidmət edir".
R.Qonaqovun
fikrincə, ölkədə
son dövrlər səhiyyə
sahəsində əldə
olunan uğurlar, müşahidə edilən
inkişaf tendensiyası
dövlətin bu sahəyə göstərdiyi
diqqətin nəticəsidir:
"Artıq insan sağlamlığında hər
hansı bir problem yaranırsa, müalicə-əməliyyat
olunmaq üçün
xarici ölkələrə
getməyə ehtiyac yoxdur. Çünki hazırda ölkəmizdə
kifayət qədər
savadlı tibb mütəxəssisləri, müasir
müalicə mərkəzləri,
xəstəxanalar mövcuddur".
Daha sonra çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov keçirilən konqresin əhəmiyyətinə toxunaraq deyib ki, bu tədbirdə Azərbaycanın travmatologiya və ortopediya sahəsində çalışan ən görkəmli həkimlərilə yanaşı, xarici ölkələrdən gələn nüfuzlu tibb mütəxəsislərinin də iştirakı olduqca sevindirici cəhətdir: " İnanıram ki, burada aparılan müzakirələr Azərbaycanda travmatologiya və ortopediya sahəsinin inkişafına öz töhvələrini verəcək".
Çıxışlardan sonra konqres iştirakçıları adından ölkə prezidenti İlham Əliyevə müraciət oxunaraq yekdilliklə qəbul olunub. Müraciətdə qeyd olunur ki, Azərbaycan Travmatoloqlar və Ortopedlərinin Assosiasiyasının mütəmadi keçirdiyi konqreslərin məqsədi dövlət başçısının Azərbaycanda səhiyyənin inkişafına yönələn uğurlu fəaliyyətinə ictimai dəstək, yerlərdə travmatologiya-ortopediya üzrə çalışan həkimlərin peşə səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.
Açılış mərasimindən sonra konqres öz işinə başlayıb.
İki gün davam edən konqresdə yerli və xarici mütəxəssislər travmatologiya və ortopediya sahəsində əldə olunan son yeniliklərlə bağlı hazırladıqları məruzələrlə çıxış ediblər, xarici və yerli tibb mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi aparılıb.
Ceyhun ABASOV
525-ci qəzet 2017.- 31 may.- S.2.